Azərbaycanda Hepatit C xəstələrinin müalicəsini dövlət təmin edir

Azərbaycanda Hepatit C xəstələrinin müalicəsini dövlət təmin edir

Hepatit C, Sofosbuvir, Daklatasvir

 

Hepatit C xəstəliyinin tam müalicəsinin tapılması tibbdəki ən böyük nailiyyətlərdən biridir. Müasir preparatlarla əvvəl 12 aylıq olan müalicə müddəti 3 aya endirilib. Müalicə müddətini qısaltmaqla yanaşı, preparatların ağızdan qəbulu və daha az yan təsir kimi xüsusiyyətləri müalicənin müvəffəqiyyətini artırır. Müalicədə uğur əldə etmək üçün virusun genotipini araşdırmaq da vacibdir.Yaxın keçmişə qədər həm diaqnostika zamanı aparılan testlərin, həm də dərman preparatlarının bahalı olması insanların maddi vəziyyəti üçün çətinlik törədirdi.Ölkəmizdə bu problemin aradan qaldırılması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya” təşkil olunmuşdur. Komissiya tərəfindən xəstələr hepatit C virusuna qarşı Sofosbuvir və Daklatasvir dərman preparatları ilə pulsuz təmin olunur. Bunun üçün:HCV ilə yoluxma şübhəniz varsa ilk növbədə qeydiyyatda olduğunuz poliklinikaya müraciət etməlisiz, bu zaman həkimin göstərişi ilə müayinələr aparılır. Əgər bu müayinələrin aparılması mümkün olmazsa, başqa dövlət tibb müəssisəsinə göndəriş verilir. 

Tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən şəxsin tibbi sənədlərini Komissiyaya təqdim edir.

Əgər son 3 aya aid virusa yoluxma faktını təsdiqləyən sənəd təqdim edilərsə yeni analizlər tələb olunmur. Bu halda müraciət etdiyiniz dövlət tibb müəssisəsi komissiyanın katibinə elektron müraciət ünvanlayır.

Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və qeydiyyat əsasında qəbul təşkil olunur. Qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılma aparılır.

Komissiya müalicəyə ehtiyac olub-olmaması ilə bağlı qərar qəbul edir və həkim tərəfindən müşahidə üçün rəy verilir. 

Sonda Komissiya müalicəyə göstərişi olanlara tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur. 

Mənbə: https://its.gov.az/

 

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?