Bəzən boğmaca da adlandırılılan bu infeksiyaya bakteria səbəb olur.Burun və boğazdan hava yolu ilə asanlıqla insandan insana yoluxan yüksək yoluxucu xəstəlikdir.Əsas uşaqlarda bu boğucu öskürəyin yaranma riskinin yüksək olmasına baxmayaraq, xəstəlik hər yaşda meydana gələ bilər.
Ümumiyyətlə,göy öskürək əsasən soyuqdəymə əlamətləri kimi başlayır.Simptomlara burunun axması,subfebril hərarət,yorğunluq,yüngül və ya aşağı tezlikli öskürəklər aid edilə bilər.
Zamanla öskürək daha da ağırlaşır.Öksürək bir neçə həftə, bəzən 10 həftə və ya daha uzun davam edə bilər. Elmi tədqiqatlar göstərir ki, iki və ya üç həftədən çox davam edən öskürəyi olan 20 yetkin xəstədən 1-i göy öskürək ola bilər.
Simptomların kəskinlik dərəcəsi insanlardan asılı olaraq dəyişə bilər.Simptomlar daha əvvəl infeksiyaya qarşı profilaktika tədbirləri almış şəxslərdə əsasən daha az şiddətli olur.
Yetkin xəstələrdə göy öskürək simptomları aşağıdakılardan ibarət ola bilər:
•Uzun çəkən kəskin öskürək,daha sonra nəfəsi bərpa etmək üçün nəfəs alma
•Öskürəkdən sonra qusma olur
•Öskürəkdən sonra taqətsizlik
Klassik bir simptom da vardır ki,bu zaman kəskin öskürək tutmasından sonra xəstə nəfəs almağa başlayanda yüksək amplitudlu səs çıxarır.Bu simptom göy öskürək olan yetkin şəxslərdə olmaya da bilər.
Adətən xəstəliyin inkubasiya dövrü (yoluxmadan simptomlar meydana çıxana qədər) 7-10 gün davam edir.Öskürəkdən tam xilas olma isə 2-3 ay çəkə bilər. Həkimlər göy öskürəyi üç mərhələdə bölürlər:
Mərhələ 1: Əsasən göy öskürəyin erkən mərhələsi bir-iki həftə davam edir.Bu müddət ərzində simptomlar ümumi soyuqdəymə əlamətlərinə bənzəyir.Bu mərhələ ərzində kontagiozluq (yoluxdurma qabiliyyəti) çox yüksək olur.
Mərhələ 2: Bu mərhələdə şiddətli öskürək inkişaf edir.Öskürəklər arasında,insanlar tez-tez nəfəs almaqdan narahat olur,onlarda bu zaman salivasiya və gözün yaşarması müşahidə olunur.Kəskin öskürəkdən sonra qusma və taqətsizlik də simptomları izləyə bilər.Bu mərhələ adətən 1-6 həftə davam edir, lakin 10 həftə də davam edə bilər.Siz öskürək başlayan iki həftə ərzində kontagioz olmağa davam edirsiniz.
Mərhələ 3: Bu mərhələdə öskürək azalmağa başlayır və bu mərhələdə siz yoluxucu deyilsiniz.Mərhələ adətən 2-3 həftə davam edir.Soyuqdəymə də daxil olmaqla,digər respirator infeksiyalara qarşı daha həssas olduğunuza görə,göy öskürəklə yanaşı xəstəliklərin yaranması halında sağalma daha uzun çəkə bilər.
Göy öskürək zamanı uşaqlarda böyüklərə nisbətən daha çox ağırlaşma hallarının olmasına baxmayaraq,böyüklərdə də bəzi ağırlaşma halları baş verə bilər.
Amerika Ailə Həkimi Akademiyasına və Xəstəliklərin İdarə Olunması və Müalicə Mərkəzlərinə (CDC) görə,xronik göy öskürəyi olan böyüklərdə baş verir:
•Çəki itirmək
•Sidik qaçırma və ya hamamda qəzalar
•Pnevmoniya
•Öskürək səbəbi ilə qabırğa qırıqları
•Yuxusuzluq
Göy öskürəyin qarşısını almaq üçün ən yaxşı yol vaksinasiyadır.Hər 10 ildə vurulan gücləndirici göy öskürək vaksini Tdap-ın,növbəti Td (tetanus və difteriya) vaksini yerinə,vaksinasiya olunmayan yetkinlər üçün vurulması tövsiyə olunur.
Vaksinlərin effektivliyi zamanla azalır.Uşaq olarkən vaksin vurulan yetkin şəxslər ya xəstəliyə yoluxmur,ya da daha yüngül keçirir.
Öskürək hələ meydana gəlmiş olmasa belə,göy öskürəyi olan biri ilə əlaqədə olduğunuzu düşünürsünüzsə və ya xəstəliyə şüphələriniz varsa,həkiminizə müraciət edin.
Həkimlər adətən burun və ağız seliyindən yaxma götürərək göy öskürəyə diaqnoz qoyurlar.Onlar həmçinin qan testi tələb edə bilərlər.
Xəstənin erkən müalicəsi vacibdir, çünki bu müalicə infeksiyanın, xəstəliyə çox həssas olan digər insanlara, xüsusilə də körpələrə yayılmasının qarşısını almağa kömək edə bilər.
Xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunur.Bu da həm xəstəliyin simptomlarının yüngül keçməsinə,həmdə sağalma müddətinin qısalmasına kömək edir.Ancaq öskürək 2-3 həftədən çox davam edərsə, antibiotiklər kömək etmir ola bilər.
Öskürək dərmanları qəbul etmək əlamətləri yüngülləşdirə bilmir deyə,həkim tərəfindən təlimat verilmədikcə,bu dərmanların istifadəsi məsləhət görülmür.
Ela
salam baclm hedden cox oskurur az qala ciyerleri bogazlndan gele her derman istifade edib bir xeyri yoxdur