Qızılca

Qızılca

#Qızılca #Vaksin #İctimaiSağlamlıq

Qızılca: Elmi və Doğru Məlumatlarla Qorunaq! 
Bu yazıda son günlərdə bütün valideynləri təşvişə salan qızılca xəstəliyi və qorunma yollarına diqqət yetirəcəyik. Sağlamlığımız üçün elmli və məlumatlı olmağımız bizim üçün vacibdir!


Qızılca Nədir?
Qızılca, çox yoluxucu olan viral xəstəlikdir və əsasən öskürək və asqıraq ilə yayılır. Xəstəliyin mənbəyi xəstə insanlardır. Simptomlardan yüksək hərarət, dəridə mərhələlərlə yaranan səpgilər ( boyundan yuxarı başlayıb, daha sonra bədənə yayılır) öskürək və gözlərdə həssaslıq olur. Qızılca bütün yaşda insanlarda görülə bilər. Erkən diaqnoz və müalicə çox vacibdir.

Vaksin: Qorunmanın Açarı! 
Qızılca vaksini, xəstəlikdən effektiv qorunmanı təmin edir. Uşaqlıqda edilən rutin vaksinlər cəmiyyətdə immunitet formalaşmasına kömək edir və epidemiyaların qarşısını almağa yardımcı olur. Vaksin, yalnız şəxsi sağlamlığı qorumur, həm də ictimai sağlamlığı gücləndirir.

İnfodemiya?
Qızılca vaksini ətrafında dövr edən yanlış məlumatlara qarşı ehtiyatlı olaq. Məlumatları etibarlı mənbələrdən əldə edin və mütəxəssislərin tövsiyələrinə riayət edərək ictimai sağlamlığı qoruyaq.

Cəmiyyətin imunizasiyası: Birlikdə Güclüyük! 
Hər bir peyvəndli şəxs, epidemiyaların qarşısını almaqda əhəmiyyətli bir rol oynayır. Birgə immunitet yaradaraq müdafiəsiz olanları da qoruyaq.

Sağlamlıq fərqindəliyi: Hər Kəsin Məsuliyyətidir! 
Sağlamlıqla bağlı fərqindəliyi yaymaq və doğru məlumatları paylaşmaq, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizədə birgə güclənməyimizə kömək edir. Bilikləri paylaşın və cəmiyyətin məlumatlandırılmasına nail olaq!

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?