Allergik rinit | infeksion xəstəliklər

Allergik rinit

Allergik rinit

 

Allergik rinit (AR) burnun selikli qişasında rast gəlinən, amma qiymətləndirilməmiş iltihablı vəziyyəti olub, burun qaşınması, asqıraq, rinoreya və burun tutulması ilə xarakterizə olunur ki, sonuncu, adətən, ən çox narahatlıq törədən simptom kimi hesab edilir. Tez-tez damaq, boğaz, qulaq və göz qaşınması, eləcə də göz qızarması, şişkinlik və sulu ifrazat ilə müşayiət olunur. AR hər yerdə rast gələn daxili və/və ya xarici ətraf mühit allergenlərinə IgE ilə əlaqəli reaksiya vasitəsilə törənir.

   Allergik rinitin ehtimal edilən diaqnozu allergik törədicilər ilə burun tutulması, asqıraq və qaşınan burun/damaq/gözlərin rast gəlməsi zamanı qoyula bilər.

Yekun diaqnoz üçün dərinin inyeksiya sınağı və in vitro test zamanı spesifik IgE reaktivliyi tələb olunur, amma ehtimal edilən kliniki diaqnoza əsasən sınaq müalicəsi təklif oluna bilər.

Müalicə, mümkün olduqda allergenlərdən qorunma və farmakoterapiyadan (antihistaminlər, kortikosteroidlər, kromoqlikat, tutulmaya qarşı vasitələr, leykotrien reseptor antaqonistləri) ibarətdir.

Allergik rinitin müalicəsi üçün burundaxili kortikosteroidlər dərman vasitələrinin ən effektiv sinfi olaraq qalır.

Saç və ya lələklər (kəpək), ev tozu gənələri və qıcıqlandırıcı vasitələrdən (misal olaraq, tütün tüstüsü) dəri dənəcikləri və ya hissəciklərinə məruzqalmanın azaldılmasına istiqamətləndirilmiş əsas ətraf mühit modifikasiyaları, bu qeyd edilənlərə həssas olan xəstələr üçün mühüm tədbirlərdir və xəstənin anamnezinə əsasən, adətən, empirik cəhətdən tövsiyə oluna bilər.

Etiologiya

Allergik rinit (AR) hər hansı bir genetik və ya ətraf mühit dəyişəni tərəfindən asan şəkildə izah olunmur. Ehtimal ki, bir çox genlər bir-biri ilə və spesifik ətraf mühit dəyişənləri ilə birlikdə AR-in kliniki təzahürünə səbəb olur. Atopik pozğunluqlar 2, 5, 6, 7, 11, 13, 16 və 20- xromosomlarda lokuslar ilə əlaqələndirilmişdir və bu, onu göstərir ki, ailə anamnezi AR-in inkişafı üçün başlıca risk faktorunu təcəssüm etdirir. Tədqiqatların birində qeyd olunur ki, valideynlərin ailə anamnezində qeyd edilməməsində atopik xəstəliyin inkişafı yalnız 13% təşkil etmişdir, lakin əgər bir valideyn və ya bacı-qardaş atopik cəhət daşıyarsa, risk 29%-ə qalxmışdır. Bu risk hər iki valideyn atopik olarsa, 47%-ə və hər iki valideyn eyni atopik təzahürə malik olarsa, 72%-ə qalxmışdır.  AR-in prevalentliyi Qərb dünyasında artmağa davam edir. Bu artım üçün heç bir tək dəyişən hesab edilmədiyi halda ‘gigiyena fərziyyəsi’ tez-tez mümkün izahat kimi qeyd edilmişdir. Bu fərziyyənin dəstəkləyiciləri təklif edirlər ki, erkən yaşda heyvanlara və mikroorqanizm ilə zəngin digər ətraf mühitlərə qeyri-adi məruzqalma allergik fenotipə şərait yarada bilər. 

