Antibiotiklərə Qarşı Davamlılıq və Gram-pozitiv Patogenlər
Gram-pozitiv patogenlərdə artan bakterial rezistantlıq əvvəlcədən müalicəsi asan və ucuz olan infeksiyaların indi ciddi problemlərə çevrilməsinə səbəb olur. Məsələn:
• Pnevmoniyanın müalicəsində istifadə olunan penisillin və makrolidlər,
• Xəstəxanalarda stafilokokk infeksiyalarına qarşı istifadə olunan oksasillin.
Ümumiyyətlə, multirezistant (MRR – multidrug resistant) Gram-pozitiv patogenlər sürətlə təcili və idarə olunması çətin klinik problemlərə çevrilmişdir. Buna baxmayaraq, antibiotiklərin uzunmüddətli təsirləri ilə bağlı tədqiqatlara baxmayaraq, onların davamlılığının insan sağlamlığına təsiri hələ də tam müəyyən edilməmişdir.
Antibiotikə davamlılıq hazırda böyük bir qlobal sağlamlıq problemi kimi qəbul edilir və bu, müxtəlif bakterial infeksiyalara aid olaraq genişlənir. Bu davamlılıq, əvvəllər antibiotiklərə həssas olan bakteriyaların artıq təsir göstərməməsi ilə xarakterizə olunur.
Bundan əlavə, multirezistant bakteriyalar daha çox diqqət çəkməyə başlayır. Yeni “opportunistik” və tez-tez multirezistant orqanizmlər həm xəstəxanadaxili, həm də ictimai mühitdə vacib patogenlər kimi tanınır.
Nəticə və Təkliflər
Gram-neqativ bakteriyaların yaratdığı bu yeni təhlükənin qarşısını almaq üçün qlobal səviyyədə tədqiqatlara və antibiotiklərin inkişafına daha çox diqqət yetirilməlidir. Bu həmçinin, antibiotiklərin düzgün istifadəsi, infeksiya nəzarəti tədbirlərinin gücləndirilməsi və multirezistent bakteriyaların yayılmasının qarşısını almaq üçün effektiv strategiyaların həyata keçirilməsini tələb edir.
Multirezistent infeksiyalara qarşı mübarizədə irəliləyiş yalnız elm, texnologiya və qlobal əməkdaşlıq vasitəsilə mümkündür.
Dünyada ən böyük terapevtik problemlərdən biri heç şübhəsiz ki, gram pozitiv patogenlərin multirezistantlığıdır. Multirezistantlıq problemləri təkamül prosesi nəticəsində davamlılıq xüsusiyyəti əldə etmiş mikroorqanizmlərin epidemiya şəklində dünyada yayılması ilə əlaqəlidir. Çoxlu sayda molekulyar epidemioloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, pensillinə davamlı pnevmokokklar, metsillinə davamlı staphilococcus aureus (MRSA) və vankomisinə davamlı enterokokklar kimi gram pozitiv orqanizmlər Avropada daha geniş yayılmışdır.
Mültirezistant sthaphilococcus aureusun qlobal şəkildə xəstəxanalarda yayılması böyük narahatlıq doğururdu. Hal-hazırda MRSA infeksiyasının yayılması ilə əlaqəli əhəmiyyətli epidemioloji tədqiqatlar həyata keçirilir. Epidemioloji məlumatlar enterokokkların, xüsusən də Enterococcus faccium növünün nozokomial patogen olaraq rolunun artdığını sübut edir. Bunun səbəbi böyük ühtimalla vankomisinə davamlı klonal nəslin (CC17) geniş yayılmasıdır.
Avropa boyunca penisillin və makrolidlərə davamlılıq trendləri dəyişir, amma bir çox ölkələrdə hər iki antibiotikı davamlılıq kimi qorxuducu bir trend müşahidə olunur. baxmayaraq ki, antipnevmokokkal vaksinasiyanın geniş yayılmasının davamlılığa kəskin tısir edəcəyi gözlənilir, hazırda yayılmaqda olan invaziv pnevmokokklar arasında kapsulunu dəyişə bilən orqanizmlər ciddi şəkildə nəzərə alınmalıdırlar. Bu da qeyd edilməli olan faktdır ki, yeni konyuqasiya edilmiş vaksinlər Avropada tamamilə ümumi olan seroqruplarda antibiotikə davamlılığa təsir etmir.
Ümumilikdə, multirezistant gam pozitiv patogenlər sürətli şəkildə yayılmaqda olan təcili və bəzən də idarə olunması çətinlik törədən kliniki problemdir. Bu təkcə pnevmonologiya, onkologiya və urologiya palatalarında deyil, həm də intensiv baxım şöbələrində də problem qaynağıdır. Birinci və ikinci xətt emprik terapiya üsullarına davamlı infeksiyaların yayıldığı intensiv baxım şöbələrindəki xəstələr arasında ölüm faizi artmışdır. Multirezistant gram pozitiv patogenlər əməliyyatdansonrakı, cərrahi nahiyyə infeksiyalarında, abdominal infeksiyalar zamanı absess formalaşmasında müxtəlif dərəcədə iştirak edir.
Təəccüblüdür ki, gram pozitiv patogenlərin antibiotiklərə davamlılığının idarə olunmasına yönəldilmiş çox növlü müdaxilələrin aktual effektivliyi barəsində az məlumat var.
Davamlılığın dərəcəsini azaltmağa yönəlmiş bir sıra müdaxilələrlə yanaşı, davamlılığın geniş yayılmış effektləri barədə keyfiyyətli məlumatlar da azdır. UK-də hospitallarda antibiotiklərin təyin olunmasının təkmilləşdirilməsi ilə əlaqədar araşdırma aparan tədqiqatçılar multirezistant gram neqativ basillərin törətdiyi xəstəliklərin miqdarının azaldığını aşkar etmişlər. Buna baxmayaraq, bu üsulların multirezistant stafilokokkus aureus və vankomisinə davamlı enterokokklara qarşı effektivliyinə dair sübutlar çox azdır.