Covid-19-da yenilik

Covid-19-da yenilik

Covid-19-da  yenilik

Bu gün ABŞ Qida və Dərman Administrasiyası (FDA) Covid 19 infeksiyasına qarşı davam edən mübarizədə aşağıdakı tədbirlər barədə elan yerləşdirib. FDA dərman maddəsi olan Baricitinib-in (Olumiant) Remdesivirlə (Veklury) kombinasiyası barədə Təcili İstifadə İcazəsi(EUA) qurumuna müraciət edib. Bu dərman maddələri hospitalizasiya edilmiş, şübhəli və ya laborator olaraq təsdiqlənmiş Covid 19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Dərmanların istifadəsi oksigen dəstəyinə, mexaniki ventilyasiyaya və ya Ekstrakorporal Membran Oksigenasiyasına (ECMO) ehtiyacı olan yaşı 2 dən artıq uşaqlar və böyüklər üçün nəzərdə tutulub.Hospitalizasiya olunmuş Covid 19 xəstələri üzərində aparılan kliniki araşdırmalarda müəyyən edilmişdir ki, baricitinib və remdesivirin birgə kombinasiyası müalicənin başladığı gündən sonrakı 29 gün ərzində sağalma zamanını qısaltmışdır.(Bu halda müqayisə yalnız remdesivirlə müalicə olunan xəstələrlə aparılmışdır).Covid 19 xəstələrində Baricitinib istifadəsinin təhlükəsizliyi və effektivliyi qiymətləndirilməyə davam etdirilir. Covid 19- un müalicəsində bu dərman maddəsinin təkli istifadəsi təsdiq edilməyib. FDA-nın istehlakçıların hüquqlarını qorumaq məqsədilə apardığı işlərin bir hissəsi olaraq, agentlik Federal Ticarət Komissiyasıyla(FTC) birgə olaraq Pro Breath MD, LLC dba Dentist Select və OraCare şirkətlərinə Covid 19 la əlaqəli olan və təsdiqlənməmiş məhsulların satışı barədə xəbərdarlıq məktubları göndərmişdir. Şirkətin satdığı məhsullar olan `OraCare Operatory PreRinsing Set` və `OraCare Health Rinse`-in aldadıcı şəkildı Covid 19 infeksiyasının zəiflədilməsi, qarşısının alınması, diaqnostikası və müalicəsində əhəmiyyəti qeyd edilir.FDA `Dentist Select` və `OraCare` şirkətlərindən təsdiqlənməmiş və rəsmi olmayan məhsulların satışını dərhal dayandırmağı tələb edir. Covid 19 barəsində qayğıları olan istehlakçılar özlərinin sağlamlıq xidməti təminatçıları ilə məsləhətləşməlidirlər. FDA və FTC həmçinin birgə olaraq `Vibrant Health Care,inc`-ə xəbərdərlıq məktubu ünvanlamışdır. Xəbərdarlıq Covid 19 xəstəliyinin zəiflədilməsi,qarşısının alınması, müalicəsi və diaqnostikasında istifadə məqsədilə bazara çıxarılan göbək ciyəsindən əldə edilmiş hüceyrəvi məhsula aid edilmişdir. Bu gün FDA özünün Vaksinlər və Oxşar Bioloji Məhsulların Məsləhət Komitəsinin Dekabrın 10-u üçün razılaşdırılmış iclasını elan etdi. İclasda Pfizer-BioNTech-in Covid 19 vaksininin Təcili İstifadə İcazəsi müzakirə olunacaq. Agentlik həmçinin FDA-nın Covid 19-a cavabını özündə faktlar, anlayışlar və əsas məqamlarla əks etdirən `FDA Covid 19-a Cavabın Bir Baxışda Özəti`nin yeniləmiş versiyasını yayınlamışdır. FDA internet səhifəsini vaksin hazırlanması prosesinə ümumi nəzər salmağı təmin etmək məqsədilə yeniləmişdir, Vaksin formalaşdırılması-101. Özünün yeni internet səhifəsində, Vaksinlər üçün Təcili İstifadə İcazəsi (EUA) izah edilmişdir. FDA burada EUA haqqında olan suallara ümumi olaraq cavablar və daha spesifik olaraq Covid 19 infeksiyasına qarşı hazırlanan vaksinlər üçün EUA –nın tələblərini yerləşdirilmişdir. Testlər barədəki yeniliklər. 18 Noyabra qədər 289 test EUA-nın kontrolu altında FDA tərəfindən təsdiq edilmişdir. Bunlardan 224-ü molekulyar testlər, 58-i antitel testləri və 7-si antigen testləridir. ABŞ-ın Sağlamlıq və Əhali Xidmətləri Departamentinin tərkibində yerləşən FDA –nın vəzifəsi əhalinin və veterinar məqsədlərlə istifadə olunan dərmanların, vaksinlərin və insanların istifadəsi üçün nəzərdə tutulmuş digər bioloji məhsulların təhlükəsizliyi, mühafizəsi və effektivliyinə nəzarət etməkdir. Agentlik həmçinin ABŞ xalqının qida təchizatının, kosmetik məhsulların, qida əlavələrinin,tütün məhsullarının və elektronik radiasiya yayan məhsulların təhlükəsizliyi və mühafizəsi üçün məsuliyyət daşıyır.

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?