Britaniya Tibb Jurnalına qeydiyyat

V.Y.Axundov adına ETTPİ-unda 19.01.2018-ci il tarixində  BMJ (British Medical Jurnal) online resursları barədə işçilərə məlumat verilmişdir.Online resurslardan istifadə etmək istəyən işçilər   ödənişsiz qeydiyyatdan keçirilmişdir.

6 noyabr 2017-ci tarixində keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında BMJ-lə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanmış və BMJ-nin  onlayn resursları – BMJ-lə Öyrənmə və BMJ Ən yaxşı praktika – akkreditasiya olunmuşdur.​

  • Beləliklə, həkimlər BMJ-nin onlayn resurslarını Davamlı tibbi təhsil məqsədi ilə istifadə edə biləcəklər​
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair AR Səhiyyə Nazirliyinin 45 saylı əmrinə əsasən həkimlər 5 il müddətində qazanacaq 240 kreditin 25%-i onlayn resusrlar vasitəsilə toplaya biləcəklər.
  • Layihə çərçivəsində həkimlərə və rezidentlərə BMJ-in onlayn resurslarına – BMJ Learning  BMJ Best Practice-ə çıxış təmin edilir​
  • Həkimlərin BMJ resurslarından istifadəsi üçün Azərbaycana 3000-dən çox illik lisenziya ayrılmışdır​
  • BMJ resurslarının istifadəçi auditoriyasını genişləndirmək məqsədi ilə 500-ə qədər mövzu Azərbaycan dilinə tərcümə olunmuşdur.

​       BMJ-Britaniyanın Tibb Jurnalı nədir?

  • BMJ 170 il əvvəl fəaliyyətə başlamış və dünyada geniş miqyasda istifadəçisi olan qlobal bir brenddir. ​
  • BMJ tibbi təşkilatlar və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir.
  • BMJ gündəlik klinik qərarların verilməsi və səhiyyə xidməti bacarıqlarının artırılmasına yönələn tibbi təhsil, klinik qərara dəstək, məlumatların təhlili və xidmət keyfiyyətinin artırılması üzrə təcrübələri əhatə edir. ​
  • BMJ-nin jurnal bölməsi dünyanın 50-dən çox aparıcı tibbi və müttəfiq elmi jurnallarını çap edir.