QIZILCANIN İMMUNİZASİYA GÜNÜ

QIZILCANIN İMMUNİZASİYA GÜNÜ

QIZILCANIN İMMUNİZASİYA GÜNÜ

Qızılcanın immunizasiya günü hər il Mart ayının 16-da qeyd edilir və bu günün keçirilməsi məqsədi qızılca barədə əhalinin məlumatlandırılmasıdır. Qızılca əsasən uşaqların xəstələnməsinə səbəb olan güclü infeksion xəstəlikdir. Bu xəstəlik həm də uşaqlar arasında əmək qabiliyyətinin itirilməsinə və ölümə səbəb olan əsas xəstəliklərdən biridir.

Qızılcanın İmmunizasiya Günü insanları bu ölümcül xəstəlik barədə məlumatlandırmaq və bu xəstəlikdən yayınmaq yolları barədə marifləndirmək məqsədi ilə qeyd olunur. Qızılcanın spesifik müalicəsi olmasa da uşaqları bu xəstəlikdən mühafizə etmək məqsədi ilə vaksinlərdən istifadə olunur.  Qızılcaya qarşı vaksinasiya olunmamış azyaşlı uşaqlar yüksək risk qrupuna daxildirlər və onlarda ağırlaşmalar və hətta ölüm baş verə bilər.

2014-cü ildə, dünyaya uşaqların təxminən 85%-i cəmi 1 doza qızılca vaksini qəbul edirlər. Qızılca vaksini bu xəstəlikdən dolayı baş verən ölüm hallarının azaldılmasına kömək edir. Bu da o deməkdir ki, 2000 və 2014-cü illər arası təxminən 17 milyon insanın həyatı xilas olunmuşdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təklif edir ki, bütün uşaqlar 2 doza vaksin qəbul etməlidir. Bu vaksin tək ya da kombinasiya şəklində istifadə oluna bilər.

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?