Azərbaycanda səhiyyə mütəxəssisləri üçün həyata keçirilən “BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü”ndən necə faydalana biləcəyinizi öyrənin

Azərbaycanda səhiyyə mütəxəssisləri üçün həyata keçirilən “BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü”ndən necə faydalana biləcəyinizi öyrənin

Britaniya Tibb Jurnalı, BMJ, səhiyyə, sehiyye

Britaniya Tibb Jurnalı (BMJ)  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə tibb mütəxəssislərinin BMJ Best Practice və BMJ Learning resurslarına çıxışını təmin etməkdən məmnunluq duyur. Bu onlayn  resurslar BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində təklif edilir və sizə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edəcəkdir. Saytda 500-ə qədər mövzu Azərbaycan dilinə tərçümə olunmuşdur. 

Bu proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir. Beləliklə, Azərbaycanın həkimləri Davamlı Tibbi Təhsil (DTT) krediti əldə etmək üçün bu resurslardan rəsmi olaraq istifadə edə biləcəklər.    

 

Britaniya Tibb Jurnalı (BMJ) artıq 170 ildir ki fəaliyyət göstərir. Bu gün, dünyada geniş auditoriyası olan qlobal bir brend kimi, BMJ səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir. 

BMJ Best Practice klinik qərara dəstək aləti olub tibb müəssisələrində sübutlara əsaslanan və daima yenilənən resurslardan istifadə etmək imkanı yaradır. BMJ Best Practice 1000-dən artıq ən geniş yayılmış əhəmiyyət kəsb edən xəstəlikləri və 7000-dən artıq  diaqnostika və müalicə üzrə beynəlxalq təlimatları əhatə edir. BMJ Best Practice tibb işçisini yerində və vaxtında lazımi məlumatlarla təmin edir. Burada real pasiyent aləmini  nəzərə almaqla kliniki cəhətdən mühüm olan dəyişkən və həm də pasiyent-yönümlü təcrübənin  sübutlara əsaslanan məlumatlar üzərində qurulmasına  diqqət yetirilir. BMJ Best Practice-ə kompüterlər, mobil qurğular və oflayn rejimdə IoS və Android app. vasitəsilə daxil olmaq mümkündür. 

BMJ Learning-in tədris materialları müxtəlif formatlarda təqdim olunur. İstifadəçilər video materiallara  baxa, podkastları dinləyə, mətn və şəkilli resuraları oxuya və məzmunla müxtəlif yollarla işləyə bilərlər. İlkin bilikləri qiymətləndirmək üçün pre test, real xəstəlik hadisələri və biliklərin artmasını  nümayiş etdirmək üçün post testi özündə birləşdirən interaktiv tədris kursları saytın ən mükəmməl  resurslarından biridir.  Bu üsul səhiyyə mütəxəssislərinə  biliklərini və problemləri həll etmək bacarıqlarını təkmilləşdirmək istiqamətində kömək etməyin ən effektiv yoludur. Post testdən keçən istifadəçilər fərdi sertifikatlar əldə edirlər. 

Bu günə qədər BMJ-nin onlayn resurslarından istifadə etmək üçün 1500-dən artıq müxtəlif ixtisasda həkim qeydiyyatdan keçmişdir. 

BMJ Best Practice və BMJ Learning-ə qeydiyyatdan keçmək üçün müəssisənizdəki rəsmi təyin edilmiş BMJ-nin Əlaqələndirici Nümayəndəsinə müraciət edin. Əgər sizin klinika BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsünə qoşulmayıbsa BMJ-nin Azərbaycandakı nümayəndəsi Dr. Sevinc Həsənovaya [email protected] vasitəsilə müraciət edə bilərsiniz. 

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?