HEPATİTLƏR | infeksion xəstəliklər

HEPATİTLƏR

hepatit, Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E

Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Bu xəstəlik əsas etibarı ilə viruslar tərəfindən törədilir, lakin hepatitlərin yaranmasına başqa faktorlar da səbəb ola bilər. Bunlara autoimmun hepatitlər və dərman, narkotik maddə, toksiki təsirə malik olan maddələr və alkoqol qəbulundan sonra yaranan ikincili hepatitlər aiddir.  Autoimmun hepatit insanın öz orqanizmində qaraciyər toxuması əleyhinə anticisimlər yaranması hesabına baş verir. 

Qaraciyər qarın nahiyəsinin sağ yuxarı hissəsində yerləşir və metabolizmin tənzimlənməsində çox vacib funksiyalar yerinə yetirir. Bunlara aiddir:

  • - Həzm üçün vacib olan öd ifrazı
  • - Bədəndəki toksinlərin filtrasiyası
  • - Bilrubin, xolesterol, hormonların və dərman maddələrinin bədəndən ekskresiyası
  • - Karbohidrat, yağ və proteinlərin parçalanması
  • - Orqanizmin fəaliyyəti üçün vacib olan fermentlərin aktivləşdirilməsi
  • - Qlükogen, minerallar və vitaminlərin toplanması
  • - Albümin və s. qan zülallarının istehsalı
  • - Laxtalanma faktorlarının sintezi
  • Müalicə taktikası hepatitin növündən asılı olaraq dəyişir. İmmunizasiya və düzgün həyat tərzi sürmək yolu ilə hepatitlərin bir çox növlərindən qorunmaq olar.

Virus hepatitlərinin 5 növü var:

  • - Hepatit A
  • - Hepatit B
  • - Hepatit C
  • - Hepatit D
  • - Hepatit E

İnfeksion olmayan hepatitlərin səbəbləri müxtəlif ola bilir. Bunlara aiddir:

  • - Alkoqol və başqa toksiki maddələr
  • - Autoimmun xəstəliklər

Hepatitlərin ümumi simptomları. əgər bir şəxsdə hepatitlərin xroniki növləri, məsələn, Hepatit B və C varsa, xəstəliyin başlanğıc dövründə simptomlar müşahidə olunmaya bilər. Bu halda simptomlar qaraciyərin funksiyasını pozan zədələnmə baş verənən qədər üzə çıxmaya bilər.

Kəskin hepatitlərin əlamətləri tez bir zamanda üzə çıxır. Bunlara aşağıdakılar aiddir:

  • - Yorğunluq
  • - Qripə bənzər əlamətlər
  • - Tündləşmiş sidik
  • - Solğun rəngli nəcis
  • - Qarın nahiyəsində ağrı
  • - İştahın itirilməsi
  • - Çəkinin səbəbsiz itirilməsi
  • - Dərinin və gözlərin saralması 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?