Kaliforniya Xalq Sağlamlığı Departamenti (CDPH) COVID-19 ilə bağlı ən son statistik məlumatları açıqlayıb.
Statistik məlumatlara görə xəstələnmə halları, ağırlaşma və ölümlər əsasən peyvənd olunmamış əhali arasında baş verir.
Peyvənd olunmamış və peyvənd olunmuş şəxslər arasında xəstəxanaya yerləşdirmə və ölüm halları ilə bağlı müqayisəsi:
Peyvənd olunmamış insanların COVID-19-a yoluxma göstəriciləri vaksinasiya olunmuşlara nəzərən 7,1 dəfə çoxluq təşkil edib (21 noyabr 2021-ci ildən 27 noyabr 2021-ci ilə qədər olan məlumatlar).
Peyvənd olunmamış insanların COVID-19 ilə ağırlaşma və xəstəxanaya yerləşdirilmə göstəriciləri peyvənd olunmuşlara nəzərən 12,5 dəfə çox olub (14 noyabr 2021-ci ildən 20 noyabr 2021-ci il tarixədək məlumat).
Peyvənd olunmamış insanların COVID-19-dan ölüm halları peyvənd olunmuşlara nəzərən 13,0 dəfə çox olub (7 noyabr 2021-ci ildən 13 noyabr 2021-ci ilə qədər olan məlumatlar).
Mənbə: