COVID-19 xəstəliyi zamanı antibiotiklərdən istifadə edəkmi?

COVID-19 xəstəliyi zamanı antibiotiklərdən istifadə edəkmi?

NİLUFƏR MƏMMƏDOVA

Antibiotiklərin düzgün istifadə edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Tez-tez müşahidə olunur ki, bəzi insanlar COVID-19 kimi virus infeksiyalarında antibiotiklərdən istifadə edərək bunun müalicəyə kömək edəcəyinə inanırlar. Halbuki bu, səhv yanaşmadır. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirli olur və virusların, o cümlədən koronavirusun müalicəsində və ya profilaktikasında heç bir rol oynamır.

 

COVID-19 zamanı antibiotiklər yalnız xəstəlik nəticəsində ikincili bakterial infeksiya yarandıqda həkim tərəfindən təyin oluna bilər. Antibiotiklərin lazımsız istifadəsi isə rezistent bakteriyaların yaranmasına səbəb olur. Bu da gələcəkdə adi infeksiyaların belə çətin müalicə edilməsinə gətirib çıxarır.

 

Unutmayaq ki, antibiotiklərin istifadəsi yalnız həkim məsləhəti ilə olmalıdır. Qeyri-düzgün istifadə sağlamlığımıza zərər verərək daha ciddi problemlərə yol aça bilər. Sağlamlıq üçün məsuliyyətli davranmaq hər birimizin borcudur.

 

 

Mənbə:

https://www.cdc.gov/drugresistance/covid19.html#:~:text=Antibiotics%20are%20not%20effective%20against,and%20lead%20to%20antibiotic%20resistance

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public/myth-busters

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/media-resources/science-in-5/episode-61---covid-19-antibiotics

 

 

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?