Uşaqların COVİD-19 xəstəliyi ilə xəstələnmə riski nə qədərdir?
Hazırkı məlumatlara əsasən, böyüklərlə müqayisədə uşaqlarda COVİD-19 xəstəliyinin riski elə də yüksək deyil. Bəzi hallarda uşaqlarda bu xəstəliyə yoluxa bilər, lakin hazırda bu xəstəliyə yoluxmuş şəxslərin əsas hissəsini yetkin şəxslər təşkil edir.
Uşaqları COVİD-19 xəstəliyindən necə qorumaq olar?
Uşaqlara COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün hər bir şəxsin əməl etməli olduğu qaydaları öyrədin:
Əllər tez-tez sabunlu su ilə yuyulmalı və spirt tərkibli dezinfektantlarla təmizlənməlidir.
Xəstə insanlardan (asqırma və öskürmə kimi əlamətləri olanlardan) uzaq durmaq lazımdır.
Evdə tez-tez təmas olunan əşyaların səthləri (məsələn, stol, stullar, qapı əlcəkləri, elektrik açarları, pultlar, tualet və s.) təmizlənməli və dezinfeksiya olunmalıdır.
Oyuncaqlar və paltarlar istehsalçının təlimatlarına uyğun şəkildə yuyulmalıdır. Mümkün olduqda, maksimum isti su ilə yumaq və tam qurutmaq lazımdır.
Uşaqlarda və böyüklərdə COVİD-19 xəstəliyinin əlamətləri arasında fərqliliklər varmı?
Uşaqlarda və böyüklərdə COVİD-19 xəstəliyinin simptomları oxşardır. Lakin, COVİD-19 xəstəliyi təsdiqlənmiş uşaqlarda simptomlar adətən yüngül olur. Uşaqlarda müşahidə edilən simptomlara qızdırma, burun axması və öskürək kimi əlamətlər aiddir. Qusma və ishal da müşahidə oluna bilər. Hazırda, başqa xroniki xəstəlikləri olan uşaqlarda COVİD-19 riskinin daha yüksək olub-olmamasına dair məlumatlar yoxdur.
Uşaqlar maska geyinməlidirlərmi?
Əgər uşaq sağlamdırsa maska geyinməyə ehtiyac yoxdur. Yalnız xəstəlik əlamətləri olan insanlar və ya xəstə olan insanlara qulluq edən şəxslər maska geyinməlidirlər.