Xəstəxanadaxili virus infeksiyaları

Xəstəxanadaxili virus infeksiyaları

XƏSTƏXANADAXİLİ VİRUS İNFEKSİYALARI

Viruslar xəstəxanadaxili infeksiyaların əsas səbəblərindən biridirlər, amma qan dövranı ilə yayılan virusların ortaya çıxması və ya epidemiyaların tədqiqi kimi spesifik situasiyalar istisna olmaqla virusların yayılma dərəcəsi haqqında kifayət qədər məlumat yoxdur. Daimi momitorinq tədbirlərinin həyata keçirilməsindən bəri xəstəxanadaxili infeksiyaların 5%-i viruslarla əlaqələndirilir, və bu göstərici diqqət mərkəzindən kənarda qalır. Uşaq şöbələri və yaşlı xəstələrin yatdığı palatalar mövsümü və xətəxanadaxili viral infeksiyaların yayılması üçün xüsusilə əlverişlidir. Araşdırmaların birində göstərilir ki, uşaq şöbələrində xəstəxanadaxili infeksiyaların 32% viruslarla əlaqələndirilir və bunun da əsas səbəbi Respirator Sisisitial viruslardır (RSV).

VİRUSLARIN YAYILMASINA QARŞI HƏYATA KEÇİRİLƏN ƏSAS TƏDBİRLƏR

Virusların və başqa infeksion agentlərin xəstəxanadaxili yayılmasının qarşısının alınmasının mühüm şərtləri personalın maarifləndirilməsinə davam etmək və infeksiyaya nəzarət işçiləri ilə sıx əlaqədə olmaqdır.

Xəstələrlə sıx təmasda olan həkim, tibb bacısı və ya tibb tələbəsi virusların daşınması və yayılmasında əsas rolu oynayı. Xəstə baxımı ilə məşğul olan hər kəs bilməlidir ki, hər hansı respirator infeksiya və ya başqa virus  xəstəliyi varsa bu bütün pasientlər üçün potensial təhlükə mənbəyidir. Hər kəsin bildiyi, və eyni zamanda mühüm qayda olan hər müayinədən sonra əllərin yuyulması vurğulanmalıdır. Xəstəxana və ya labaratoriyalarda qidalanma, kosmetik maddələrdən istifadə, linzaların taxılması, siqaret çəkmə zamanı qaydaların gözlənilməməsi pasiyentlər və işçilər üçün potensial riskdir. Hər kəs belə halalrda ağız və ya gözlərinə toxunmaqdan çəkinməlidir.

 Viral infeksiyasından əziyyət çəkən və ya viral infeksiyası olan xəstə digər xəstələr və personal üçün risk mənbəyidir və xəstəxanadaxili epidemiyanın yaranması və yayılmasına səbəb ola bilər. Potensial risk yaratdığı üçün belə xəstələrin təcili tək nəfərlik otaqlarda izolə edilməsinə ehtiyac yaranır.

  Epidemiya olduqda xəstəxanada və ya toplumda yayılmasına baxmayaraq, qrup izolyasiyası vacib ola bilər. Adətən buraya infeksiyalaşmış və sağlam şəxslərin ayrıca qruplar şəklində yerləşdirilməsi aiddir. Həmçinin infeksiya şübhəsi olanlardan ibarət üçüncü qrup da təşkil etmək olar. Əgər bu qrupda olanlardan birində xəstəlik üzə çıxarsa dərhal yoluxmuşlar qrupuna keçirilir.

 RESPİRATOR YOLLA YOLUXAN VİRUSLAR

Respirator viruslar (RSV, influenza A və B, parainfluenza, rinoviruslar, və adenoviruslar) çox vacib potogenlər olaraq tanınırlar. Rahatlıqla yayılmalarına və qısa inkubasiya müddətinə(adətən 1-8 gün) görə bu viruslar çox mühüm nozokomial  problemlərə səbəb ola bilərlər. Bu viruslara yoluxma kiçik (<5 mkm) və ya böyük damcılarən yayılması yolu ilə baş verir. Adətən kiçik damcılar öskürək, asqırma və ya danışıq zamanı yaranırlar və kifayət qədər uzaq məsafəyə yayıla bilirlər. Bu əlamətinə görə kiçik damcılar yalnız insandan insana təmas yoluyla yoluxmaya səbəb olan və virus yüklü damcıların selikli qişa membranına (gözlərə, buruna) inokulyasiyası ilə həssas insanlarda xəstəlik törədən böyük ölçülü damcılardan fərqlənirlər. Autoinkulyasiyada infeksiyaya səbəb ola bilər və virusların əllərdən selikli qişaya keçməsinə səbəb ola bilər.

