Brusellyoz | infeksion xəstəliklər

Brusellyoz

Brusellyoz, oynaq ağrıları, temperatur

 

Brusellyoz

İnsanlar arasında brusellyoz dünyada ən tez-tez rast gələn zoonoz xəstəlikdir, xüsusilə aşağı gəlirli,kənd şəraitində yaşayan insanlar arasında rast gəlinir.

Brusellyoz Brucella cinsindən olan bakteriya qrupunun yaratdığı bir xəstəlikdir.Bu bakteriyalar həm insanlara, həm də heyvanlara yoluxur.Çiy ət və pasterizə olunmamış südlü qidaları yeyərkən brüselyoza yoluxa bilərik.Bakteriyalar hava  və ya açıq yara ilə təmas zamanı da yoluxa bilər. 

Nadir hallarda ölümcüldür, lakin residivlər orqanizmə zəiflədici təsir göstərə bilər. 

Xəstəlik bütün orqanlara təsir edə bilər və beləliklə,bir çox simptomlarla, xüsusilə naməlum etiologiyalı hərarət kimi özünü biruzə verir.Diaqnoz simptomlar və laborator müayinə metodlarına əsaslanır.Kombinəolunmuş antibiotik terapiyayla müalicə olunur və simptomların residiv verməsinin qarşısını almaq üçün uzun müddət istifadə edilməlidir.

 

Ötürülmə yolu və Risk qrupları

Müxtəlif növ keçilər,mal-qara və itlər də daxil olmaqla heyvanlar brusellyoz daşıyıcısı ola bilər.İnsanlar isə xəstəliyə yoluxmuş heyvanlardan yoluxa bilərlər.Bakteriyalar həzm sistemi(yemək),inhalyasiya (nəfəs alma) və ya açıq yara ilə təmas ilə keçə bilər.Heyvanların əhatəsində çox vaxt keçirirsinizsə,brusellyoza tutulma ehtimalınız yüksəkdir.Heyvan sidiyi,qan,toxuma və çiy ətlə işləyən (məsələn, qəssab) ilə təmasda olan insanlar üçün yoluxma riski xüsusilə yüksəkdir.Heyvan plasentası da Brucella bakteriyalarına yoluxmuş ola bilər.Bu halda,heyvanın doğum etməsinə kömək etsəniz, bakteriyaya məruz qalırsınız.Xoşbəxtlikdən,bruselloz nadir hallarda ev heyvanlarından insana keçir.
Çiy heyvan məhsullarını yeyən və ya içən insanlar da həmçinin brusellyoz riski altındadır.Pasterizə olunmamış süd və süd məhsulları,həmçinin çiy ət,Brucella bakteriyalarını daşıyır. 
Brusellyoz nadir hallarda bir insandan digərinə keçir.Eyni zamanda,ana südü ilə ya da cinsi əlaqə ilə yoluxma da nadir də olsa, mümkündür.

 

Etiologiya

Brusellyoz müxtəlif orqanlar,toxumalar və sistemlərə təsir edə bilən zoonoz xəstəlikdir.İnsanlarda onun törədicisi Brucella növləridir,xüsusilə,B.melitensis,B. abortus,B.suis və B.canis (və daha nadir hallarda B.pinnipediaeB.cetaceae və B. inopinata BO1 ) sayılır,bunlar heyvan rezervuarlarından insanlara keçən qram-mənfi bakteriyalardır.Brusellyoz əsasən peşə xəstəliyidir,belə ki,fermerlər, heyvandarlar və baytar həkimləri və laboratoriya heyətini yoluxdura bilir.İnsanlarda B.melitensis daha aqressiv təzahür edir və dünyada insanları ən çox yoluxduran növdür.B.abortus,adətən,mülayim irəliləyir və nadir hallarda əzələ-sümük sistemindən kənar fəsadlar törədir.B.suis ocaqlı abseslərə daha çox səbəb olur.B.canis daha tez-tez residiv verir.İnsanların dəniz məhsullarından yoluxması ( B.cetaceae və B.pinnipediae ) son zamanlarda aşkar edilib və xəstəlik hadisələri nadir görülür.Heyvanlar və insan arasında sporadik xəstəlik hadisələri ilə görülən yeni aşkar edilmiş digər növlər vardır, bunlara B.inopinata BO1 daxildir və o, süd vəzisi implantları ilə əlaqələndirilir. 

