INFLUENZA xəstəliyi | infeksion xəstəliklər

INFLUENZA xəstəliyi

influenza, xestelik

İnfluenza yoluxucu tənəffüs sistemi xəstəliyidir və influenza virusları tərəfindən törədilir. Bu xəstəlik orta və ağır  dərəcəli xəstələnməyə səbəb ola bilər.İnfluenzanın ağır formalarında hospitalizasiya və ölüm baş verə bilər. Bəzi insanlar, məsələn yaşılar, azyaşlı uşaqlar və bəzi sağlıq problemləri olanlar influenzanın ağırlaşmaları üçün risk qrupu təşkil edirlər.

Simptomlar

İnfluenzaya yoluxmuş insanlar aşağıdakı əlamət və simptomların bəzilərini və ya hamısını hiss edir və əlamətlər ani inkişaf edir:

  • - Qızdırma və ya üşütmə
  • - Öskürək
  • - Boğaz ağrısı
  • - Burunun axması
  • - Əzələlərdə ağrılar
  • - Başağrıları
  • - Yorğunluq
  • - Bəzi insanlarda qusma və ishal da baş verə bilər. Bu əsasən azyaşlı uşaqlarda baş verir.

İnfluenza necə yayılır

Bir çox ekspertlər belə düşünürlər ki,viruslar xəstə şəxs danışarkən, öskürərkən və asqırarkən əmələ gələn kiçik damcılar vasitəsilə yayılır. Bu damcılar ətrafdakı insanların ağız və ya burunlarına düşür. Nadir hallarda influenza viruslarının olduğu səthlərə və ya əşyalara toxunduqda da virusa yoluxma ola bilir.

Simptomların başlanması

İnfluenza virusları ilə təmasdan və yoluxmadan sonrakı 1 -4 gün ( orta hesabla 2 gün) ərzində influenza xəstəliyinin əlamətləri inkişaf edir.

İnfluenzanın ağırlaşmaları

  • - Bakterial pnevmoniya
  • - Qulaq infeksiyaları
  • - Xroniki xəstəliklərin ağırlaşması, məsələn, anadangəlmə ürək çatışmazlığı, asma, diabet və s.

Risk qruplar

Hər bir insan ( hətta sağlam insanlar da) influenza virusuna yoluxa bilərlər və influenza ilə əlaqəli ciddi problemlər yarana bilər. Lakin bəzi insanlar influenza ilə əlaqəli ağırlaşmaların baş verməsindən dolayı risk qrupu təşkil edirlər. Buraya aiddir:

  • - 65 yaşdan yuxarı yaşı olan şəxslər
  • - Asma,diabet və ya ürək xəstəliyi kimi xroniki xəstəliyi olanlar
  • - Hamilə qadınlar
  • - Azyaşlı uşaqlar

Mövsümi influenzadan müdafiə

İnfluenzadan mühafizənin ilk və ən vacib mərhələsi hər il influenza vaksini istifadə edilməsidir. Bununla yanaşı  CDC gündəlik qorunma tədbirlərindən istifadə etməyi də tövsiyə edilir.Bunlara, xəstə insanlardan üzaq durmaq, öskürmə və asqırma zamanı ağızı tutmaq, tez-tez əlləri yumaq aiddir.

İnfluenzanın müalicəsi

İnfluenzanın müalicəsində virusəleyhinə dərmanlar tətbiq edilə bilər

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Xlamidioz

Xlamidioz

Beyin absesi

Beyin absesi

Poliomielit

Poliomielit

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?