 Xəstəxanalarda və ya digər yerlərdə (qocalar evi, psixiatrik evlər) respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması infeksiyanın erkən doaqnostikasından asılıdır.

RESPİRATOR SİNSİTİAL VİRUSLAR

RSV körpələr və ya azyaşlı uşaqlar arasında ölümün əsas səbəblərindən biridir və kəskin respirator xəstəliklərlə əlaqəli xəstəxanaya müraciətlərin 2 yaşdan az uşaqlar arasında 45 %-ni təşkil edir. Bronxiolit və pnevmoniyalar azyaşlı uşaqlarda virus infeksiyalarının əsas təzahür formalarıdır. İnfeksiyaya qarşı immunitet davamlı deyil, daha böyük uşaqlarda və immunokompetent yetkinlərdə həyatları boyunca bu infeksiyalara dəfələrlə yoluxa bilərlər. RSV mövsümidir, əsasən qış aylarında (Noyabrdan fevrala və ya marta qədər) təsadüf edilir.

 RSV yaxın təmas zamanı böyük ölçülü damcılar vasitəsilə infeksiyalaşmış respirator sekresiya məhsullarının gözə və buruna inokulyasiyası nəticəsində yoluxdurulur. Yoluxmuş uşaqlar təxminən 7 gün (1 gündən 21 günədək dəyişə bilər) ətrafa çoxlu miqdarda viruslar yayırlar və bunlarda əlcəksiz və ya çirkli əllərlə işləyən səhiyyə işçiləri və ya qohumlar vasitəsilə ətrafa yayılırlar. Ətraf mühitin viruslarla çirklənməsi də xəstəxanadaxili infeksiyanın yaranmasının başqa bir mənbəyidir. Hall göstərmişdir ki, RSV dəridə və paltar, kağız kimi məsaməli səthlərdə 30 dəqiqəyə qədər, məsaməsiz səthlərdə isə (əlcəklər, masa səthi) 6 saata qədər qala bilir. Bütün bunlar bu infeksiyanın xəstəxanadaxili yayılmasında çirklənmiş əllərin böyük rolu olduğunu göstərir. Kiçik ölçülü damcılar vasitəsi ilə yoluxma az hallarda baş verir və bu əsasən xəstə və resipient yaxın olduqda (1m-ə qədər ), öskürmə, asqırma vasitəsilə baş verir.

 Pediatrik palatalarda çarpaz infeksiyanın baş verməsi də geniş yayılmış problemdir. Belə ki, qış aylarında 7 gündən artıq hospitalizə edilmiş uşaqların 40%-də yoluxma baş verir. 

YAYILMAYA NƏZARƏT. RSV-lərin xəstəxanadaxili yayılmasının qarşısının alınması üçün çoxlu sayda araşdırmalar aparılıb. Ümumi qəbul olunmuş qaydalara əsasən erkən labarator diaqnostika (antigenin birbaşa nazoforingial hüceyrələrdə müəyyən olunması), xalatlardan və əlcəklərdən istifadə (yoluxmuş uşaqlarla təmas öncəsi) və infeksiya mənbələrinin izolə edilməsi önəmli faktorlardır. Əllərin sabunla yuyulması yayılmanın azaldılmasında çox effektivdir. Buna baxmayaraq, araşdırmaların bəziləri göstərir ki, intensiv baxım şöbələrində əllərin yuyulması da optimal həll yolu deyil. Əllərin tez-tez yuyulması dərinin çatlamasına və qıcıqlanmasına səbəb olur və bu da bu metodun uğursuz olmasına səbəb olur. Maskalardan istifadənin effektivliyi barədə məlumat azdır. Bu maskaların digər infeksiyaya nəzarət tədbirləri ilə birgə istifadə olunmasının yüksək risk qrupuna aid xəstələrə infeksiyanın xətəxanadaxili yayılmasının azaltmasına dair bəzi sübutlar var. İnfeksiya simptomları olan işçilərin və xəstə yaxınlarının, eləcə də 12 yaşdan az uşaqların qış aylarında yüksək risk qrupuna aid olan xəstələrlə təmasının qadağan edilməsi də RSV-lərin nozokomial yayılmasının qarşısını ala bilər.

  Xəstəxanadaxili yayılmanın qarşısının alınması üçün infeksiyaya yoluxma hallarının erkən müəyyən edilməsi və uyğun prosedurların həyata keçirilməsi üçün infeksiyaya nəzarət komandasının xəbərdar edilməsi vacibdir. 