Törədicilər müxtəlif müddət ərzində süddə, pendirdə və qaymaqda canlı qala bilər,istehsaldan sonra 11 həftəyə qədər süd məhsullarından kultura yolu ilə təcrid edilə bilər.Orqanizm,həmçinin,sidik və nəcis daxil olmaqla,heyvan ifrazatları və döllənmə məhsullarından yayıla bilər.Onlar xüsusilə nəm torpaqda uzun müddət canlı qalır (2 ilə qədər) və beləliklə, insan və heyvanları yoluxdurmağa davam edir. 

İnsanlar infeksiyanın son sahibləridir və kontaminasiya olunmuş qidanın, xüsusilə, pasterizə edilməmiş süd və yumşaq pendir,kefir kimi süd məhsullarının,nadir hallarda çiy ətin yeyilməsi daxil olmaqla,müxtəlif yollarla brusellyoza yoluxa bilərlər.Fermalarda infeksiyaya yoluxmuş heyvan məhsulları,xüsusilə doğuş məhsulları ilə birbaşa təmas nəticəsində və ya qurumuş döllənmə məhsullarının yoluxmuş aerozollarının tənəffüslə udulması və ya yoluxmuş materialın laboratoriyada gözün selikli qişası ilə aerozol və ya sıçrantı yolu ilə təması nəticəsində baş verir.Baytar həkimlər diri heyvan vaksinləri ilə təsadüfi inokulyasiya nəticəsində brusellyoza yoluxa bilərlər.Daha nadir hallarda,brusellyoz insanlara kəsik və ya cırmaq vasitəsilə birbaşa inokulyasiya yolu ilə keçə bilər. Əlavə olaraq,cinsi yolla,cift yolu ilə və ana südü ilə yoluxma halları qeydə alınmışdır.Nadir hallarda olsa da,orqan və ya toxuma köçürülməsi və/və ya qan köçürülməsi nəticəsində yoluxma baş verə bilər. 

 

Patofiziologiya

Qida qəbulu və ya inokulyasiyadan sonra, Brucella növləri selikli qişaya daxil olur, burada polimorfonuklear leykositlər və fəallaşmış makrofaqlar bakteriyanı öldürmək üçün immun reaksiyalara təkan verir.Lakin brusellalar faqosomların bakterisid təsirinə əks-təsir göstərərək, hüceyrə daxilində çoxala və canlı qala bilər.Sonra onlar limfalar vasitəsilə hüceyrədaxili yolla retikuloedotelial hüceyrələrlə zəngin olan orqanlara daşınır və buradan digər orqan və toxumalara keçərək iltihab,qranulyomaların yaranması,nekroz və absesin yaranmasına səbəb olur.Heyvanlarda infeksiya eritritolla zəngin ciftdə lokallaşır,bu təsir insanlarda daha az müşahidə olunur,lakin yenə də abort və ya uşaqsalma ilə nəticələnə bilər.Yoluxmadan sonra immunitet davamlı deyil və insanlarda təkrar yoluxma, habelə residivlər qeydə alınır.İİV infeksiyası olan insanlarda brusellyozun rastgəlmə tezliyi və ya ağırlığında artım qeydə alınmır.

Simptomlar

İnsanlarda brüssellyozun simptomları qripə bənzər başlayır.Simptomlara aşağıdakılar daxildir:

- hərarətin dalğavari yüksəlməsi
- iştaha itkisi
- kürək, bel ağrısı
- baş ağrıları
- qarında ağrı
- oynaqlarda ağrı
- çəki itirilməsi

Xəstələrin 90%-dən çoxunda hərarətin yüksəlməsi qeydə alınır.Xəstələr,adətən, çox zəif görünür və onlarda aşkar depressiya vəziyyəti olur.Onlar latent anemiyaya görə solğun görünə bilərlər.

