Hepatit E | infeksion xəstəliklər

Hepatit E

Hepatit E

Hepatit E

Hepatit E Virusu (HEV) olaraq bilinən bir virusun yaratdığı qaraciyər xəstəliyidir.Hər il dünyada 20 milyona yaxın  insan HEV-ə yoluxur və bunların 3.3 milyonunda simptomlu formaya rast gəlinir.ÜST-ın hesablamalarına görə,HEV 2015-ci ildə 44000insanın ölümünə səbəb olmuşdur.Bu(viral hepatitə görə ölümün 3.3% -ni təşkil edir).

Virus əsasən oral,su və nəcis vasitəsilə keçir.Virusun ən azı 4 müxtəlif növü vardır: genotip 1, 2, 3 və 4. 1-ci və 2-ci genotiplər  yalnız insanlarda aşkar edilmişdir. 3-cü və 4-cü genotiplər isə hər hansı bir xəstəliyə yol açmadan bir sıra heyvanlarda (donuzlar, çöl donuzlarıları və maral daxil olmaqla) görülür.Çox nadir hallarda insalarda 3 və 4-cü tip genotipə rast gəlinir.
Ümumiyyətlə infeksiya əvvəllər passiv olsa da 2-6 həftə ərzində aktivləşməyə başlayır. Bəzən, fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) kimi tanınan ciddi bir xəstəlik inkişaf edir. 

Coğrafi yayılması

Xəstəlik əsasən lazım olan səviyyədə su, kanalizasiya, gigiyena və səhiyyə xidmətləri məhdud olan ölkələrdə geniş yayılmışdır. Bu sahələrdə xəstəlik həm epidemik həm də sporadik(bir xəstə) olaraq əhalidə görülür. Xəstəlik içməli su təchizatının fekal çirklənməsi zamanı epidemik olur və bu zaman bir neçə yüzdən bir neçə min nəfərə qədər insanda xəstəlik yaranır.Bu epizodlar münaqişə və müharibə zonaları kimi,humanitar fövqəladə hallarda,qaçqın və ya məcburi köçkün düşərgələrində, sanitariya və təhlükəsiz su təchizatı olmayan yerlərdə görülür.
Sanitariya və su təchizatı daha yaxşı olan ərazilərdə isə hepatit E xəstəliyi əsasən sporadik olur.Bu halların əksəriyyətini 3-cü genotipli viruslar yaradır və heyvanlardan insane keçir.Bu hallar adətən,tam bişməmiş heyvan ətinin (heyvan qaraciyərini də daxil olmaqla) yeyilməsi zamanı yaranır

a href="https://ty.gl/0prwy2717o" target="_blank" style="position: relative; display: block; width: 100%; margin: 0 10px;">

Simptomları:

Hepatit E virusu ilə yoluxduqdan sonra inkubasiya müddəti orta hesabla 5-6 həftə olmaqla 2 ilə 10 həftə arasında olur.
Yüksək xəstəlik endemisiyası olan ərazilərdə simptomatik infeksiya ən çox 15-40 yaşlı gənclərdə  görülür.Bu sahələrdə uşaqlarda  infeksiyaya rast gəlinsədə sarılıq olmadan yüngül formada müşahidə olunur.
Hepatitin tipik əlamətləri və simptomları aşağıdakılardır:
- Supfebril qızdırmanın başlaması
- Az iştah (anoreksiya)
- Ürəkbulanma və qusma(bir neçə gün davam edən)
- Bəzi kəslərdə də qarın ağrısı
- Qaşınma (dəri lezyonları olmadan), dəri töküntüsü ilə birgə ağrı da ola bilər
- Sarılıq (gözlərin dəri rəngini və gözlərinin sklerasını sarı rəngdə)
- Tünd idrar və solğun nəcis
- Böyümüş qaraciyər (hepatomegali).
Bu simptomlar tez-tez digər qaraciyər xəstəliklərində baş verən simptomlardan fərqlənir və adətən 1-6 həftə davam edir.Nadir hallarda kəskin hepatit E ağırlaşa bilir və fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) ilə nəticələnir.Hepatit E hamiləlik dövründə meydana gəldikdə fulminant hepatit daha tez-tez baş verir.Xüsusilə də ikinci və ya üçüncü dövrdə olan hamilə qadınlarda eklampsiyaya,kəskin qaraciyər və böyrək çatışmazlığına,dölün ya da ananın ölümünə səbəb ola bilir. HEV 3-cü dövrdə  20-25% hamilə qadınların ölümünə səbəb olur.
İmmun sistemi zəyif insanlarda, xüsusilə də orqan transplantasiya əməliyyatı keçirmiş insanlanlarda immünsupresif dərmanlar qəbul edən zaman 3-cü və 4-cü genotip HEV kronik hepatit E infeksiyası yarada bilər. 

