Exinokokkoz | infeksion xəstəliklər

Exinokokkoz

Exinokokkoz

Exinokokkoz lentvari qurdların bir növü olan Echinococcuss-lar tərəfindən törədilən parazitar xəstəlikdir.Exinokokkoz sistik və alveolyar exnikokkoz olaraq təsnif olunur.

Sistik exinokokkoz Echinococcuss granulosusun inkişafının larval mərhələsində yaranan infeksiyadır.Baxmayaraq ki,insanlarda çox vaxt bu infeksiya asimptomatik olur,yenede qaraciyərdə, ağciyərdə və başqa orqanlarda xəbərdarlıqsız və simptomsuz, yavaş-yavaş genişlənən təhlükəli sistlərin yaranmasına səbəb olur.

EPİDEMİOLOGİYA

Sistik exinokokkoz Afrikada, Avropada, Asiyada, Mərkəzi və Cənubi Amerikada,  nadirən Şimali Amerikada da rast gəlinir.İtlər hidratik sistləri olan başqa heyvanların orqanlarını yedikdə parazitə yoluxurlar və sistlər itlərin bədənində yetkin qurdlara çevrilirlər,yoluxmuş itlər qurd yumurtalarını nəcisləri ilə ətrafa yayırlar və torpağı yoluxdururlar.Qoyunlar, mal-qara, keçilər və donuzlar yoluxmuş torpaqdan qurd yumurtalarını udurlar.Yumurta həzm sisteminə düşdükdən sonra yumurtalardan qurdlar çıxır və daxili orqanlarda yetkin qurdlara çevrilirlər. İnsanlarda ən çox yoluxma halı heyvan nəcisi ilə çirklənmiş torpağın, suyun və qida maddələrinin təsadüfən udulması nəticəsində olur. Exinokokk yumurtaları torpqaqda 1 ilə qədər yaşaya bilir. 

 

SİMPTOMLAR

Sistik exinokokkoz  insanlarda adətən simptomsuz olur o vaxda qədər ki, sistlərdəki larval parazitlər böyüyürlər və diskomfort hissinə,ağrıya, ürəkbulanmaya və qusmaya gətirib çıxarır.Sistlər yetkinləşənə qədər illərlə böyüyür.Simptomların üzə çıxması sistin lokalizasiyasından asılıdır və əsasən qaraciyərdə və ağciyərdə tapılır,lakin dalaqda, böyrəklərdə, ürəkdə, sümükdə, beyində və gözlərdə də yarana bilər və yüngül və ya kəskin anafilaktik reaksiyalara səbəb ola bilər.Hətta sistik mayenin axması nəticəsində ölüm halıda baş verə bilər.

Alveolyar exinokokkoz  qaraciyərdə olan tumorlarla xarakterizə olunur və bu tumorlar ağciyərlərə və beyinə yayıla bilir. İnsanlarda E. Multilocularis yetkin formaya çevrilmir, amma vezikullar yaranır və bu vezikullar ətraf toxumalara yayılaraq onları dağıdır və diskomfort hissinə, ağrıya, çəki itirilməsinə və halsızlığa səbəb olur.Alveolyar exinokokkoz 50-75% hallarda  ölümlə nəticələnən təhlükəli xəstəlikdir, ona görə ki, ən çox ucqar yerlərdə yaşayan əhalinin yoluxması baş verir.

DİAQNOZ

Diaqnoz üçün ilk öncə anamnez araşdırılmalı və mal-qara ilə və ya çoban itləri ilə əlaqənin olub olmaması müəyyənləşdirilməlidir.Bundan sonra KT, Ultrasonoqrafiya və MRT  kimi müayinə üsullarından istifadə edərək sistlər müəyyən edilir və sist aşkarlandıqdan sonra diaqnozun təsdiqlənməsi üçün seroloji testlərdən istifadə oluna biliər.

 

MÜALİCƏ

Keçmişdə sistik exinokokkoz üçün yeganə müalicə üsulu cərrahi müalicə idi. Xemoterapiya, sisti deşilməsi və PAİR( percutaneus aspiration, injection of chemicals and reaspiration yəni dəri üzərindən sistin aspirasiyası,kimyəvi maddələrin inyeksiya edilməsi və reaspirasiya) üsulları cərrahi yolu əvəz edib. Bəzi sistlər simptomlara səbəb olmur və inaktiv olurlar.Belə sistlər müalicəsiz də yox olurlar.

Alveolyar exinokokkozun müalicəsi daha çətindir və çoxt vaxt radikal cərrahiyə, uzun müddətli xemoterapiya üsullarına ehtiyac olur.

PROFİLAKTİKA

Sistik exinokokkoz parazitin yoluxmasının qarşısının alınması ilə nəzarətdə saxlanılır. Profilaktik tədbirlərə aiddir:

  • - İtlərin xəstə qoyun leşləri ilə qidalanmasının qarşısının alınması.
  • - Sahibsiz it populyasiyalarına nəzarət
  • -Yoluxma təhlükəsi olan qida maddələri və sudan istifadə etməmək
  • - İtlərlə əl təmasından sonra və qida qəbulundan öncə əllərin isti su və sabunla yuyulması

 

 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

ZİKA, zika xesteliyi

Zika xəstəliyi

Ekzema

Ekzema

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?