Botulizm

Qida mənşəli botulizm ciddi və potensial olaraq ölümcül xəstəlikdir. Buna baxmayaraq bu xəstəlik çox nadir hallarda rastlanır. Bu xəstəlik botulotoksinlərlə zəngin olan qida maddələrindən istifadə zamanı yaranır. Botulizmin insandan insana yoluxması mümkün deyil.

Clostridium botulinum bakteriyalarının istehsal etdikləri sporlar temperature davamlı olurlar və ətraf mühitdə çox miqdarda rastlanırlar. Bu sporlar hətta oksigen olmayan mühitdə belə çoxalır, inkişaf edir və toksin ifraz edirlər. botulizim toksinlərinin 7 müxtəlif növü vardır, tip A-G.  Bunlardan 4-ü (tip A, B, C, və bəzi hallarda F) insanlarda botulizm xəstəliyini törədirlər. C, D, və E tiplər isə digər məməlilərdə, quşlarda və balıqlarda xəstəlik törədirlər.

Botulizm toksini orqanizmə bakteriyanın və ya sporlarının yaşadığı və toksin ifraz etdiyi qida məhsullarından düzgün istifadə edimədikdə düşür. Bu xəstəlik əsasən qida mənşəli toksikoinfeksiya olmasına baxmayaraq, uşaqlarda C.botulinum bağırsaq infeksiyaarına, yara infeksiyaarına səbəb ola bilər və inhalyasiya yolu ilə də keçə bilər.

Qida mənşəli botulizmin simptomları

Botulizm toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm ifliclərə səbəb ola bilir və bu da tənəffüs çatışmazlığına səbəb ola bilərş erkən simptomlara yorğunluq, halsızlıq, görmənin toranlaşması, ağızın quruması və danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik əlamətləri də yarana bilər. Bu xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. Temperature və huşun itirilməsi əlamətləri baş veermir.

Bu simptomlar bakteriyanın özünün təsiri ilə deyil, həmin bakteriyanın istehsal etdiyi toksinin təsiri nəticəsində yaranır. Simptomlar adətən 12-36 saat ərzində üzə çıxır (minimum 4 saat, maksimum 8 gün). Botulizmin rastgəlmə intensivliyi aşağıdır, lakin uyğun diaqnoz və müalicə tətbiq edilmədikdə  ölüm halları xeyi yüksəkdir. Bu xəstəlik 5-10 % haarda ölümlə nəticələnir.

“BOTOKS”

Kliniki və kosmetik məqsədlərlə istifadə olunan və botoks adlanan farmasevtik vasitə məhz C. botulinum bakteriyasının istehsalıdır. Botoks müalicəsi zamanı saflaşdırılmış və durulaşdırılmış A tip botulizm neyrotoksinidir. Müalicə tibb şöbələrində və xüsusi göstəriş olduqda tətbiq olunmalıdır. əksər hallarda hər hansı əks reaksiya baş vermir lakin bəzən əks effektlər görülür.

Diaqnoz və müalicə

Diaqnoz əsasən anamnestik, kliniki və labarator müayinələrin nəticələrinə əsaslanır. Labaratoriyada botulizm toksininin serumda, nəcisdə və ya istifadə olunmuş qida məhsullarında aşkarlanmasına, eləcə də nəcisdən, yaradan və ya qida məhsullarından əldə edilmiş kuturada C. botulinum bakteriyalarının tapılmasına əsaslanır. Bu xəstəliyin bəzi əlamətləti insult, Gullain-Barre sindromu və miasteniya gravis kimi xəstəliklərin əlamətləri ilə üst-üstə düşdüyünə görə yanlış diaqnoz da qoyula bilir.

Kliniki diaqnoz təyin edildikdən sonra tez bir zamanda antitoksin tətbiq ediməlidir. Antitoksinin erkən istifadəsi ölüm hallarının miqdarını azaldır. Ağır hallarda yardımçı müalicə, xüsusən də mexaniki ventilyasiya (bəzən həftələrlə və aylarla tətbiq edilə bilər) tətbiq edilməlidir.  Yara botulizmindən başqa digər hallarda antibiotiklərdən istifadə məqsədəuyğun deyi. Botulizmə qarşı vaksin mövcuddur lakin, bu vaksinin əks effektləri çox olduğuna görə istifadə edilmir.

Profilaktika

Qida mənşəli botulizmin profilaktikasının əsasənda qida məhsullarının hazırlanmasında gigiyenik tələblərin gözlənilməsi durur. ÜST Təhlükəsiz qidalanmanın beş sirri qida məhsulları istehsalçıları və müştəriləri marifləndirmə məqsədi ilə yaradılmış programdır. Bunlar əsasən qida zəhərlənmələrinin qarşısının alınmasında xüsusən vacibdir.

Bu beş faktor aşağıdakılardır:

  • Təmiz şəraitdə saxlamaq
  • Çiy və bişirilmiş məhsulları ayırmaq
  • Yaxşıca bişirmək
  • Qida məhsularını uyğun temperaturda saxlamaq
  • Təmiz və təhlükəsiz su və mıhsullardan istifadə etmək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir