Beyin absesi | infeksion xəstəliklər

Beyin absesi

Beyin absesi

Potensial olaraq həyat üçün təhlükə törədən xəstəlikdir, kliniki və radioloji təzahürü MSS şişi ilə eynidir. Optimal nəticələr üçün erkən aşkarlanmanı tələb edir.

Yaralar tək və ya çoxocaqlı, etioloji agentləri  bakterial, göbələk və parazit mənşəli ola bilər .

Müalicə müvafiq mikrob əleyhinə preparatları, reanimasiyada dəstəkləyici müalicəni və mümkün cərrahi müdaxiləni əhatə edir. Cərrahi müdaxiləyə vizualizasiya ilə müşayiət olunan aspirasiya və ya kraniotomiya və abses boşluğunun rezeksiyası daxildir.

Yaralar tam sağalana qədər xəstələr bir sıra aşkarlayıcı müayinə üsulları ilə izləmə müayinəsindən keçməlidirlər. 

Proqnoz, əsasən, müraciət zamanı xəstənin nevroloji vəziyyətindən asılı olur.

Beyin absesi beyin parenximasında meydana gələn qlial kapsulada mikrobların (çox hallarda bakterial, göbələk mənşəli və ya parazitar) irinli toplanmasıdır. Yaralar tək və ya çoxocaqlı ola bilər.

Etiologiya

Beyin absesi müxtəlif risk faktorları ilə bakterial, göbələk və ya parazitar orqanizmlərlə yoluxma nəticəsində meydana gələ bilər. İnsan üçün patogen olan hər bir mikroorqanizm potensial olaraq serebral abses törədə bilər və aşağıdakı siyahı tamamlanmış hesab olunmamalıdır. Bakterial abseslər çoxmikroblu ola bilər. Bundan əlavə, abses hadisələrinin 10%-i və daha çoxu kriptogendir; onların çoxunun bakterial mənşəli olduğu fərz edilir. Beyin absesinin törədici orqanizmlərinə aiddir:

Bakterial

  •  Streptococcus pyogenes , S milleri , digər streptokok növləri, Staphylococcus aureus , Bacteroides fragilis ,Citrobacter növləri, Enterobakter növü, Klebsiella pneumoniae , Neisseria meningitides , Serratia marcescens ,Actinomyces növü, Nocardia asteroides , Mycobacterium tuberculosis , Mycoplasma növləri, Eikenella corrodensPrevotella növləri.

Göbələk mənşəli

  •  Aspergillus fumigates , Candida albicans , Cryptococcus neoformans .

Parazit mənşəli

  • Toxoplasma gondii , Trypanosoma növləri, Echinococcus granulosus , Entamoeba histolytica , Naegleria fowleri , Balamuthia mandrillaris .

Patofiziologiya

Beyin absesi çox hallarda beyin qabığına bitişik olan işemik ağ maddədən əmələ gəlir, bu zaman damar sıxlığının artması kollagenin toplanmasına və kapsulların formalaşmasına səbəb ola bilər.  Serebral abseslər nisbətən yaxşı tərif olunmuş mərhələlərdən keçir.

  • Erkən serebrit: təxminən 3 gün davam edir və yerli iltihab, toxuma nekrozu, neytrofil infiltrat və mikroqliya və astrositlərin aktivasiyası ilə xarakterizə olunur.
  •  Son mərhələ serebriti: 4-9-cu günlərdə meydana gəlir və limfosit və mikroqlial infiltrasiyanın müşahidə olunduğu əmələgəlmələrin artması ilə təmsil olunur.
  •  Absesin fraksiyalı formalaşması: 10-cu gündən sonra təzahür edir və kapsulların əmələ gəlməsi və irinli kütlələrlə xarakterizə olunur.

Orqanizm beyinə birbaşa genişlənmə və ya hematogen yayılma ilə daxil ola bilər. Hematogen yayılma çoxsaylı abseslər və ağ-boz maddə keçidindən əmələ gələn abses zamanı ən yüksək ehtimallı yoldur. Qan-beyin baryerinin keçiriciliyinin artması absesin inkişaf mərhələləri boyu baş verir və kontrastlı genişlənmənin radioloji göstəricilərində müşahidə olunur. Bu, antibiotiklərin daha yaxşı nüfuz etməsini təmin edir və vizualizasiyada absesin aşkar olunan halqavarı genişlənməsinə səbəb olur.