İNFLUENZA  A və B VİRUSLARI

İnfluenza A və B infeksiyaları ani üzə çıxan qızdırma, burun axması, boğaz ağrısı, başağrı və şiddətli əzələ ağrıları ilə xarakterizə olunur. Simptomlar adətən 7 günə qədər davam edir, bəzi xəstələrdə uzunmüddətli öskürək də baş verə bilər. Böyük epidemiyalar zamanı kəskin xəstələnmə və ya ölüm halları birincili viral və ya ikincili bakterial pnevmoniyanın formalaşması ilə baş verir. Bu adətən yanaşı xəstəliyi (ürək, ciyər, böyrək və metobolik pozğunluqlar) və ya immun zəifliyi olan yaşlı şəxslərdə baş verir. RSV-lərdən fərqli olaraq pnevmoniya hallarının yalnız yarısı viral mənşəli olur, qalan hallarda isə ikincili bakterial və ya funqal superinfeksiya nəticəsində üzə çıxır.

  İnfluenza virus infeksiyaları əsasən qış aylarında meydana gəlir və cəmiyyətdə immun qoruyuculuğun səviyyəsindən və sirkulyasiya edən virusun təbiətindən asılı olaraq sporadik infeksiyalara və ya epidemiyalara səbəb ola bilir. Pandemiya halları influenza A viruslarının genetik dəyişkənliyi nəticəsində yaranır və belə hallardan sonra toplumda immunitet yaranmadığı üçün adətən böyük əhali qruplarını əhatə edir.

 YAYILMAYA NƏZARƏT: İnfluenza virus infeksiyalarının xəstəxanadaxili yayılmasına nəzarət tədbirləri RSV-lərdə olduğu kimidir. Burada damcılara qarşı önləmlərin alınması, məsələn maskalardan istifadə xüsusilə qeyd olunmalıdır.

ROTAVİRUSLAR

Rotaviruslar, xüsusilə 5 yaşdan kiçik uşaqlarda və yaşlılarda xəstəxanadaxili infeksiyaların əsas səbəblərindən biridir. Bu viruslar həmçinin immun zəifliyi olanlarda   xəstəxanadaxili qastroenteritlərə səbəb ola bilər. 33-70% uşaqların nəcisində rotaviruslara rastlanır və bu uşaqların 8-28%-də kliniki simptomlar üzə çıxır. Rotaviruslar pediatriya xəstələri arasında xəstəxanadaxili qazanılmış qastroenteritlərin 50%-nin törədiciləridir.

  Rotaviruslar yaşlı hospitalizə edilmiş xəstələr arasında diarreyaların səbəbi olaraq tanımlanır. Normal immun sistemi olan yetkinlərdə nadir hallarda simptomatik infeksiyanın olmasına baxmayaraq Sümük İliyi Transplantasiyası şöbələrində hər 31 xəstədən 9-da infeksion diarreyanın törədiciləri rotaviruslardır.

  Rotavirus infeksiyası adətən qızdırma, qarında ağrı, qusma ilə başlayır və 4-7 gün davam edən sulu diarreya ilə davam edir. İnkubasiya müddəti qısadır (1-2 gün). Nəcisdə virusların miqdarı çox olduğuna görə labarator diaqnoz asanlıqla qoyulur.

YAYILMAYA NƏZARƏT: Rotaviruslara nəzarətin əsas prinsiplərinə, başqa enterik viral infeksiyalarda olduğu kimi, xəstənin tək nəfərlik otağa yerləşdirilməsi və izolə edilməsi aiddir. Ümumi dezinfeksiya üçün natrium hipoxloritdən istifadə olunmasına baxmayaraq, infeksiyanın xəstədən xəstəyə yoluxmasının qarşısını almaq üçün əllərin yuyulmasından sonra 70-95%-li spirt məhlullarından istifadə daha effektivdir.

  ENTEROVİRUSLAR

Enteroviruslar Picornavirusların bir cinsidir və bu cinsə koksaki A və B, exoviruslar, poliviruslar və enterovirus 68-71 növləri aiddir. Bu viruslar fekal-oral yolla yayılır, lakin koksaki A 21 virusları hava-damcı yolu ilə də yoluxa bilir və digər enteroviruslarda da bu istisna edilmir. Orafaringial və ya nəcis vasitəsi ilə virusların ətrafa yayılması infeksiyadan sonrakı 1 ay müddətində davam edə bilər.

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?