Patofiziologiya

Həssas fərdlərdə müxtəlif ətraf mühit aero-allergenlərinə məruzqalma allergik sensibilizasiya ilə nəticələnir ki, bu, zülallara qarşı istiqamətlənmiş spesifik IgE-nin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu proses burnun selikli qişasında dendrit hüceyrələr kimi antigen təqdim edən hüceyrələr vasitəsilə allergenin birləşməsi ilə başlayır, tutulmuş allergeni emal edir və onu T hüceyrələrinə təqdim edir. Nəticədə, bu, allergen spesifik IgE-nin əmələ gəlməsinə səbəb ola bilər ki, burnun selikli qişasında tosqun hüceyrələrin səthində mövcud olan yüksək yaxınlıqda olan IgE reseptorlarına birləşir.

Tosqun hüceyrələr spesifik allergenlərə sensibilizasiya olduqdan sonra allergen və bitişik IgE molekulları arasında qarşılıqlı əlaqəyə səbəb olmaq üçün kifayət qədər miqdarda allergenə təkrar məruzqalma tosqun hüceyrənin deqranulyasiyasına və interleykinlər və iltihablı hüceyrə ilfiltrasiyasının sintezi kimi müxtəlif iltihablı halların başlamasına səbəb olacaq. Tosqun hüceyrə aktivasiyasının təsirləri erkən faza reaksiyası və gec faza reaksiyası kimi adlandırılan iki ayrıca prosesə bölünə bilər.

Erkən faza allergenə məruzqalmadan sonra bir neçə dəqiqə ərzində başlayır və başlıca olaraq əvvəlcədən formalaşmış vasitəçilər, eləcə də histamin, triptaza, ximaza, kininlər və heparinin tosqun hüceyrəsinin azad olmasına görə baş verir. Sürətli şəkildə sintez olunan digər maddələrə digərləri arasında sistein leykotrienlər (CysLTs) və interleykinlər daxildir. Kliniki olaraq, bu proses rinoreya, duyğu siniri stimulyasiyası (asqıraq və qaşınmaya səbəb olur) və qan damarlarının genişlənməsinə (selikli qişanın və sinusoidal şişkinliyi və burun tıxanması ilə nəticələnir) səbəb olan selikli vəzinin stimulyasiyası ilə nəticələnir.

4-8 saat ərzində erkən fazada hallar digər iltihablı hüceyrələrin, eləcə də eozinfillər, limfositlər və makrofaqların burnun selikli qişasına yığılması və yerdəyişməsi ilə nəticələnir. Bu hüceyrələr aktivləşməyə başlayır və öz vasitəçilərini ətraf mühitə sərbəst buraxır, iltihablı prosesi daimiləşdirir. Gec faza reaksiyası simptomları erkən faza ilə müqayisədə daha az asqıraq və qaşınma ilə, amma daha çox burnun tutulması və selikli qişanın əmələ gəlməsi ilə xarakterizə olunur. 

Simptomlar

Burun simptomları:

  • - Qaşınma
  • - Asqıraq
  • - Rinoreya
  • - Burun tutulması, adətən, ən çox narahatlıq yaradan. 


Müşayiət olunan simptomlar:

- Damaq, boğaz, qulaq və göz qaşınmasının müşahidə olunması  
- Gözün qızarması, şişkinlik və sulu ifrazat.

Sistemli simptomlar:

- Yorğunluq
- Əsəbilik.

AR-in diaqnozu əlamətlər və simptomların növləri və allergen törədicilərin anamnezinə əsasən təxmini icra oluna bilər. Xəstələrdən, həmçinin, döş qəfəsində simptomlar, qida allergiyaları və atopik dermatitin (ekzema) qeyd edilməsi haqqında soruşulmalıdır.

Birtərəfli rinoreya onurğa-beyin mayesinin sızmasına görə qiymətləndirməni təhrik etməlidir. Burun çəpərinin əyriliyi səbəbi ilə, birtərəfli burun tutulması istisna olmaqla, birtərəfli xəstəlik həkim-otolarinqoloqa müraciətə zəmin yaratmalıdır.

Diaqnoz

Dərman müalicəsinin seçiminə natamam cavab reaksiyası olarsa, dərinin inyeksiya sınağıdan istifadə edərək, spesifik IgE reaktivliyinin aşkarlanması və ya in vitro spesifik IgE-nin aşkarlanması məsləhət görülür.