Kliniki əlamətlər

Beyin absesi şübhəsi olan xəstələrdə xəstəlik anamnezi keçmiş sinusit, orta qulağın iltihabı və ya son dövrlərdə aparılmış diş proseduarlarını və ya infeksiyasını əhatə etməlidir. Sinusit və ya qulağın iltihabı anamnezi kritik faktordur və təsirə məruz qalmış bölgəyə bitişik beyin nahiyəsində yerləşmiş yaralar meydana gəldikdə, xüsusi əhəmiyyət kəsb edir. Xəstənin antibiotiklərlə müalicə olunub-olunmadığından əmin olmaq lazımdır, lakin antibiotik müalicəsi beyin absesi ehtimalını istisna etmir. Son dövrlərdə neyrocərrahiyyə prosedurundan keçmiş xəstələr yüksək beyin absesi riski ilə qarşılaşırlar. Bu qrup xəstələrdə yaranın yırtılması və ya kəsikdən drenajı beyin absesinin meydana gəlmə meylliliyini artırır. Dərinin mikroflorası son dövrlərdə neyrocərrahi əməliyyat olunmuş xəstələrdə ən geniş yayılmış etioloji agentlərdən ibarətdir. İİV və ya immun çatışmazlığı hadisələrinin anamnezi və ya potensial riski, həmçinin, qiymətləndirilməlidir. Kişilər, qadınlarla müqayisədə nisbətən daha yüksək beyin absesi riski ilə üzləşirlər. Venadaxili dərman preparatlarından istifadə abses üçün müstəqil risk faktoru, həmçinin, İİV infeksiyasına ikincili olaraq meydana gəlmiş immun çatışmazlığı üçün mühüm risk faktorudur. Venadaxili dərman preparatı istifadəçiləri dərinin mikroflorası tərəfindən törədilən (yəni, Stafilokoknövləri) beyin absesləri riski ilə üzləşirlər. Məlum ağciyər arteriovenoz çatışmazlıqları (AVÇ), irsi hemorragik teleangiektaziya nəticəsində ağciyər AVÇ-yə meyllilik, meningit, anadangəlmə ürək xəstəliyi, endokardit, kistofibroz, divertikulyoz xəstəlik, şəkərli diabet, xroniki qranulyomatoz xəstəlik, dializ və erkən doğulma, həmçinin, risk faktorlarıdır.

Kliniki anamnez yenitörəmələr və beyin absesini fərqləndirməyə kömək edə bilər: məsələn, siqaretçəkmə və xərçənglə əlaqəli ailə anamnezi bədxassəli patologiyaların meydana gəlmə şübhəsini artıra bilər. Simptomların başlanma vaxtı, həmçinin, qeyd edilməlidir, çünki infeksion proseslər, o cümlədən, beyin absesi, bir çox yenitörəmələrlə müqayisədə daha sürətli şəkildə təzahür etməyə meyllidir (bir neçə həftədən bir neçə aya qədər). Bədxassəli patologiyaların təzahürü az hallarda həm də meningeal əlamətləri və ya hərarəti əhatə edir və infeksion mənbə üçün kultura sınaqlarının nəticələri mənfi olur. Son dövrlərdə nevroloji çatışmazlıqlarla müşayiət olunan naməlum etiologiyalı hərarət serebral abseslə bağlı şübhələri dərhal artırmalıdır. Xəstənin yaşı, daha yüksək ehtimallı mənbəni və infeksiyanın ən geniş yayılmış etioloji agentlərini müəyyən etmək üçün vacibdir. Yenidoğulmuşlarda, Proteus mirabilis və Sitrobakter növləri geniş yayılmış izolyatlardır, uşaqlarda isəStreptokok növü dəridə göyərmə ilə müşayiət olunan ürək xəstəlikləri ilə birlikdə bu xəstəliyin törədiciləridirlər. Böyüklərdə beyin absesi çox hallarda sinusit və ya qulaq iltihabı nəticəsində meydana gəlir, sonuncular isəStreptokok növü tərəfindən törədilir. Digər parazitar infeksiyalar tərəfindən törədilən beyin abseslərinin müalicəsi tərcid edilmiş etioloji agent üçün yüksək dərəcədə spesifikdir və bu mövzudan kənarda yerləşir, lakin bütün xəstəliklərin ümumi əlaməti beynəlxalq səyahət anamnezidir. 

