Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 5-də verdiyi bəyanata əsasən Avropada bu yaxınlarda beş nəfərin öldüyü psittakozis- quş xəstəliyi halları artmaqdadır.
Səbəblər
Clamidia psittaci - tez-tez quşları yoluxduran bakteriya növüdür. Az hallarda bu bakteriyalar insanları yoluxdura və psittakozis adlanan xəstəliyə səbəb ola bilər.
İnsanlara xəstəlik ən çox ev quşlarından tutuquşlardan,hinduşkalardan, ördəklərdən keçdiyi ehtimal edilir.
Necə yayılır
Bakteriyalar xəstə quşlarla təmasda olan insanları yoluxdura bilər. Bilmək lazımdır ki, yoluxmuş quşlar həmişə xəstə kimi görünmürlər. Xəstəlik əlamətləri olmadan həm xəstə, həm də yoluxmuş quşlar bakteriyaları ifrazatları və tənəffüs sekretləri ilə ətrafa yayırlar. Bunlar quruyanda kiçik toz hissəcikləri (bakteriyalar da daxil) havaya qalxır və infeksiya yayılır. Yoluxmanın ən böyük səbəbi qurumuş ifrazatlı tozu udmaqdır. Az ehtimal olunsa da digər bir səbəb isə quşların dişləməsi və ağızdan-ağıza yaxın təmasla keçmə yoludur.
Riski qrupuna aid insanlar
Hər yaşda olan insanlarda bu xəstəliyə rast gəlinə bilinir, lakin böyüklər arasında daha çox yayılmışdır.Ev quşları ilə təmasda olanlarda, o cümlədən quşçuluq peşəsiylə məşğul olanlar əsas risk qrupuna daxildir.
- Quş sahibləri
- Ev heyvanları mağazası işçiləri
- Baytarlar
Simptomlar
Ümumiyyətlə, psittakozis yüngül xəstəlikdir.Ən çox rast gəlinən simptomları bunlardır:
- Qızdırma və titrəmə
- Baş ağrısı
- Əzələ ağrıları
- Quru öskürək
Quşlarda
Quşlarda C. psittaci infeksiyasının əlamətləri qeyri-spesifikdir və bunlardır:
- İştahsızlıq
- Gözlərin sulanması və qızarması
- Tənəffüs çətinliyi
- İshal
İnfeksiyaya yoluxmuş quşlarda xəstəlik əlamətləri olmaya bilər və ya xəstə kimi görünməyə bilər. Quşlarda C. psittaci infeksiyasının səbəb olduğu simptomlar olduqda baytarlar xəstəliyi quş xlamidiozu adlandırırlar.
Əksər insanlar bakteriyalara (Chlamydia psittaci) məruz qaldıqdan 5-14 gün sonra əlamət və simptomlar özünü göstərməyə başlayır.Çox az hallarda insanlar 14 gündən sonra başlayan simptomlarla müraciət edirlər.
Müalicə
Psittakozis diaqnozu qoyulan insanlar adətən infeksiyanın müalicəsi üçün antibiotik qəbul edirlər.Əgər antibiotik müalicəsinə xəstələndikdən qısa müddət sonra başlanılsa xəstəlik tez sağalar.
Fəsadlar
Psittakozis xəstəliyinə görə düzgün müalicə olunan insanların əksəriyyəti tam sağalır. Lakin bəzi insanlarda ciddi ağırlaşmalar olur və xəstəxanada qulluğa ehtiyac duyulur.
- Pnevmoniya (ağciyər iltihab)
- Endokardit (ürək qapaqlarının iltihabı)
- Hepatit (qaraciyərin iltihabı)
- Sinirlərin və ya beynin iltihabı, nevroloji problemlərə gətirib çıxarır
Müvafiq antibiotik müalicəsi ilə psittakozis nadir hallarda (100 halda 1-dən az) ölümlə nəticələnir.