Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-un inkişaf etməyə davam etdiyini bildirib. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, "Omicron sunami dalğası şəklində, çox sürətlə yayılır və bütün dünyada səhiyyə sistemlərinə mənfi təsir göstərir" deyə qeyd edib.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus təşkilatın Cenevrədəki baş qərargahında qlobal səhiyyə mütəxəssisləri ilə 2022-ci ilin ilk mətbuat konfransında bildirdiyinə görə pandemiya başlayandan bəri ən çox Covid-19 hadisəsi keçən həftə qeydə alınıb.
“SUNAMİ EFFEKTİ”
Baş direktor Qebreyesus, “Omicron xüsusilə peyvənd olunmuş şəxslərdə Delta ilə müqayisədə daha az ağır görünsə də, bu, Omicron ştamının nəticələrinin "yüngül" olması demək deyil. Omicron Delta ştamı ilə birgə sunami effekti yaradır, çox sürətlə yayılır və bütün dünyada sağlamlıq sistemlərinə təsir edir” deyə əlavə edib.
Omicron səbəbiylə xəstəxanaların həddindən artıq sıx olduğunu qeyd edən Qebreyesus, kadr çatışmazlığı və sıxlıq səbəbiylə digər xəstəliklər və yaralanmalarda “qarşısı alına bilən” ölümlərin meydana gəldiyinə diqqət çəkib.
Vaksinasiyaya dair çağırış
ÜST-nin Covid-19-la mübarizə komandasının lideri Maria Van Kerkhove, Omicron ilə bağlı sualları cavablayarkən, bütün mövcud vaksinlərin bu varianta qarşı təsirli olduğunu vurğulayıb.
Kerkhove Omicron variantının peyvəndlər sayəsində ağırlaşmaların və ölümlərin qarşısının alındığını vurğuladı və bir daha hamını vaksinasiya olmağa çağırıb.
Mənbə:
https://news.un.org/en/story/2022/01/1109242
https://www.reuters.com/world/omicron-may-be-less-severe-not-mild-who-chief-2022-01-06/
https://mobile.twitter.com/WHO/status/1479167003109859328