koronavirusun müalicəsi zamanı təcili hallarda istifadəsi mümkün olan dərman

koronavirusun müalicəsi zamanı təcili hallarda istifadəsi mümkün olan dərman

covid-19, corona virus, koronavirus

ABŞ Qida və Dərman Admisntrasiyasının verdiyi məlumatlara əsasən, 2019-cu ildə müəyyən olunmuş yeni koronavirus infeksiyasının səbəb olduğu COVİD-19 xəstəliyinin müalicəsi zamanı təcili hallarda xloroxin və hidroksixloroxin istifadə etmək olar.
Sağlamlıq və İnsan Xidmətləri Departamentinə göndərilən məktuba cavab olaraq, FDA-ın Şef Alimi – kontr-admiral Denise Hinton bildirmişdir ki, bu dərmanlarla müalicə zamanı baş verə biləcək potensial risklər müalicə zamanı əldə olunacaq müsbət nəticələrdən daha azdır. O, fikrini başqa ölkələrdə bu dərmanın istifadəsi ilə bağlı “məhdud in vitro və anekdotal məlumatlarla” əsaslandırmışdır.

Bu məktubda COVİD-19 pasientlərində xloroxin və hidroksixloroxin istifadəsinin mümkün olduğu spesifik vəziyyətlər də bildirilmişdir.

Bəzi həkimlər FDA-ın qərarından (29 Mart 2020) əvvəl də anti-malyarial dərmanlardan istifadə edirdilər. Amma, bu dərmanların  effektivliyi və təhlükəsizliyi barədə dəqiq məlumatlar yoxdur.

“Etibarlı Sübutlar Yoxdur”

Uzun illərdir ki, xloroxin malyariya xəstəliyinin müalicəsində istifadə edilir. Bu dərmana oxşar olan digər dərman – hidroxloroxin əsasən qırmızı qurdeşənəyi, revmatoid artrit və başqa xəstəliklər zamanı təyin edilir.

Bu dərmanların COVİD-19 xəstəliyi zamanı effektivliyinin müəyyən olunması ilə bağlı aparılan kliniki sınaqlar hələ də davam edir. Amma, həkimlər xəbərdarlıq edirlər ki,  bu sınaqların nəticələri müəyyən olunana qədər, bu dərmanların müalicəvi olduğu bildirilməsin.

“Bu dərmanların COVİD-19 xəstəliyinin müalicəsində effektiv olacağına dair etibarlı sübutlar və randomizə kontrol sınaqları yoxdur”. Bu sözləri Miçiqan Zəhərlənmə Mərkəzinin (Michigan Poison Center) tibbi rəhbəri Dr. Cynthia Aaron bildirmişdir.

Aaron qeyd edir ki, koronavirus ştammlarının da səbəb olduğu ağır kəskin respirator sindromun (SARS – severe acute respiratory syndrome) müalicəsində xlorxinin və hidroxlorxinin ümidverici olmuşdur.

“Amma, bu dərmanlarının effektivliyini sübut edəcək təkzibedilməz məlumatlar mövcud deyil” – Aaron deyir.

Bunun əksinə, bu dərmanlardan yüksək dozada istifadə, eləcə də bu dərmanların başqa dərman maddələri ilə qarşılıqlı təsiri nəticəsində zərərli ola biləcəyi – hətta ölümə səbəb ola biləcəyi sübut olunmuşdur.

Aaron bildirir ki, məsləhət görülən terapevtik doza həddini aşmaq təhlükəli ola bilər.

“Terapevtik dozadan iki dəfə artıq doza qəbul edildikdə, özünüzü pis hiss edəcəksiz. Xəstəxanaya getməli ola bilərsiz. Sizdə süni tənəffüs aparatı tətbiq oluna bilər və üərk aritmiyaları baş verə bilər. Terapevtik dozadan 3 dəfə artıq doza qəbul edildikdə isə, ölüm baş verir” Aaron deyir.

Ölümcül Kombinasiyalar

 Xloroxin və hidroksixloroxin dərmanlarının hər ikisi digər dərman maddələri ilə, məsələn opioidlərlə, ürək dərmanları ilə və antibiotiklərlə birlikdə istifadə edildikdə, bir çox neqativ qarşlıqlı əlaqələr baş verir.

“Əslində, dərmanlararası qarşılıqlı təsir paneli müəyyən olunmadan heç kimdə bu dərmanlardan istifadə edilməməlidir” – Aaron deyir.

Bəzi mütəxəssislər hidroksixloroxin və geniş yayılmış antibiotik olan azitromisinin birlikdə istifadəsinin mümkünlüyünü qeyd edirlər.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC – Centers for Disease Control and Prevention) bildirir ki, hidroksixloroxin və azitromisinin birlikdə istifadəsi ürək vurğuları arasındakı müddətin uzanmasına – yəni QT müddətinin uzanmasına səbəb olur. CDC xroniki xəstəlikləri olan şəxslərdə bu iki dərmanın istifadəsi zamanı diqqətli olmağı məsləhət görür.

CDC həm də qeyri-farmakosevtikal xloroxin fosfat istifadəsindən yayınmaq lazım olduğu barədə xəbərdarlıq edir.

Aaron deyir ki, xloroxin və hidroksixloroxin qəbulundan sonra ürəkbulanma və ya qusma baş verən şəxslər mütləq zəhərlənmə mərkəzinə müraciət etməlidirlər.

Müsahibə – Dr. Cynthia Aaron

  • Xloroxin və hidroksixloroxin  nədir və onlar necə istifadə olunurlar?
  • Cynthia Aron: Xloroxin preparatı tropik zonalarda olan Çinə ağacının qabığından əldə olunan maddədir. Qeyd olunur ki, yerli insanlar bu ağacın qabığını çeynəməklə və ya qabığından dəmləmə hazırlamaqla periodik qızdırma tutmalarını müalicə edirlər. Bu qızdırma tutmalarının səbəbinin Malyariya xəstəliyi olduğu müəyyən olunmuşdur.

Bu dərman hələ də, malyariya xəstəliyinin müalicəsində istifadə eidlir, amma malyariya xəstəliyinin bütün növlərində yox. Çünki, malyariya parazitləri (Plasmodium) xloroxinə rezistentlik əldə etmişdir. Malyariyanın ağır formaları, məsələn Malyariya falciparum başqa dərman maddələri ilə müalicə edilir.

Hidroksixloroxin xloroxindən qismən fərqli dərmandır. Bu dərman hazırda qırmızı qurdeşənəyi, deermatomizoti və revmatoid artritli xəstələrdə geniş istifadə edilir. Bu dərmanın immunomodulyasiyaedici xüsusiyyətləri var, buna görə də hazırda bu dərmanın COVİD-19 xəstəliyinin müalicəsində effektiv ola biləcəyi düşünülür.

  • Nəyə görə bəzi həkimlər COVİD-19 xəstəliyinin müalicəsi məqsədi ilə bu dərmanları təyin edirlər?
  • Bu pandemiya başladığı müddətdən etibarən, hamı istifadəyə yararlı ola biləcək preparatlar müəyyən etmək üçün kütləvi axtarışlara başladı. Əvvəllər,  xloroxin və hidroksixloroxin preparatlarının SARS koronavirus pandemiyasında effektiv olmasına dair bəzi sübutlar var idi. Bu da, COVİD-19 xəstəliyi zamanı da bu preparatlardan istifadəyə təkan verdi.

Lakin, COVİD-19 pasientlərində bu preparatların effektivliyini sübut edən məlumatlar və randomizə kontrol sınaqlar mövcud deyil.

Hazırda, COVİD-19 xəstəliyinin müalicəsində istifadə oluna biləcək müxtəlif dərman maddələri ilə bağlı 80-a yaxın kliniki sınaqlar həyata keçirilir. Lakin, hələ ki, heç bir müsbət nəticə əldə olunmayıb.

Bu preparatlar hazırda mövcud olduğuna, eləcə də malyariya, qırmızı qurdeşənəyi və revmatoid artritlərin müalicəsi üçün FDA tərəfindən təsdiqlənmiş dərman maddələri olduqlarına görə, bu dərmanlardan başqa xəstəliklərdə də istifadə etmək oar.

  • Pandemiyanın başladığı Çində hidroksixloroxin və azitromisin antibiotikinin kombinasion istifadəsi ilə bağlı kliniki araşdırmalar həyata keçirilir. Bu ölümcül ola bilər, doğrudurmu?
  • Bəli. Bu dərmanlarla bağlı problem ondan ibarətdir ki, hazırda bu dərmanların istifadə olunduğu xəstəliklər zamanı, bu dərmanlar terapevtik doza adlanan dozalarda effektiv olurlar. Terapevtik dozadan iki dəfə artıq dozada istifadə olunduqda, bu dərmanlar çox təhlükəlidir və əks təsirlərə səbəb ola bilər. Siz xəstəxanaya müraciət etməli ola bilərsiz. Hətta sizdə ventilyatorlardan istifadə oluna bilər və ürək aritmiyaları baş verə bilər. Terapevtik dozadan iki dəfə artıq dozada istifadə edildikdə isə, ölümə səbəb ola bilər. Buna görə də, biz bu dərmanları məsləhət görmürük.

Həkimlər üçün başqa daha böyük bir problem ondan ibarətdir ki, bu dərmanların digər dərman maddələri ilə kontrol edilə bilinməyən qarşılıqlı əlaqələri mövcuddur. Və bu dərmanlar orqanizmdə CYP ferment sistemi (Sitoxrom P450) tərəfindən metabolizmə uğradılır.

Əgər pasientdə eyni ferment sistemi tərəfindən metabolizmə uğradılan başqa dərman maddəsi də istifadə edilirsə, bu dərmanlardan birinin konsentrasiyası yüksələcək və toksikliyə səbəb olacaq. Belə hallarda, xloroxin və hidroksixloroxin qanda konsentrasiyasının yüksəlmə ehtimalı daha yüksəkdir.

Bundan başqa, bu dərmanlar böyrəklər vasitəsi ilə orqanizmdən atılır. COVİD-19 xəstəliyi zamanı böyrəklər zədələnir və öz funksiyalarını yerinə yetirə bilmir. Bu da, dərmanların orqanizmdə akkumulyasiyasına səbəb ola bilər.

  • Kimlər bu dərmanlardan istifadə etməməlidir?
  • Ürək xəstəliyi olan şəxslər, ürək ritmlərinin sürətinin zəifləməsi və ya sürətlənməsi olanlar, müəyyən antibiotiklər – məsələn, levofloksasin və ya bu sinifdən olan digər antibiotiklərdən istifadə edənlər, anormal ürək ritmləri olduğuna görə Amiodaron preparatı qəbul edənlər, opioidlərdən – məsələn, buprenorfindən istifadə edənlər və bəzi antidepressantlardan istifadə edənlər xlorxinin və hidroksixloroxin istifadə etməməlidirlər.
  • Başqa nələri bilməliyik?
  • Əgər siz bu dərmanlardan qəbul edirsizsə – həkim məsləhəti olmadan qəbul etməyi məsləhət görmürəm – və ürəkbulanma, qusma, ishal, başgicəllənmə, titrəmələr, düşüncənin pozulması, hallusinasiyalar, ölüm qorxusu və s. kimi əlamətlər yaranırsa dərhal tibbi yardım cidmətinə müraciət etməlisiniz.

 

Mənbə: https://wdet.org/posts/2020/03/30/89427-covid-19-and-chloroquine-fda-authorizes-use-but-risks-persist/#.XoL7It1_D6M.email

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?