Herpes | infeksion xəstəliklər

Herpes

herpes, yara, xestelik

Herpes HSV(Herpes Simplex Virus) tərəfindən törədilən infeksiyon xəstəlikdir. Virus xarici cinsiyyət orqanlarını,anal nahiyəsini,selikli qişanı və bədənin digər nahiyələrindəki dərini zədələyir.

Herpes uzun müddət davam edən prosesdir. Buna baxmayaraq, bir çox insanlarda virusa yoluxmuş olmalarına rəğmən simptomlar üzə çıxmır.

Simptomlar. Bir çox insanlar yoluxmadan aylar və hətta illər keçməsinə baxmayaraq hər hansı simptom hiss etmirlər.Simptomlar müşahidə olunduqda adətən yoluxmadan 4gün (orta hesabla 2 – 12 gün) sonra ilk əlamətlər üzə çıxmağa başlayır.

HSV viruslu insanarın böyük qismində təkrari herpes baş verir.İlkin yoluxma zamanı residivlərin baş vermə intensivliyi daha da yüksək olur. Zaman keçdikcə, residivlərin baş vermə müddəti arasında məsafə uzanır və gedişat daha yüngül olur. 

İlkin infeksiya simptomları:

  • -  Xarici cinsiyyət orqanlarında, vagina və uşaqlıq boynu üzərində qabarcıqların və yaraların əmələ gəlməsi
  • -  Vaginal axıntı
  • -  Ağrı və qaşınma
  • -  Gərgin, böyümüş limfa düyünləri
  • -  Sidik ifrazı zamanı ağrı
  • -  Yüksək tempeatur
  • -  Halsızlıq
  • -  Ağız ətrafında uçuqlar
  • -  Dəridə qırmızı qabarcıqlar
  • Bir çox hallarda, yaralar sağalır və yerində hər hansı çapıqlaşma baş vermir.
  • Residiv infeksiyanın simptomları:
  • Residiv infeksiya zamanı simptomlar daha az kəskin olurlar və ilkin infeksiyaya nəzərən daha qısamüddətli davam edirlər. Simptomlar əsasən 10 gündən aartıq davam etmir.
  • Bunlara aiddir:
  • - Genital nahiyələrdə qabarcıqların əmələ gəlməsindən əvvəl yanma və ya sızlama hissi
  • - Qadınlarda uşaqlıq boynunda da qabarcıqlar və yaralar ola bilər
  • - Ağız ətrafında uçuqlar
  • - Qırmızı qabarcıqlar

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?