Müalicə

Xəstəlik zamanı xəstəxanaya yerləşdirmə tələb olunmur.Kəskin hepatit E üçün spesifik bir müalicə növü yoxdur. Amma bununla yanaşı, fulminant hepatit olan insanlar üçün və ya HEV simptomları olan hamilə qadınlar üçün xəstəxanaya yatma tələb olunur.
Kronik hepatit E olan,immun sistemi zəif insanlar ribavirin və antiviral  dərman müalicəsindən istifadə edir. Bəzi hallarda isə xəstələrdə interferon müalicəsi də müsbət nəticə verə bilir.

Profilaktika

Profilaktika xəstəliyə qarşı ən təsirli olan yoldur. Əhali səviyyəsində HEV və hepatit xəstəliyinin yoluxması aşağıdakı vəziyyətlərlə azaldıla bilər:

- İctimai su təchizatı üçün keyfiyyətli standartların qorunması;
- Xüsusilə qida qəbulundan əvvəl, əl-yuyulma kimi gigiyenik qaydalara əməl etmək
- Mənşəyi və təmizlik dərəcəsi bilinməyən su istifadəsindən qaçılması
- ÜST-nin təhlükəsiz qida standartlarına uyğun qida qəbulu

Hepatit E şüphələnməsi  zamanı aşağıdakı addımlar tövsiyə olunur:

- Diaqnozun yoxlanılması və epizodun mövcudluğunun təsdiqlənməsi
- Yoluxma mənbəyinin müəyyənləşdirilməsi
- İnfeksiya riski olan əhalinin identifikasiyası;
- Qida və suyun fekal çirklənməsinin aradan qaldırılması üçün sanitariya-gigiyenik təcrübələrin təkmilləşdirilməsi
- İnfeksiya mənbəyinin aradan qaldırılması.

ÜST hepatit E vaksinin istifadəsi haqqında aşağıdakıları tövsiyə edir:
Hepatit E bir çox inkişaf etməkdə olan ölkədə, xüsusilə hamilə qadınları və məcburi köçkünləri,yaşayış standartları aşağı olan fərdləri əhəmiyyətli ictimai səhiyyə problemi olaraq görür.Təhlükəsizliyə, immunogenisiyaya və effektliyə dair kifayət qədər məlumatın olmaması səbəbindən ÜST 16 yaşdan az yaşda olan uşaqlar, hamilə qadınlar, kronik qaraciyər xəstəliyi olan insanlar, orqan nəqli üzrə gözləmə rejimində olan insanlara və səyyahlara vaksin istifadə etməyi məsləhət görmür.

ÜST 2030-cu il üçün viral hepatit infeksiyaların sayını 90% azaltmağı hədəfləyir.Ümumdünya Səhiyyə Təşkilatı hər il iyulun 28-də Hepatitlərin Dünya Gününü təşkil edir və hər il viral hepatitin bilik və anlayışını artırır.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Sepsis

Sepsis

NİLUFƏR MƏMMƏDOVA

Sinkop (bayılma)

suçiçeyi, suciceyi

Suçiçəyi

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?