QLOBAL İNFLUENZA PROQRAMI

QLOBAL İNFLUENZA PROQRAMI

influenze, qlobal xestelik

Qlobal İnfluenza Programı (QİP) Üzv Dövlətlərdən ibarətdir və bu program üzv dövlətlərə  mövsümi, zoonotik və pandemik influenzaya qarşı mübarizə aparmaq məqsədi ilə səhiyyə sistemlərini daha da inkişaf etdirmək eçen  strateji məsləhətər verir, texniki yardım edir və gərəkli prosedurların yerinə yetirilməsini təmin edir.

Proqramın məqsədləri:

 Qlobal İnfluenza Proqramının məqsədləri aşağıdakılardır:

  • İnfluenza epidemiyalarının monitorinqi və nəzarətdə saxlanılması
  • İnfluenza haqqında biliklərin və texniki məsəhətlərin yaradılması və yayılması
  • Müxtəlif dövlətlərə influenzaya nəzarət programını gücləndirmək və inkişaf etdirmək üçün məsləhətlər vermək və yardım etmək
  • İnfluenza haqqında hazırda elmə məlum olan məlumatlar arasındakı boşluqları müəyyən etmək və bu boşluqların dolduruluması üçün lazım olan araşdırmaları həyata keçirmək
  • Vaksinlərin və virusəleyhinə dərmanların əldə edilməsinin asanlaşdırılması
  • İnfluenzanın qarşısını almaq və nəzarətdə saxlamaq məqsədi ilə qlobal səhiyyə idarələrinin təmin edilməsi

Proqramın fəaliyyətləri:

Qlobal İnfluenza Proqramının fəaliyyətlərinə aşağıdakıları misal göstərmək olar:

  • A (H1N1) 2009 pandemiyasını monitorinq etmiş və həftəlik yenilikləri təmin etmişdir.
  • İldə iki dəfə, QİP çərçivəsində ekspertlər bir araya gəlir və növbəti influenza mövsümü üçün influenza vaksinlərinin kompozisiyasını təklif edirlər.
  • Milli influenza labaratoriyaları üçün müntəzəm təlim kursları təmin edir
  • İnfluenza proqramları üçün məsləhətlər və göstərişləri təmin edir.
  • Partnyorlarla birlikdə evdə müalicə aanlara baxımın gücləndirilməsi üçün proyektlər işləyib hazırlayır.
  • Pandemiyalara hazırlıq planlarının inkişafına yardım edir.

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?