Sümük-oynaq əlamətləri xəstələrin 40-50%-də rast gəlir və onlara oynaqlarda şişkinlik və həssaslıq,bursit,oynaqların hərəkət diapazonunun azalması və nadir hallarda oynaq effuziyası görülür.Onurğa və ya oma-qalça oynaqları həssas ola bilər,lakin ümumi deformasiya nadir hallarda rast gəlir.

Xəstələrin üçdə birində palpasiya olunan hepatomeqaliya və/və ya splenomeqaliya qeydə alınır.Böyüklər arasında xəstəlik hadisələrinin təxminən 10%-də limfadenopatiya mövcud olur,lakin uşaq brusellyoz xəstələrinin təxminən 2/3-də qeydə alınır.Kişi xəstələrin 5-10%-də orxit olur,bu, bəzən üstünlük təşkil edən kliniki əlamətdir. 

Xəstələrin təxminən 4%-də meninqoensefalit (məs., ənsə əzələlərinin rigidliyi) əlamətləri və bəzən ocaqlı vaskulit beyin yaraları və ya kəllə-beyin siniri yaraları (ocaqlı sinir pozğunluğu) kimi kliniki əlamətlər mövcud olur.Gözlərin zədələnməsi, gözlərin qızarması (göz damarlarının iltihabı və ya konyunktivit) nadir hallarda rast gəlir.

Endokardit nadir,lakin ciddi problemdir (xəstələrin təxminən 1%-də), adətən, aorta klapanına təsir edir və brusellyozun 1-5%-lik ölüm göstəricisinin əksəriyyətinin səbəbidir. Konsolidasiya və ya effuziyaya işarə edən ağciyər əlamətləri tez-tez rast gəlmir və perkussiyada kütlük, hava girişinin azalması və auskultasiya zamanı xışıltı eşidilir.Öskürəkli xəstələrin döş qəfəsində daha bir neçə kliniki əlamət ola bilər.

Bəzən qeyri-spesifik makulo-papulyoz və ya vaskulitik dəri səpgisi müşahidə oluna bilər.

 

Diaqnoz

Yuxarıda sadalanan simptomlar varsa,həkiminiz bəzi brusellyoz testləri istəyə bilər.

  • Qanın ümumi-klinik analizi
  • CRP
  • qan əkilməsi
  • sidik əkilməsi
  • sümük iliyi əkilməsi
  • serebrospinal maye testi
  • qanda Brucellanın təyini

Müalicə

Brusellyoz antibiotiklərlə müalicə olunur.Həkiminiz müxtəlif qrupdan olan antibitoikləri eyni anda  və uzunmüddətli təyin edə bilər.

Ağırlaşmalar
Müalicə olunmadıqda və ya təyin təyin edilən dərmanlar törədiciyə təsir etmədikdə ağırlaşmalar görülə bilər:

-Ensefalit

-Sümük və oynaqlarda şəkildəyişmələr

-Endokardit

-Menengit

Bu ağırlaşmalardan bəziləri ölümcül ola bilər.Xoşbəxtlikdən,brusellyozdan ölüm nadir hallarda olur.Brusellyoz xəstəliyi olan insanların əksəriyyətində,xüsusilə də ağırlaşmalar olmadıqda,tamamilə sağalma gözlənilir.

Profilaktika

Brusellyozun qarşısı aşağıdakı qaydalara riayət etməklə alına bilər:

-Çiy ət və ya pasterizə edilməmiş süd məhsullarından çəkinin.

-Heyvan və ya heyvan toxumalarıyla işləyərkən əlcək və qoruyucu eynək istifadə edin.

-Heyvan qanı ilə təmasda olduqda dərinizdə hər hansı açıq yara varsa üzərini bağlayın.

-Heyvanların doğum etməsinə kömək edərkən qoruyucu geyim və əlcək istifadə edin.

Heyvanlar üçün brüssellyoz peyvəndi vardır.Ev heyvanları ilə işləyərkən,onlara brusellyoz vaksini etməlisiniz.Təəssüf ki,insanlar üçün belə bir peyvənd yoxdur.Odur ki, özünüzü qoruyun və yuxarıda sadaladığım simptomlardan birini gördükdə belə həkimə müraciət edin.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?