Dünya İmmunizasiya Həftəsi – 24-30 Aprel 2018

Dünya İmmunizasiya Həftəsi insanları vaksinlər vasitəsi ilə qarşısı alına bilinəcək xəstəliklər barədə məlumatlandırmaq və vaksinlərdən istifadənin miqdarını artırmağa yönəlmiş beynəlxalq sağlıq kampaniyasıdır. Bu hər il aprel ayının son həftəsi keçirilir.

Immunizasiya müxtəlif yaş qruplarında olan insanları 25 fərqli infeksion agentdən və xəstəlikdən mühafizə edə bilər. Bunlara difteriya, qızılca, öskürək, polimielit və tetanus kimi xəstəliklər də daxildir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən immunizasiya hər il 2-3 milyon ölümün qarşısını alır. Buna baxmayaraq, dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə  22.6 milyona yaxın uşaq vaksinlərdən istifadədən məhrumdurlar. Dünya İmmunizasiya Həftəsinin əsas məqsədi  immunizasiyanın həyatı necə xilat edə bilməsi barədə məlumatlandırmaq və harda olmasından asılı olmayaraq hər bir kəsin ölümcül xəstəliklərə qarşı vaksinasiya əldə edə bilməsinə şərait yaratmaqdır.

Hər il Aprelin son həftəsi qeyd olunan Dünya İmmunizasiya Həftəsinin məqsədi hər bir insanı vaksin istifadəsi ilə yayınıla biləcək xəstəliklərdən qorumaq üçün gərəkli addımların atılması vacibliyini gözönünə gətirməkdir. Bu ilin devizi – “Birlikdə Qorunuruq #Vaksinlərişləyirlər, ” – mövqeyindən asılı olmayaraq hər bir kəsin immunizasiyanın əhatə dairəsinin genişlənməsinə yönəlik addımlar atmasına həvəsləndirməkdir.

2018 ci il kampaniyası çərçivəsində, ÜST və partnorlar aşağıdakıları həyata keçirməyi planlayırlar:

  • Immunizasiyanın vacibliyini göz önünə gətirmək, global əhatə dairəsində çatışmayan boşluqları doldurmaq
  • Vaksinlərin qiymətini azatmaq və immunizasiya yönündə həyata keçirilən addımlara yatırımların miqdarını artırmaq

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir