US – DSC, ÜST və digər qlobal səhiyyə partnyorlarının birlikdə apardığı son hesablamaların nəticələri göstərir ki, hər il 650 000-ə yaxın insan mövsümi influenza ilə əlaqəli tənəffüs sistemi xəstəliklərindən dolayı ölürlər.
Bu araşdırmanın nəticəsi 10 il əvvəl həyata keçirilən və bütün qriplə əlaqəli ölümləri (kardiovaskulyar xəstəliklər və diabet) əhatə edən dünyamiqyaslı hesablamaların nəticəsinə (250 000 – 500 000 ölüm) nisbətən daha yüksək olmuşdur. Yeni göstəricilər (290 000 – 650 000 ölüm) daha geniş miqyaslı olmuş və çoxsaylı ölkələri (aşağı gəlirli ölkələr də daxil olmaqla) əhatə etmişdir və bu hesablamada tənəffüs sistemi ilə əlaqəli olmayan ölümlər nəzərə alınmamışdır.
“Bu göstəricilər influenzanın böyük problem olduğunu və əhəmiyyətli sosial və iqtisadi dəyəri olduğunu göstərir” – bu sözləri ÜST-in İcraçı Direktoru Dr. Peter Salama söyləmişdir – “Bu göstəricilər influenzanın mövsümi epidemiyalarının qarşısının alınmasının və pandemiyalara hazırlıqlı olmanın vacibliyini diqqət mərkəzinə gətirir.”
US-DSC – ə görə, ölümlərin əksər hissəsi 75 yaşdan yuxarı şəxslər arasında və dünyanın kasıb regionlarında baş verir. Afrikanın Sub-Saxara regionu influenza səbəbi ilə ölüm riskinin ən yüksək olduğu ərazidir. Şərqi Aralıqdənizi regionu və Cənub Şərqi Asiya regionu siyahıda ardıcıl olaraq növbəti yerləri tutur.
“Bütün ölkələr, varlı və kasıb, böyük və kiçik, pandemiyaya səbəb olmadan qrip epidemiyalarının kontrolu üçün birgə çalışmalıdır. Buraya epidemiyaların müəyyən olunması və lazımi tədbirlərin görülməsi, eləcə də zəif və risk qrupunda olanların sağlıq durumunun yaxşılaşdırılması üçün səhiyyə sistemlərinin gücləndirilməsi aiddir.” – Dr Salama deyir.
ÜST dünya ölkələrini influenzanın qarşısının alınması və ölkədaxili araşdırmalar apararaq mühafizə siyasəti barədə məlumatların əldə olunması yönündə addımlar atmağa çağırır. İllik influenza vaksinasiyası xəstəliyin qarşısının alınması və ağırlaşmaların aradan qaldırılması üçün əhəmiyyətlidir. Yüksək risk qrupuna daxil olanlar və səhiyyə işçiləri üçün vaksinasiya xüsusilə əhəmiyyətlidir.
Mövsümi influenza kəskin virus infeksiyasıdır və insandan insana asanlıqla keçərək dünyamiqyaslı dövr edir. İnsanların böyük əksəriyyəti tibbi baxım almadan 1 həftə ərzində sağalırlar. Mövsümi qriplə əlaqəli pnevmoiya və bronxit kimi geniş yayılmış xəstəiklər ölümə səbəb ola bilir.