Azərbaycan malyariyadan azad oldu

Azərbaycan malyariyadan azad oldu

Malyariya malaria ÜST WHO

 

ÜST Azərbaycanı malyaridan azad olan ölkələr siyahısına daxil edib.

Bu Azərbaycan səhiyyəsi üçün çox böyük nailiyyətdir.

ÜST bəyan etmişdir ki, bu nailiyyət tibb işçilərinin fədakarlığı, malyariya hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub. 

2021-ci ilin sentyabrında Azərbaycan Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinin ləğvi ilə bağlı sertifikatlaşdırma prosesinin başlanması ilə əlaqədar ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət göndərib. 

2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub. Missiyanın məqsədi Azərbaycanda malyariya ilə yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etməklə bağlı Səhiyyə Nazirliyi ilə müzakirə etmək olub. 

Qeyd edək ki, Azərbaycanda sonuncu kütləvi malyariyaya yoluxma halı 1994-cü ildə qeydə alınıb. İlk dəfə 1997-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Malyariya ilə mübarizə üzrə Milli Proqram hazırlanıb. 2010-cu ildən sonra sporadik halda qeyd olunmağa başlayıb və 2013-cü ildən malyariya ilə xəstələnmə halı müşahidə edilməyib. Azərbaycan Daşkənddə 2005-ci ildə qəbul edilmiş “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” bəyannaməsinə qoşulub. 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya hazırlanıb və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək icrasına başlanıb.

Malyariyanın aradan qaldırılmasının sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. ÜST bu sertifikatı youxmanın son 3 il ərzində ölkə daxilində kəsildiyi və bunun qarşısını ala biləcək tam nəzarət sisteminin olması halında ölkəyə təqdim edir. Bundan sonra malyariyanın aradan qaldırılmasının sertifikatlaşdırılmasında bir sıra mərhələlərdən keçilir. 

 

 

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?