Koronavirusun ev şəraitində sürətli antigen testiylə aşkar edilməsi

Koronavirusun ev şəraitində sürətli antigen testiylə aşkar edilməsi

NİLUFƏR MƏMMƏDOVA

Evdə tətbiq edilə bilən sürətli antigen testləri insanda koronavirus olub-olmadığını müəyyən edə bilər, amma hansı ştam olduğunu göstərməz.

İstifadə qaydası:

1) Başınızı ehmalca geri əyin. Burun sürüntü çubuğunu ehmalca, təzyiq göstərmədən hər iki burun dəliyinə daxil edin. Çubuğu hər dəfəsində 4 dəfə öz oxu ətrafında çevirin və burun mukozasıyla təmas etdirin (təxminən 15 saniyə)

2) Burun sürüntü çubuğunu boruya yerləşdirin və ən az 10 dəfə çevirin.

3) Sürüntü çubuğunu borudan çıxarıb borunun qabağını bağlayın.

4) Test qutusunda yerləşən numunə çuxuruna 4 damcı damızdırın.

5) 15 dəqiqə sonra test nəticəsinə baxılması

6) İstifadə edilmiş materialların təhlükəsiz formada zərərsizləşdirilməsi.

Qeyd: İstifadədən öncə içlik vərəqinin oxunması mütləqdir.

https://health.gov.au/resources/publications/how-to-do-a-rapid-antigen-test-from-your-nose-easy-read

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?