Denqi qızdırması

Denqi infeksiyası 4 virusdan biri trəfindən törədilir. Bu xəstəlik əsasən tropic və subtropik ölkələrdə geniş yayılıb və insana Aedes növündən olan yoluxmuş ağcaqanadların dişləməsi  vasitəsi ilə keçir. Denqi infeksiyasına yoluxmuş bir çox insanlarda simptomlar yüngül dərəcədə üzə çıxır və ya simptomar müşahidə olunmur. Denqi virusuna yoluxmuş təxminən hər 4 insandan birində simptomlar inkişaf edir. Simptomlara qızdırma və başağrısı, göz ağrıları, əzələ, oynaq, və sümük ağrıları, səpgilər və ürəkbulanma aiddir. Yoluxmuş insanların böyük qismində təxminən bir həftə ərzində sağalma baş verir, lakin 5%-ə qədər insanlarda denqi xəstəliyi ağır formada keçir. Ağır dərəcəli denqi xəstəliyi nəticəsində insanda şok, daxili qanaxma və hətta ölüm  baş verə  bilər. denqi infeksiyasından qorunmağın ən effektiv üsulu ağcaqanad dişləmələrindən mühafizə olunmaqdan ibarətdir.

Əsas məlumatlar

  • Denqi qızdırası insanlara Aedes aegypti və Aedes albopictus növündən olan ağcaqanadların dişləməsi yolu ilə keçir.
  • Bir insan bütün həyatı boyu 4 dəfəyə qədər denqi qızdırmasına yoluxa bilər.
  • Denqi infeksiyası tropic və subtropik ölkələrdə xəstələnmənin əsas səbəblərindəndir.
  • Denqi virus xəstəliyindən mühafizə olunmaq üçün hər hansı vaksin və ya müalicə üçün xüsusi dərman terapiyası mövcud deyi.
  • Hər il təxminən 290 milyon insan denqi xəstəliyinə yoluxur. Denqinin endemic olduğu ərazilərdə yaşayanlar, eləcə də həmin ərazilərə səyahət edənlər risk qrupuna daxildirlər.

Profilaktika qaydaları

  • əgər ailənin hər hansı bir üzvündə denqi xəstəliyi aşkarlanmışsa, xəstəliyin ilk bir həftəsi ərzində xəstəliyin daha çox yayılmasının qarşısının alınması məqsədi ilə ağcaqanad dişləmələrindən yayınmaq məsləhət görülür.
  • Denqi xəstəliyindən mühafizənin başlıca prinsipi ağcaqanad dişləmələrindən yayınmaqdır. Həşərat əleyhinə vasitələrdən – pikardin, DEET, evkalipt limon yağı – istifadə etmək lazımdır. Adları çəkilən vasitələr ağcaqanadlardan uzunmüddətli mühafizəni təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir