Cərrahiyə bölgə infeksiyaları

Cərrahiyə bölgə infeksiyaları

CƏRRAHİ BÖLGƏ İNFEKSİYALARI

Hər il ABŞ-da təxminən 27 miliyon cərrahi əməliyyat aparılır və bunlardan 5%-ə qədəri cərrahi bölgə infeksiyası (CBİ) ilə nəticələnir. CBİ-lərin yayılması və rastgəlmə intensivliyi haqda məlumatlar NNİS (National Nosocomial İnfections Surveillance) tərəfindən müşahidə olunur. NNİS məlumatlarına görə, CBİ-lər üçüncü ən çox rast gəlinən xəstəxanadaxili infeksiyalardır və xəstənin həyatını təhlükəyə atan xəstələnməyə səbəb ola bilir, xəstəxanada keçirilən günlərin sayına və səhiyyə xidmətinin qiymətlərinin qiymətinin artmasına səbəb olur.

Cərrahi bölgə infeksiyası nədir? Cərrahi bölgə infeksiyaları implant olmadıqda əməliyyatdan sonrakı 30 gün ərzində və ya implant olduqda əməliyyatdan sonrakı 1 il müddətində üzə çıxan və cərrahi əməliyyatlarla əlaqəsi olan infeksiyalardır. Bu infeksiyalar kəsik və orqan/boşluq infeksiyaları olaraq təsnif olunur. Kəsik infeksiyalar səthi və dərin olmaqla təsnif olunur.

Cərrahi bölgə infeksiyaları exrogen və endogen mikroorqanizmlər tərəfindən törədilə bilər. CBİ-lərin çoxu cərrahi kəsik aparılan zaman xəstənin dərisində olan endogen mikroorqanizmlər tərəfindən törədilir. Staphylococcus aureus kimi gram-pozitiv bakteriyalar dəridə yaşayan mikroorqanizmlər əsas törədicilərdir. Torədici potogenlər cərrahi bölgədən asılı olaraq dəyişə bilir, məsələn bağırsaqlarda yaşayan gram-neqativ potogenlər tərəfindən CBİ yaranna riski mədə-bağırsaq yraktı orqanlarında həyata keçirilən əməliyyatlar zamanı artır. Mikroorqanizmlərin ekzogen mənbələrinə cərrahi alətlər, əməliyyat otağındakı səthlər, hava və tibbi personal aiddir.

Rezistent bakteriyalar tərəfindən CBİ-lərin yaranma riski xəstəxanalar və tibbi baxım professionalları üçün böyük narahatçılıq mənbəyidir. Rezistentlik mikroorqanizmlərin antimikrobial agentlərə qarşı davamlılığını göstərən termindir və təkamül və adaptasiya vəsitəsilə əldə edilir. Xüsusilə vankomisinə davamlı enterokokklar (VAE), metisillinə davamlı Staphylococcus aureus (MRSA) üçüncü nəsil sefalosporinə davamlı Escherichia coli və imipenem və kvinolona davamlı Pseudomonas aeruginosa tərəfindən törədilən CBİ-lər narahatçılıq doğurur.

RİSK FAKTORLARI

CBİ-lərin inkişafına səbə olan risk faktorları pasientlərin, yaranın və əməliyyatın müxtəlifliyinə görə qruplaşdırıla bilər. Pasient qruplarının müxtəlifliyində asılı olan risk faktorlarına aiddir;

  • Azyaşlı və ya çoxyaşlı olmaq
  • Diabet
  • Tütün istifadəsi
  • Steroid istifadəsi
  • Zəifləmiş immun sistem
  • Bədənin başqa nahiyəsində infeksiya və ya kolonizasiya
  • Piylənmə
  • Zəif qidalanma rejimi
  • Əməliyyatdan öncəki müddətin uzunluğu (potogenlərin artmasına səbəb olur)
  • Yara çirklənməsi

 Dərinin əməliyyatdan öncə hazırlanması sterilizasiya protokolları və əməliyyatın özü ilə əlaqəli bəzi prosedurlar var ki, CBİ-lərin yaranma riskinə təsir göstərə bilir. Bunlara aiddir ;

  • Animikrobial profilaktika
  • Əməliyyatdan öncə əllərin, dırnaqların təmizlənmə müddəti
  • Saçların (tüklərin) əməliyyat öncəsi təmizlənməsi
  • Əməliyyat otağının ventilyasiyası
  • Yaranın sinifi
  • Ətrafın və alətlərin sterilizasiyası
  • Əməliyyatın müddəti

PROFİLAKTİKA

CBİ-lərin profilaktikası üçün ən effektiv strategiya patogenlərə yoluxması və həssaslığı azaltmağa yönəlmiş əməliyyat öncəsi, əməliyyat zamanı və əməliyyatdan sonra həyata keçirilən çox yönlü yanaşmalardır.