Diaqnostika

Radioloji sınaqlar

  •  Beyin absesi diaqnozunun qoyulması üçün yüksək şübhə göstəricisi olmalıdır. Bir çox xəstələrdə diaqnoz ocaqlı sinir pozğunluğunun, meningeal əlamətlərin və ya görmə siniri diskinin şişinin müayinəsi ilə başlayır, bu da, demək olar ki, bütün xəstəlik hadisələrində ya geniş kontrastlı KT və ya mümkün olduqda, MRT ilə aparılan neyrovizualizasiyanı zəruri etməlidir. Beyin absesi olan xəstələrdə səciyyəvi radioloji nəticələr (KT və ya MRT ilə) 1 və ya daha çox halqalar şəklində genişlənən yaralardır. Diaqnostik olmasa da, nazik kapsula daxilində müntəzəm şəkildə baş verən halqalı genişlənmə beyin absesi şübhəsini artırmalıdır.
  • Məlum İİV infeksiyası olan və ya başqa səbəblərdən dolayı zəif immuniteti olan xəstələrdə kontrastlı aşkarlayıcı müayinə şərtləri daha zəif olmalıdır. Davamlı başağrı, kəllədaxili təzyiqin artması əlamətləri və ya simptomları və demək olar ki, hər nevroloji çatışmazlıq təcili neyrovizualizasiya tədqiqatlarının başlamasını zəruri etməlidir. Bu cür xəstələrdə 1 və ya daha çox kontrastlı genişlənən yaraların aşkar edilməsi öz növbəsində tədqiq olunmalı və bu zaman mümkün etiologiyalalrın geniş spektri nəzərə alınmalıdır. Bədənin ümumi KT müayinəsi zamanı əldə edilən kütləvi yaralar beyin absesini inkar edən elmi dəlillərdir.
  • Başın ultrasəs müayinəsi yüksək ümumi radiasiya təhlükəsini azaldır, lakin yalnız açıq əmgəyi olan körpələrdə faydalıdır. Maqnit rezonans spektroskopiya (MRS) vaxt alan sınaqdır və ənənəvi MRT-nin diffuziya çəkili silsilə aşkarlayıcı müayinələri bir çox xəstələr üçün daha az məsrəfli ola bilər. MRS-in istifadəsi Amerikanın Radiologiya Kolleci tərəfindən o hallarda tövsiyə olunmuşdur ki, beyin infeksiyası, xüsusilə beyin absesi şübhəsi yaransın. 

Onurğa-beyin punksiyası

  •  Neyrovizualizasiya müayinəsi, aşkar şəkildə kəllədaxili kütləvi yaraların olmadığı və onurğa-beyin mayesinin obstruksiyasının baş vermədiyi hallar istisna olmaqla, yüksək kəllədaxili təzyiqi olan heç bir xəstədə yerinə yetirilməməlidir.
  •  Çox diqqətli şəkildə və yalnız yaralar kiçik və Toxoplasma gondii mənşəyi ehtimalı yüksək olduqda, yerinə yetirilir. İmmun çatışmazlığı şəraitində OBM-in PZR müayinəsi toksoplazmoz diaqnozunu dəstəkləyə bilər. OBP irinli abses şübhəsi yarandıqda, heç bir rol oynamır.

Müalicə

 

Müalicənin məqsədləri aşağıdakılardır: 1) mövcud olduqda, kütləvi təsirin aradan qaldırılması, 2) materialların kultura sınağı ilə patoloji agentin müəyyən edilməsi, 3) infeksiyaya nəzarət və müalicə, 4) nevroloji funksiyaların itirilməsinin minimallaşdırılması və 5) ümumi dəstəkləyici tibbi qulluq. Sürətli diaqnostika və müalicənin erkən başlanması bütün məqsədlərə nail olmağa kömək edir. Aşağıda qeyd olunmuş müalicə böyüklərdə tətbiq olunur. Mütəxəssis yardımı beyin absesi olan bütün xəstələrdə müalicənin bir hissəsidir. Lakin uşaqların və yeni doğulmuş körpələrin müalicəsi bu mövzudan kənardadır və spesifik mütəxəssislərlə məsləhətləşmək lazımdır.