  • IgE in vitro aşkarlanma və ya dərinin inyeksiya testi, adətən, kifayət edir, baxmayaraq ki, bəzi hallarda hər iki üsul optimal nəzarət üçün istifadə edilir.
  •  Hansı diaqnostik tədqiqatın seçilməsi, adətən, üsulların mövcudluğundan asılıdır. İn vitro IgE-nin aşkarlanması daha asan şəkildə əldə edilməyə meyl edir, amma daha bahalıdır və dərinin inyeksiya testi ilə müqayisədə daha az həssaslıq və spesifiklik təmin etməsi, adətən, ehtimal edilmişdir. Lakin test olunan nahiyəyə təsir göstərən ağır ekzemaya malik xəstələrdə, əhəmiyyətli dərəcədə dermatoqrafizmə malik xəstələrdə və ya antihistaminləri və ya antihistamin xüsusiyyətlərinə malik dərmanları (misal olaraq, tritsiklik antidepressantlar) saxlamaq istəməyən və ya bacara bilməyən xəstələrdə üstünlük verilə bilər.
  •  Bir çox kliniki laboratoriyalar müxtəlif allergen panel testlərini təklif edir ki, bura heyvan kəpəkləri və ev tozu gənələri kimi il boyu rast gələn ən vacib allergenlər, eləcə də otlar, alaq otları və ağaclar kimi coğrafi cəhətdən vacib yerli tozcuqlar daxil edilməlidir.
  •  Qida törədiciləri və ya qida allergiyası anamnezi ilə əlaqənin mümkünlüyü qeyd edilmişdirsə, o zaman qidalar daxil olmaqla, bəzi sınaqlar təyin olunmalıdır.
  •  Nəticələr yalnız allergik xəstəliyin mövcudluğunu təsdiqləmir, həm də ətraf mühitə nəzarət tədbirlərinə istiqamət verməyə və immunoterapiya üçün xəstənin müvafiq olub-olmadığını müəyyənləşdirməyə kömək edə bilər.

Müalicə

Sistemin yaxşılaşması və ya dayanması məqsədi ilə allergiyadan qorunma tədbirləri, farmakoterapiya, immunoterapiyanın tətbiqi və ya onların kombinasiyası tələb oluna bilər.  Müalicəni aparan həkim burun, damaq və göz simptomlarının qeyd edilməsi haqqında ətraflı məlumat əldə etməlidir ki, seçilmiş farmakoterapiya təsirə məruz qalmış bütün nahiyələri əhatə etsin. Adətən, allergik riniti (AR) müşayiət edən burundankənar simptomları nəzərə almamaq və həyat keyfiyyətinin pisləşməsinə şərait yaratmamaq lazımdır.

  •  Allergenlərdən qorunmaq müalicənin rəhbər prinsiplərindən biridir. Ətraf mühitə nəzarət tədbirləri bəzən simptomun tam nəzarətinə səbəb ola bildiyi halda (misal olaraq, ev heyvanının uzaqlaşdırılması), digər zamanlarda onların həyata keçirilməsi qeyri-praktik, effektsiz və ya çətin ola bilər.
  •  İlkin farmakoloji müalicə rejimi başlandıqdan sonra müvafiq zaman ərzində müşahidə aparılmalıdır və zəruri hesab edildiyi halda müalicə artırılmalı və ya azaldılmalıdır.
  •  Mövcud müalicə üsulları təhlükəsiz və mənfi təsirlərdən, adətən, azad hesab edilsə də, birinci nəsil antihistaminlərin istifadəsi ilə sedasiyanın daha çox rast gələn problemi təcəssüm etdirməsi ehtimal edilir.
  •  AR-in müalicəsi üçün burundaxili kortikosteroidlər dərman vasitələrinin ən effektiv sinfi olaraq qalır. Lakin bir çox xəstələr üçün tövsiyə olunur ki, digər terapiyalar burundaxili kortikosteroidlrərə başlamazdan əvvəl tətbiq olunsun.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?