 Profilaktik strategiyalar aşağıdakı kimi təsnif oluna bilər.

  • Pasientin əməliyyat öncəsi hazırlanması
  • Tütün istifadəsinin dayandırılması
  • Antimikrobial profilaktika
  • Əməliyyatdan əvvəl yuyunma
  • Saçların (tüklərin) təmizlənməsi
  • Əməliyyatdan əvvəl dərinin antisiptiklərlə təmizlənməsi
  • Əməliyyat zamanı həyata keçirilməli olan tədbirlər.
  • Əməliyyat zamanə hipotermiyanın qarşısının alınması
  • Qlükoza miqdarına nəzarət
  • Perioperativ hiperoksiya
  • Kliniki sübutlara əsaslanan əməliyyatın növündən asılı olaraq doğru antimikrobial agentin istifadəsi.
  • Təhlükəsizliyinə, geniş spektrli təsir qabiliyyətinə və ucuz qiymətinə görə sefalosporinlər prosedurların çoxunda istifadə olunur.

Tütün məhsullarından istifadə CBİ-lərin yaranma riskini artırır. Nikotin istifadəsi yaranın sağalması prosesini gecikdirir və siqaret çəkmək CBİ inkişafı üçün ayrıca risk faktoru hesab olunur. Bəzi prosedurlar zamanı, pasientlər əməliyyatdan öncəki 30 gün ərzində tütün məhsullarından istifadədən yayındırılmalıdır.

 Əvvəllər saçların (tüklərin) əməliyyat sahəsindən təmizlənməsinin əməliyyatdan sonrakı infeksiya yaranma riskini azaltdığı düşünülürdü. Buna görə də, bir çox əməliyyatlar zamanı adət halını almışdı. Əslində ülgüclə saçların kəsilməsi dəridə kiçik kəsiklər və cızıqlar yaranmasına səbəbdir və bunlar da bakteriyaların toplanmasına coxalmasına, nəticədə CBİ yaranma riskinin artmasına səbəb olur. Əməliyyatlardan 24 saat və daha öncə təraş olunma əməliyyatdan dərhal əvvəl təraş olunmaya nisbətən CBİ üçün daha risklidir. Saç tökən dərmanlardan-depilatorlardan istifadə CBİ riskinə səbəb olmur, lakin bu dərinin qıcıqlanmasına səbəb ola bilər. Əgər saçların təmizlənməsi zəruridirsə, qayçıdan istifadə məsləhət görülür, və bu əməliyyatdan dərhal öncə həyata keçirilir.

Əməliyyat zamanı hipotermiya CBİ yaranmasına təkan verə bilər. Çünki bu zaman damarların daralması, bunun nəticəsində də kəsik nahiyəsinə qan axınının və yaranın ətrafındakı toxumalara oksigen nəqlinin pozulması baş verir. Hipotermiyanın effektlərinin öyrənilməsi üçün həyata keçirilən araşdırmalardan birində  üzərində kolorektal əməliyyat aparılmış 200 xəstə hipotermiya qrupu və normotermiya qrupu olaraq 2 qrupa ayrılmışdır. Hipotermiya qrupunda normotermiya qrupuna nisbətən daha çox pasientdə CBİ yaranmışdır (19% və 6%). Bundan əlavə hipotermiya qrupunun xəstəxanada keçirdiyi günlərin ortalama miqdarı normotermiya qrupundan çox olub. Hipotermiyadan yayınmaq üçün personal yorğanlardan, isidilmiş venadaxili mayelərdən, əməliyyat zamanı temperaturu yüksək saxlamaq üçün isti hava axınından istifadə etməlidir.

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?