Multirezistent GRAM-neqativ bakteriyalar

Multirezistent GRAM-neqativ bakteriyalar

MULTİREZİSTENT GRAM NEQATİV ORQANİZMLƏR

Multirezistent Orqanizmlərə Qarşı Mübarizə: Gram-pozitivdən Gram-neqativə keçid

Son on ildə multirezistent orqanizmlərə qarşı mübarizə əsasən Gram-pozitiv bakteriyalara, xüsusilə metsillin-rezistent Staphylococcus aureus (MRSA) və vankomisin-rezistent enterokokklara (VRE) yönəlmişdir. Bu müddət ərzində xəstəxanalar sərt infeksiya nəzarəti tədbirləri tətbiq etmiş, dərman təşkilatları isə yeni antimikrobial agentlər inkişaf etdirərək bu bakteriyalarla mübarizədə əhəmiyyətli irəliləyişlər əldə etmişlər. Məsələn, linezolid və daptomisin kimi yeni dərmanlar təsir mexanizmlərini genişləndirərək infeksiya ilə mübarizədə yeni yollar açmışdır.

 

Lakin, Gram-pozitiv bakteriyalarla mübarizədəki uğurlara paralel olaraq, multirezistent Gram-neqativ batsillər (MRGNB) yeni bir problem qaynağına çevrilmişdir. Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin son qeydlərində multirezistent Gram-neqativ batsillərin üç əsas kateqoriyası vurğulanır:

    1.    Geniş spektrli sefalosporinlərə davamlı Escherichia coli və Klebsiella növləri,

    2.    Multirezistent Pseudomonas aeruginosa,

    3.    Karbapenemə davamlı Acinetobacter növləri.

 

Gram-neqativ Bakteriyalara Qarşı Yeni Çətinliklər

 

Təəssüf ki, Gram-pozitiv bakteriyalardan fərqli olaraq, MR Gram-neqativ batsillərə qarşı yeni sinif antibiotiklər kəşf edilməmişdir. Qlisilsiklinlər sinfinə aid olan tiqesiklin, bəzi hallarda istisna kimi qeyd edilə bilər. Lakin bu dərman MR Gram-neqativ batsillərə qarşı in vitro aktivliyə malik olsa da, spesifik müalicə məqsədilə yaradılmamışdır.

 

Bu məhdudiyyətlər fonunda, mövcud terapevtik seçimlərə cavab verməyən Gram-neqativ bakteriyalar tərəfindən törədilən infeksiyaların sayı artmaqdadır. Bu vəziyyət, dünyanın bəzi bölgələrində “antibiotiklərdən öncəki dövrün” geri dönməyə başladığını göstərir və qlobal sağlamlıq üçün ciddi təhlükə yaradır.

 

Nəticə və Təkliflər

 

Gram-neqativ bakteriyaların yaratdığı bu yeni təhlükənin qarşısını almaq üçün qlobal səviyyədə tədqiqatlara və antibiotiklərin inkişafına daha çox diqqət yetirilməlidir. Bu həmçinin, antibiotiklərin düzgün istifadəsi, infeksiya nəzarəti tədbirlərinin gücləndirilməsi və multirezistent bakteriyaların yayılmasının qarşısını almaq üçün effektiv strategiyaların həyata keçirilməsini tələb edir.

 

Multirezistent infeksiyalara qarşı mübarizədə irəliləyiş yalnız elm, texnologiya və qlobal əməkdaşlıq vasitəsilə mümkündür.

 

GENIŞ SPEKTRLI SPELASFORINLƏRƏ REZISTENT E. COLI VƏ K. PNEVMONIAE NÖVLƏRI.