Antibiotiklər

  •  Antibiotiklər birinci sıra müalicə üsuludur  və xəstə əməliyyat otağına aparılmamışdırsa, dərhal başladılmalıdır, cərrahi müayinə zamanı antibiotiklər yaraların tərkibindən kultura nümunəsi götürmək üçün aparılan aspirasiyadan sonra tətbiq edilir.
  •  Antibiotiklərin seçimi dərman preparatının qan-beyin baryerindən keçiriciliyinin və abses boşluğunun turşu mühiti daxilində baryerin funksiyasının qiymətləndirilməsi ilə əsaslandırılır.
  •  Böyüklərdə təklif olunan müalicə rejimi, adətən, vankomisin üstəgəl metronidazol və ya klindamitsin üstəgəl üçüncü nəsil sefalosporini əhatə edir. 
  •  Digər mütəxəssislər absesin beyində yerləşməsindən asılı olaraq, empirik antibiotik rejimi təklif etmişdir. Məsələn, anaeroblar çox zaman gicgah payının abseslərinin kullturasında aşkar olunur.
  •  Etioloji agent müəyyən edildikdən sonra müalicə spesifik agentin həssaslığına uyğunlaşdırılır.

Antikonvulsant preparatlar

  •  Antikonvulsant preparatlarla profilaktika beyin absesi olan bütün xəstələr üçün tövsiyə olunur.
  •  Güman edilir ki, arxa beyin çuxurunun yaraları az hallarda qıcolmalara səbəb olur, lakin hesabatlar absesin yerləşməsi və qıcolma ehtimalı arasında korrelyasiyanı nümayiş etdirə bilməmişdir.
  •  Birinci sıra agentlərinə fenitoin, karbamazepin və valproat aiddir. Bundan əlavə, əlverişli yan təsir profilinə görə levetirasetam daha çox istifadə olunmaqdadır. Ana bətnində valproatın təsirinə məruz qalmış uşaqlar ciddi inkişaf pozğunluqları (xəstəlik hadisələrinin 30-40%-də) və/və ya anadangəlmə inkişaf qüsurları riski (xəstəlik hadisələrinin təxminən 10%-də) ilə üzləşirlər; buna görə də, Böyük Britaniyada yerləşən Dərman Preparatlarının və Səhiyyə Məhsullarının Tənzimlənməsi Agentliyi (DPSHTA) tövsiyə edir ki, digər müalicə üsullarının təsirsiz olduğu və ya dözülməz olduğu hallar istisna olmaqla, valproat qız uşaqlarına, yeniyetmə qızlara, reproduktiv yaşda olan qadınlara və ya hamilə qadınlara təyin olunmamalıdır.

Kortikosteroidlər

  •  Serebral abseslə əlaqədar meydana gələn vazogen ödemlərin sürətlə azalmasına səbəb olur və həyat xilasedici tədbir kimi kəskin dekompensasiya olunmuş xəstələrdə istifadə oluna bilər.
  •  Lakin ümumilikdə, vəziyyəti sabit olan xəstələrdə kortikosteroidlərin istifadəsindən imtina etmək lazımdır, çünki fərz edilir ki, bu preparatlar immun reaksiyanı zəiflədir və qan-beyin baryerini qismən bərpa edir və bununla da, mikrob əleyhinə maddələrin MSS-ə nüfuz etməsini azaldır.
  •  Bu fərziyyə müəyyən qədər ziddiyyətlidir, çünki bəzi təcrübi modellər göstərir ki, kortikosteroidlərin qəbulu iltihab reaksiyasına mənfi təsir göstrərməyə bilər. Digər mütəxəssislər iltihab reaksiyasının zəiflədiyini və bakterial sağqalma göstəricisinin yüksəldiyini göstərmişdir. 
  •  Kortikosteroidlərin qəbulu əsaslandırılarsa, əsasən deksametazon istifadə olunur.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?