Dövlət tərəfindən tətbiq edilən qaydalara əməl edin.
Özünüzü xəstə hiss edirsizsə, evdə qalın. İşə getməyin. Həkimə müraciət edin.
Əgər uşaqlarınız xəstədirsə, onları evdə saxlayın. Məktəbə getmələrinə icazə verməyin.
Ailə üzvlərinizdən kimsə COVİD-19 pozitiv olarsaq, bütün ailə üzvləri evdə qalmalıdır. İşə və ya məktəbə getmək olmaz.
Yaşlı insanlar evdən çölə çıxmamalı və başqa insanlardan uzaq durmalıdırlar.
Ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərdə (məsələn, ürək və ağciyərlərin fəaliyyətini pozan və ya immun sistemi zəiflədən xəstəliklər) infeksiya riski daha yüksək olur. Bu şəxslər daim evdə qalmalı və başqa insanardan uzaq durmalıdırlar.