Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC – Centers of Disease Control and Prevention) məlumatlarına əsasən, COVİD-19 xəstəliyinin qarşısının alınması məqsədi ilə adi insanlar tərəfindən tibbi əlcəklərdən istifadə olunması məsləhət görülmür. Lakin, COVİD-19 xəstəliyi təsdiq olunmuş şəxslərə qulluq zamanı əlcəklərdən istifadə etmək lazımdır. Xüsusilə də, xəstə şəxslərin paltarlarına toxunduqda, və ya xəstə şəxsin bədən mayeləri ilə təmas olduqda əlcəklərdən istifadə mühümdür.
Hazırda, insanların çoxu öz gündəlik fəaliyyətləi ilə məşğul olarkən tibbi əlcəklərdən istifadə edir. Mütəxəssislər bunun zəruri olmadığını söyləyirlər. “Adətən insanlat əlcəkləri düzgün qaydada geyinmirlər” – Dr. Adalja deyir. (Məsələn, əlcəyi geyindikdən sonra, telefondan istifadə edərkən əlcəyi çıxarır və daha sonra yenidən əlcəyi geyinirlər). O, həm də əlavə edir ki, “insanlar lateks əlcəklərdən istifadə edirlər, bu əlcəklər isə gündəlik istifadə üçün nəzərdə tutulmayıb və asanlıqla cırılır”.
Bundan əlavə, əlcək geyinən insanlar əlcəkli əlləri ilə üzlərinə toxunmağa davam edirlər, bu isə COVİD-19 xəstəliyinin əsas yayılma yoludur. Bu sözləri Richard Vatkins (infeksion xəstəliklər həkimi və Northeast Ohio Medical University-də professor) deyir.
Dr. Vatkins onu da qeyd edir ki, adi insanların tibbi əlcəklərdən belə geniş istifadəsi nəticəsində tibb işçilərini kifayət qədər əlcəklərlə təmin etmək mümkün olmaya bilər.