Ekzema | infeksion xəstəliklər

Ekzema

Ekzema

Ekzema dəridə residivverən gedişli quruluq və qaşınma ilə səciyyələnən iltihablı dəri patologiyasıdır. Bütün yaş qruplarını əhatə edə bilər, lakin daha çox 5 yaşa qədər dövrdə rast gəlir və uşaqların 10-20%-də qeydə alınır. Çox vaxt xəstənin və ya ailəsinin anamnezində atopik xəstəliklər, məsələn, bronxial astma və ya allergik rinit müşahidə olunur. Bu qrupda qida allergiyalarının rastgəlmə tezliyi daha yüksək ola bilər. Ekzema kəskin və xroniki ola bilər. Simptomların intensivləşməsi üçün kəskin ekzema termini istifadə olunur. Xroniki termini isə xəstədə xroniki iltihab əlamətlərinin inkişafına aid edilir (məs., lixenifikasiya). Patologiyanın xronikləşməsinədək keçən müddət dəqiq məlum deyil.

Çox vaxt dəridə quruluq və qaşınma ilə təzahür edir.Tipik olaraq dəri büküşlərində eritema, qabıqlanma, qovuqcuq və ya dəmrovabənzər görünüşün yaranması ilə səciyyələniDiaqnoz əsasən kliniki qoyulur.Birincı sıra müalicə vasitələri olaraq nəmləndirici kremlər və yerli kortikosteroidlərdən istifadə olunur.Birinci sıra terapiyaya müsbət cavab verməyən xəstələrdə digər variantlara topik kalsineyrin inhibitorlarının təyini, fototerapiya və ya immunosupressiv preparatlar aiddir.

Etiologiya

Ekzema çoxfaktorlu etiologiyaya malik olub, genetik həssaslıqla ətraf mühit faktorlarının kombinasiyasından təşkil olunur. Xəstəliyin inkişaf etməsində allergenlə təmasda olduqdan sonra dərinin baryer funksiyalarının pozulması və immun disrequlyasiyanın rol oynadığı güman edilir.

Bu nəticələr epidermisin normal differensiasiyası, eləcə də, immun sistemin tənzimlənməsində rol oynayan genlərdə mutasiyalarla əlaqələndirilir. Belə genetik meyllilik ailə üzvlərinin sayının artması, eləcə də, tək yumurta əkizlərində 77%, ayrı yumurta əkizlərində isə 15% hallarda uyğunluğun olduğunu göstərən tədqiqatlarla dəstəklənir. 

Ekzemanın etiopatogenezində dərinin baryer funksiyalarının pozulmasının rol oynadığını göstərən məlumatlar getdikcə artmaqdadır. Dərinin baryer funksiyalarını pozan istər irsi, istərsə də qazanılmış faktorların xəstəliyin ümumi gedişinə mənfi təsirinə dair elmi dəlillər getdikcə artmaqdadır. Epidermisin baryer zülalı olan filaqrinin funksiyasının itməsinə səbəb olan variantlar ekzema üzrə vacib təkanverici faktorlardan hesab edilir. Struktur zülalı olan filaqrinin tərkibində bu zülalın funksiyasının itməsinə səbəb olan mutasiyanın baş verməsi ətraf mühit faktorlarına qarşı dərinin mexaniki baryer funksiyasının zəifləməsinə səbəb olur. Belə şəxslərdə dərinin buynuz qatında filaqrin geninin funksiyanın itməsinə səbəb olan mutasiyanın qeydə alınması zamanı həmin qatda təbii nəmləndirici faktorun konsentrasiyasının azalması müşahidə edilir. Bundan əlavə, ekzeması olan şəxslərdə seramidlər də daxil olmaqla, hüceyrədənkənar lipidlərin çatışmazlığı qeyd olunur. 

Epidermal baryerin pozulması antigenlərlə təmas və onlara qarşı sensibilizasiyaya gətirib çıxarır. Epidermisin normal baryer funksiyalarının yerinə yetirməsində vacib rol oynayan genlərdə mutasiyalar qeydə alınır və bunların ekzemanın inkişafı üzrə təkanverici faktor kimi çıxış etdiyi güman olunur. Həmçinin, ekzema ilə genomun sitokinləri, eləcə də, ekzemada dominantlıq edən Th2 immun cavabında iştirak edən reseptorları kodlaşdıran sahələri arasında əlaqə aşkar olunur. 

Qeyd edilən dəri patologiyasının şəhər ərazilərində, daha kiçik ailələrdə və yüksək sosial-iqtisadi statusa malik təbəqə arasında daha yüksək tezlikdə rast gəlməsi bu xəstəliyin inkişafında ətraf mühit faktorlarının roluna dair fikri dəstəkləyir. Bir tədqiqatda Londonda yaşayan Yamayka uşaqlarında ekzemanın prevalentliyi, Yamaykanın özündə yaşayan uşaqlarla müqayisədə daha yüksək olmuşdur. Bundan əlavə, qeyd edilir ki, son onilliklərdə ekzemanın prevalentliyi əhəmiyyətli dərəcədə artmışdır. 

Klinika

Kəskinləşmələr zamanı dəridə quruluq və qabıqlanma, eləcə də, papula və ya qovuqlanma qeydə alınır. Körpələrdə yaralar əsasən dərinin açıcı səthlərində, yanaqlar və alın nahiyəsində aşkarlanır. Seborreyalı dermatitdən fərqli olaraq, qasıq və uşaq bezi altında qalan nahiyələrdə, adətən, qeyd edilmir. Nisbətən böyük uşaqlar və böyüklərdə ekzema əsasən dərinin bükücü səthlərində olur. Zədə nahiyələrində hiper- və ya hipopiqmentasiya, həmçinin, daima qaşıma ilə əlaqədar sıyrıqlar görünür. Xroniki ekzemada dəri qalın və dəmrovabənzər görüntülü olur. Yuxarı ətrafın proksimal hissələri, sağrı və budun ön qismində tüklü keratoz (keratosis pilaris -KP) adı ilə tanınan follikulyar hiperkeratoz papulaları mövcud olur və adətən, simptomsuz keçir. Ekzema xəstələrində tez-tez KP aşkarlanır, amma ekzemadan əziyyət çəkməyənlərdə də müşahidə edilə bilər.

Diaqnostika

Periferik qanda İgE-nin konsentrasiyası artmamış ola bilər, lakin bu, diaqnostika üçün standart analiz üsulu deyil. Xəstənin bu vəziyyətə səbəb olan allergenlərlə təmasdan çəkinməsi üçün allerqoloji sınaqların aparılması uyğun ola bilər, lakin ekzemalı uşaqların 60%-də allergenlərə qarşı İgE sensibilizasiyası təyin edilmir və bu sınaq standart müayinə üsulu hesab olunmur.

Ekzemalı dermatit uşaqlar arasında daha çox yayıldığına görə allergik kontaktlı dermatinin diqqətlə nəzərdən keçirilməsi məqsədəuyğundur və dəridə ləkə sınağı tələb oluna bilər. Dermatitə nəzarət etmək çətin olduqda istənilən uşaqda dəridə ləkə sınağı aparılmalıdır.

Müalicə

Ekzema xroniki residivverən xəstəlikdir və dəriyə qulluğun əsasları və təkanverici faktorlardan çəkinmək məqsədilə xəstə və xəstə yaxınlarının maarifləndirilməsi vacibdir. 

Müalicəsi, yumşaldıcı kremlərdən başlayaraq, daha sonra topik kortikosteroidlər və kalsineyrin inhibitorlarına keçid almaqla aparılır. Bu yolla əksər xəstələrdə simptomlara nəzarət əldə etmək olur, lakin müalicəyə xüsusi rezistentlik nümayiş etdirən bəzi hallarda daş kömür qətranı, ultrabənövşəyi işıq terapiyası və ya sistemli immunosupressiv preparatların təyini kimi digər müalicə üsullarına müraciət etmək tələb olunur.

Ekzemanın müalicəsində peroral kortikosteroidlərin təyini tövsiyə edilmir. İkiqat kortəbii, plasebo ilə nəzarət olunan, randomizə edilmiş bir tədqiqatda müəyyən edilmişdir ki, peroral prednizolon təyin olunan 27 xəstədən cəmi birində davamlı remissiya əldə etmək mümkün olmuş, bir çox xəstədə isə peroral kortikosteroidlərin təyininin kəsilməsi ilə əlaqədar yaxşı tanınan “abstinent sindromu” fonunda əhəmiyyətli kəskinləşmə qeyd edilmişdir. Bundan əlavə, kortikosteroidlərin peroral təyini zamanı hipertenziya, çəkinin artması, qlükozaya tolerantlığın pozulması, böyrəküstü vəzinin fəallığının süstləşməsi, pediatrik qrupda böyümənin ləngiməsi kimi bir sıra erkən və gecikmiş əlavə təsirlər qeyd edilir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Balantidiaz

Balantidiaz

Qonoreya

Qonoreya

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?