Dünyada antibiotiklərə davamlılıq səviyyəsi yüksəlməkdədir.

Dünyada antibiotiklərə davamlılıq səviyyəsi yüksəlməkdədir.

antibiotik

ÜST-in antibiotiklərə davamlılığla bağlı araşdırmalarının nəticələri həm yüksək, həm də aşağı gəlirli ölkələrdə bir sıra ağır bakterial infeksiyalara qarşı davamlılıq səviyyəsinin yüksəldiyini göstərir.

ÜST-in yeni yaradılmış Qlobal Antimikrobial Nəzarət Sistemi (QANS) – Global Antimicrobial Surveillance System (GLASS)  22 ölkədə bakterial infeksiya şübhəsi olan 500 000 insan arasında antibiotikə davamlılığın geniş miqyaslı müşahidə olunmasını müəyyən etmişdir.

Ən geniş yayılmış davamlı bakteriyalar Escherichia coli, Klebsiella pneumoniae, Staphylococcus aureus və Streptococcus pneumoniae olmuşdur. Bunlardan sonra isə Salmonella növləri yüksək davamlılıq göstərmişdir.  Bu sistem vərəm xəstəliyinin törədiciləri olan Mycobacterium tuberculosis bakteriyalarının davamlılıq səviyyələri barədə məlumatları əhatə etməmişdir.

Qan dövranı infeksiyası şübhəsi olan pasiyentlər arasında, ən az bir geniş istifadə olunan antibiotikə davamlı olanların nisbəti ölkələrdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir – 0 faizdən 82 faizə qədər.  Penisillinə – pnevmoniyanın müalicəsində 10 illərdir istifadə olunan dərmana – davamlılıq 0%-dən 51%-ə qədər dəyişir. Sidik yolları infeksiyalarına səbəb olan E. Coli bakteriyalarının siprofloksasinə davamlılıq göstəricisi 8%-dən 65%-ə qədər dəyişir.

“Bu məlumatlar antibiotikə davamlılığın dünyada ciddi vəziyyət olduğunu təsdiqləyir” –  ÜST-in Antimikrobial Davamlılıq Katibliyinin direktoru Dr Marc Sprenger deyir.

“Dünyada ən geniş yayılmış – və potensial olaraq ən təhlükəli – infeksiyaları dərmanlara davamlılıq göstərir” – Sprenger əlavə edir. “Və ən çox narahatlıq doğuran məsələ budur ki, patogenlərin hər hansı yayılma sərhədləri yoxdur. Buna görə də ÜST bütün ölkələri dərmanlara davamlılığın müəyyən edilməsi üçün yüksək nəzarət sistemləri təşkil etməyə çağırır.”

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?