Difteriya xəstəliyi | infeksion xəstəliklər

Difteriya xəstəliyi

Difteriya

Difteriya Corynebacterium Diphteria bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir.Bakteriya həmçinin digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir.Bu xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperatur yüksəlməsi, boğazda badamcıqların şişməsiylə özünü göstərir. Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb ola bilər.Toksin boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir.Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insana keçir.Difteriya əleyhinə vaksinasiya bu xəstəlikdən dolayı baş verən xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmışdır.Buna baxmayaraq difteriya xəstəliyi bir sıra azgəlirli ölkələrdə hələ də uşaqlar arasında böyük sağlıq problem olaraq qalmaqdadır.Difteriyanın endemik olduğu ölklərdə, xəstəlik kiçik epidemiyalar formasında ya da sporadic olaraq görülür.  Xəstəlik 5-10% hallarda ölümlə nəticələnə bilir.Bu göstərici uşaqlar arasında daha yüksəkdir.Müalicə zamanı difteriya toksininin təsirini aradan qaldırmaq üçün antitoksinlərdən, eləcə də bakteriyaları öldürmək üçün antibiotiklərdən istifadə olunur.

Difteriya vaksini toksik qabiliyyəti inaktivasiya edilmiş bakterial toksoiddir.Bu vaksin başqa vaksinlərlə birlikdə kombinasiya şəkilində tətbiq olunur.Yetkin insanlarda və yaşlılarda difteriya toksoidi əsasən tetanus toksoidi ilə birlikdə daha aşağı konsentrasiyalarda istifadə edilir.

ÜST ilkin olaraq 3 dozalı vaksinasiya, bunun ardınca isə 3 gücləndirici doza vaksinasiyanın tətbiq olunmasını təklif edir. Birinci mərhələ vaksinasiya təxminən 6 həftəlikdə başlanmalı və 4 həftə intervalla tətbiq edilməlidir. Gücləndirici dozalar isə 2 yaşda (12-23 ay), 4-7 yaşda və 9-15 yaşda tətbiq edilməlidir. Gücləndirici dozalar arasında ən az 4 il intervalın olması daha məqsədə uyğundur.

Difteriyaya qarşı immuniteti daha da gücləndirmək üçün, kombine edilmiş difteriya və tetanus toksoid vaksini (TD və ya Td) istifadə olunmalıdır. Bu həmçinin hamiləlik zamanı və müxtəlif zədələnmələrdə tətbiq edilə bilər. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin

Leyla
2023-02-14 14:23:23

Cox goze mellumat aldim










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?