Ötən 20 illər ərzində E. Coli və K. Pnevmoniae növləri arasında geniş spektrli sefalosporinlərə (sefatoksin, seftosidim, seftriakson) davamlılıq yaranmaqdadır. Bu rezistantlığın yaranmasının əsas səbəbi geniş spektrli sefalosporinlərin, geniş spektrli B-laktamazlar (ESBL), tərəfindən parçalanmasıdır. Amma bu həmçinin plasmid vasitəli və ya genetik olaraq hiperproduksiya olunmuş Amp C səbəbi ilə də baş verə bilər. İstifadə olunan parçalanma sistemdən asılı olaraq, bəlli ESBL-lər həmişə sefalosporinlərin hamısına davamlı olmaya bilər. Amma hazırda Avropa Antimikrobial Həssaslığın Yoxlanması Komitəsinin məlumatlarına əsasən ESBL istehsal edən izolyasiyalar adətən ən azından bir geniş spektrli sefalosporinə davamlı olur. ESBL-ləri kodlaşdıran genlər plazmidlərdə də aşkarlanmışdır və bu trend bakteriyalar arasında yayılmağa meyillidir. ESBL istehsal edən orqanizmlər arasında fluorokvinolonlara, ko-trimasazol və trimetoprimə davamlılıq tez-tez görülür. Bir ESBL-in olması multirezistantlıq fenotipi üçün markerdir. Karbopenemlər, məsələn, imipenem, meropenem və ertapenem geniş spektrli sefolosporinə davamlı E. Coli və K. Pnevmoniae tərəfindən törədilən infeksiyaların müalicəsində seçim preparat olaraq nəzərdə tutulub. Amma bəzi geoqrafik ərazilərdə karbapenemlərə davamlılıq da üzə çıxır. Tetrasiklinin törəməsi tiqesiklin bir çox multirezistant orqanizmlərə qarşı invitro aktivliyə malikdir. Amma kliniki tərkiblərdə bu agentlərin təsiri limitlidir.

Davamlılığın yayılması: Geniş spektrli sefalosporinlərə davamlı E. Coli və K. Pneumoniae növlərində davamlılıq səviyyəsi dünyanın müxtəlif yerlərində müxtəlifdir. Baxmayaraq ki, dünyanın bir çox yerlərindən statistik məlumatlar əldə olunmayıb, əldə olunmuş məlumatlar geniş-spektrli  sefalosporinlərə davamlı E. Coli və xüsusən də K. Pneumoniae qlobal oproblemə çevrildiyini göstərir. Həmçinin, son məlumatlara əsasən ESBL istehsal edən Enterobacteraceae-lər cəmiyyətdə yeni təhlükə mənbəyi olmağa başlaylrlar.

MULTIREZISTANT P. AERUGİNOSA

P aeruginosa aşağıdakı üç və ya daha çox antimikrobial agentə qarşı davamlı olduqda multirezistant hesab olunur; antipsevdomonal pensillinlər (piperasillin); antipsevdomonal sefalosporinlər ( seftazidim); fluorkvinolonlar (siprofloksasin); karbapenemlər (imipenem, meropenem və doripenem) və aminoqlikozidlər (gentamisin, tabramisin). Davamlılıq adətən müxtəlif davamlılıq mexanizmlərinin birgə təsiri nəticəsində yaranır. Bunlara B. laktamazlar, aminoqlikozid modifikə edən enzimlər, topozomeraza mutasiyaları, azalmış membran keçiriciliyi aiddir. Nəqledilə bilən metallo-B-laktamazların (MBL) özləri də multirezistantlıq fenotipinə səbəb ola bilər. Bu B-laktamazlar aztreonamdan başqa bütün B-laktamazları hidrolizə uğrada bilərlər. Həmçinin MBL-ləri və aminoqlikozid modifikə edən enzimləri kodlaşdıran genlərə malik olan mobil genetik elementlərin izolyasiyaları da çox vaxt aminoqlikozidlərə davamlı olurlar.

KARBAPENEMƏ DAVAMLI ACİNETOBACTER

Acinetobacter növləri adətən fluorkvinolonlara, aminoqlikozidlərə və bütün növ B-laktamlara davamlı olur. Lakin karbapenemlər bu sırada istisna təşkil edir. Buna görə də karbapenemlər adətən Acinebacter növlərinin törətdiyi infeksiyaların müalicəsində əsas seçim olurlar . Buna baxmayaraq dünyanın bir çox yerlərində Acinetobacter növləri arasında karbapenemlərə davamlılıq yaranmağa başlayıb. Bunun səbəbi karbapenemazlar  və ya xarici membram zülallarının  alterasiyası kimi başqa mexanizmlər ola bilər.

Bu multirezistant Acinetobacter növlərinin polimiksin ( kolistin və polimiksin), sulbaktam və tipesiklinə həssas olmasına baxmayaraq bütün mövcüd dərmanlara davamlı panrezistent izolyasiyalar aşkarlanır.

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?