Covid-19 və Vitamin D | infeksion xəstəliklər

Covid-19 və Vitamin D

vit D, covid, corona, vitamin, vit d və corona, vit d və korona, koronavirus, vitaminler

Covid-19 pandemiyası yayılmağa davam etdikcə  xəstələyin ağırlaşması və ya ölümün baş vermə riskinin daha yüksək olduğu populyasiyanın müəyyən edilməsi tələbatı xüsusi əhəmiyyət kəsb edir. Son araşdırmalar nəticəsində Covid-19-un ağırlıq və mortallıq səviyyəsi ilə vitamin D arasında əlaqə müəyyən edilmişdir. Vitamin D orqanizmi viral infeksiyalardan mühafizə edə və "sitokin tufanı" da daxil olmaqla Covid-19 ilə əlqəli digər simptomları yüngülləşdirə bilər.

Vitamin D barəsində olan son araşdırmalardan birində göstərilmişdir ki, 20 Avropa ölkəsində qanda  vitamin D aşağı səviyyələrdə  olan insanlarda Covid-19  hallarına və bununla əlaqəli mortallığa daha çox rast gəlinir. Bu ölkələrdə, xüsusilə də İspaniya, İtaliya və İsveçrədə yaşlı insanlarda vitamin D səviyyəsinin kəskin aşağı olması müəyyən edilmişdir. Bu populyasiyanın Covid-19-a daha həssas qruplardan biri olmasını nəzərə alaraq, vitamin D və xəstəliyə həssaslıq arasında əlaqənin olmasını düşünmək olar.

İndoneziyada 780 Covid-19 pasienti üzərində aparılan başqa bir retrospektiv araşdırmada ölüm hallarının çoxunda vitamin D səviyyəsinin aşağı olması müəyyən edilmiş və vitamin D statusu və mortallıq arasında güclü əlaqə olması göstərilmişdir.

Vitamin D-in immun sisteminə müəyyən təsirləri var. Əvvəlki araşdırmalarda vitamin D səviyyəsi normadan aşağı olanlarda respirator trakt infeksiyalarına qarşı həssaslığın olması göstərilmişdir. Qanda Vitamin D səviyyəsinin aşağı olmasınna müxtəlif faktorlar təsir edir. Bunlara yaşlılıq, qışda günəş şüalarının az olması,dəri piqmentasiyasının tünd olması, günəş şüaları ilə təmasın az olması və qidalanma rejimi aiddir. Vitamin D ilə zəngin qidalarla – balıq yağı, portağal şirəsi, pendir və yumurta sarısı və s. qidalanmaq, eləcə də vitamin D tərkibli əlavələrdən istifadə etməklə defisitin qarşısı alına bilər.

Avropanın şimal hissələrində yaşayan populyasiyalarda qanda vitamin D səviyyəsi daha yüksək olur. Bu, onların balıq məhsulları ilə qidalanması və daha yüksək səviyyədə vitamin D əlavələri qəbul etməsi ilə əlaqədardır. Skandinaviya millətlərində Avropanın qalan hissəsi ilə müqayisədə Covid-19 hallarına daha az rast gəlinir. Avropa ölkələri arasında ən çox yoluxma qeydə alındığı ölkələrdən biri olan İtaliyada qanda vitamin D defisiti (xüsusilə də yaşlı populyasiyada) yüksək səviyyədədir. Dərinin piqmentasiyasının artması nəticəsində günəş şüalarının təsirindən vitamin D istehsalı zəifləyir. Xəstəxanalarda və baxım evlərində yaşayan fərdlərdə qidalanma və günəş şüaları ilə təmasın az olması səbəbi ilə vitamin D defisiti daha ağır dərəcələrdə olur.

Vitamin D immun sistemin fəaliyyətində rol oynayır və yüksək miqdarda iltihabi sitokinlərin ifrazının qarşısını almaqla leykositlərin modulasiyasını təmin edir. Bu, Covid-19 mənşəli "sitokin tufanının"(cytokine storm) qarşısını almaqda yardımçı ola bilər. Vitamin D həm də ağciyərlərin zədələnməsini  və kəskin respirator trakt infeksiyalarına yoluxma riskini azaldır

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

tetanus xesteliyi, xestelik, yara, ayaq yarasi

Tetanus

Polimielite

Polimielit

Quduzluq

Quduzluq

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?