Vərəmin sağlamlıq, sosial və ekonomik nəticələri barədə əhalinin daha da marifləndirilməsi və vərəm epidemiyasının qlobal olaraq aradan qaldırılması yönündə aparılan işlərin artırılması məqsədi ilə hər il Mart ayının 24-ü Dünya Vərəm Günü kimi qeyd olunur. Bü günün tarixi 1882-ci ildə Robert Koxun vərəm törədiciləri olan mikobakteriyaları kəşf etdiyini elan etdiyi və bu xəstəliyin diaqnostika və müalicəsinin əsasını qoyduğu gün ilə əlaqədardır.
Son illər ərzində əhəmiyyətli dərəcədə inkişafın baş verməsinə rəğmən, vərəm xəstəliyi hələ də dünyada ən ölümcül infeksion xəstəliklərdən biri olaraq qalır və hər gün 4500 insanın həyatına son qoyur. Multirezistent vərəm növlərinin üzə çıxması səhiyyə təhlükəsizliyinə böyük təhdid törədir və vərəmə qarşı mübarizə yollarını daha da çətinləşdirir.
Deviz: Axtarılır: Vərəmsiz dünya üçün liderlər
2018 ci ilin Dünya Vərəm Gününün devizinin- “Axtarılır: Vərəmsiz dünya üçün liderlər” – məqsədi vərəmə qarşı mübarizədə təkcə Səhiyyə Nazirliyinin yox, bütün idarə işçilərindən, parlament üzvlərindən və cəmiyyət liderlərindən vərəmə yoluxmuşlara, səhiyyə işçilərinə, həkimlərə və tibb bacılarına qədər hər kəsin iştirak etməsinə fokuslanan öhdəlik ortaya qoymaqdır. Hər bir lider öz işlədiyi yedə və ya sahədə vərəmin aradan qadırılmasına yönəldilmiş addımlar atmalıdır.
Dünya Vərəm Günü bütün diqqətlərin bu xəstəliyə fokuslanmasına şərait yaradır və vərəmi tamamilə aradan qaldırılması prosesini sürətləndirmək məqsədi ilə siyasi və social addımlar atılmasına imkan verir.