BALANTİDİAZ
Balantidiaz Balantidium coli adlı kiprikli ibtidai tərəfindən törədilən yoğun bağırsaq xəstəliyidir. B coli trofozoit və sist formasında olur və kor bağırsağdan tutmuş düz bağırsağa qədər bütün yoğun bağırsağı zədələyə bilir. Trofozoitlər ikili bölünmə yolu ilə çoxalır. Insan yoluxma qabiliyyətinə malikolna sistləri udur və həmin sistlər yoğun bağırsağa gəlib çıxır. Bu orqanizmlər əsasən bağırsağın boşluğunda yaşayırlar , lakin bəzən selikli qişaya penetrasiya edə bilərlər və bağırsaqda yaralar törədə bilərlər. B coli hialuronidaza ifraz etmək qabiliyyətinə malikdir və bu da onun selikli qişaya keçməsini asanlaşdırır.
EPİDEMİOLOGİYA
Balantidiaz donuz təsərrüfatı ilə məşğul olan şəxslərdə daha çox görünür. Immun sistemi güclü olan şəxslərdə balantidiaz assimptomatik keçir. Kəskin və tam gedişli balantidiaz müalicə olunmayan şəxslərin 30% – də ölümlə nəticələnir. Immune sistemi zəif olan şəxslərdə – xüsusən də xərçənglə əlaqəli immunosupressiv vəziyyətlərdə balantidiazlı xəstələrdə pnevmoniya müşahidə oluna bilər.
SİMPTOMLAR
Balantidiazın əsas simptomlarına aşağıdakılar aiddir:
SƏBƏBLƏR – RİSK FAKTORLARI
Balantidiozun risk faktorlarına donuzlarla təmas, donuz ekskrementi ilə çirklənmiş gübrələrlə təmas və yaxınlığında xəstə heyvanların yaşadığı su mənbələrindən istifadə aiddir. Zəif qidalanma, mədə turşuluöunun az olması, alkoqolizm və immune sistemin zəifləməsi xəstəliyin üzə çıxmasına rola malikdir.
DİAQNOZ
Diaqnoz üçün istifadə olunur:
B coli bağırsağların selikli və selikaltı qişalarını əhatə edərək yaralara, eozinofil və limfositlərin infiltrasiyasına səbəb ola bilər. yaraların kənarında və ya selikaltı absesslərin kənarlarında trofozoitlər aşkarlana bilər.
AĞIRLAŞMALAR
MÜALİCƏ
Kəskin ishalı olan balantidiaz xəstələrində itirilmiş maye və elektrolitlərin bərpası müalicənin ilk mərhələsidir. Balantidiaz kəskin appendisitə səbəb ola bilər, bu zaman cərrahi müallicə tələb oluna bilər.
Ağırlaşmaların və ölümün qarşısını almaq üçün dərman müalicəsindən istifadə olunur. QİÇS xəstələrində və ya kəskin immune zəifliyi olan şəxslərdə balantidiazın dərmanlarla müalicəsi uzun müddət davam edə bilər. Effektiv antibiotiklər – tetrasiklin, metronidazol, yodoquinol.
PROFİLAKTİKA