Yoluxma və patogenez. Katetərlə əlaqəli sidik yolları xəstəliklərinin yaranmasının əsas səbəbi sidik kateterlərinin mikroorqanizmləri sidik yollarına daxil etmək və bakteriyaların orqanizmə daxil olmasıni və kolonizasiyasını təmin etməklə selikli qişanı qıciqlandırmasıdır. Sidik kisəsi kateterlərinin çox yayılması bakteriuriyanın ən vacib risk faktorlarından biridir.
Kateterizasiya zamanı bakteriuriyanın gündəlik rastgəlmə halları 3-10% təşkil edir. Xəstələrin 10-30%-də qısamüddətli kateterizasiya zamanı (2-4 gün) bakteriuriya inkişaf edir və asimptomatik olur. Uzunmüddətli kateterizasiya olunmuş xəstələrin 90-100%-də bakteriuriya yaranır. Xəstəxanadaxili sidik kanalı infeksiyalarının təxminən 80%-i sidik kateterləri ilə əlaqəlidir, yalnız 5-10% hallar sidik-cinsiyyət orqanlarında aparılan digər manipulyasiyalarla əlaqəlidir.
Potensial patogen bakteriyanın iştirakı ilə sidik kanalı daxilinə kateterin yeridilməsi sidik kanalı infeksiyalarının yaranmasına şərait yaradır. Bakteriyalar kateterin daxil edilməsi zamanı, kateter və drenaj sistemi üzərində aparılan manipulyasiyalar zamanı və ya kateter xaric edildikdən sonra sidik kisəsinə daxil ola bilər.
Bağırsaq patogenləri, məsələn Esherchia Coli sidik yolları infeksiyalarının əsas törədiciləridir, amma Pseudomonaslar, Enterokokklar, Staphylococcus aureus, Enterobakteriyalar və maya göbələkləri də bu infeksiyaya səbəb ola bilər. Kandidalar, xüsusən də Candida albicans xəstəxanadaxili kateterlə əlaqəli sidik yolları infeksiyalarının yaranmasında ikinci ən böyük rola malik orqanizmlərdir. Bu orqanizmlər sidik yollarında infeksiyaya səbəb ola bilər və ya asimptomatik şəkildə koloniya yarada bilərlər.
Bakteriuriyanın risk faktorlarına uzunmüddətli kateterizasiya, ishal, diabet, antibiotiklərdən aşırı istifadə, qadın cinsi, böyrək çatışmazlığı, kateterli xəstəyə baxım zamanı edilən səhvlər, ümumi zəiflik və s. aiddir.
Sidik kateterlərinin istifadəsinə göstərişlər. 2009-cu ildə Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzi (CDC) kateterlərin yalnız uyğun göstərişlər olduqda istifadə olunmasına göstəriş vermişdir. Kateterlərin istifadə hallari və istifadə müddəti bütün xəstələrdə, xüsusən də risk qrupuna aid olan insanlarda(qadınlar, yaşlı insanlar və immun zəifliyi olanlar) minimuma endirilməlidir.
Uzun müddətli kateterizasiya xəstələrin yaşam şəraitini rahatlaşdırmaqla yanaşı, mexaniki ağırlaşmaların başvermə ehtimalını artırır. Qanaxmalar, qarının aşağı nahiyəsində aparılan cərrahi əməliyyatlar və piylənmə kateterizasiyaya əks göstərişdir.
Diaqnoz. Kateterlə əlaqəli sidik kanalı infeksiyaları çox hallarda spesifik olmur, xəstələrin böyük bir qismində qızdırma və leykositoz kimi əlamətlərə rast gəlinir. İnfeksiyalar polimikrobial ola bilər. Piuriya və bakteriya koloniyalarının miqdarının artması kateterizasiyadan bir neçə gün sonra bütün xəstələrdə görülür.
Amerika İnfeksiyon Xəstəliklər Cəmiyyətinin pronsiplərində kateter əlaqəli sidik kanalı infeksiyaları belə xarakterizə olunur: Sidik kateteri son 48 saat ərzində çıxarılmış xəstədə sidik yolları infeksiyalarının əlamət və simptomları müşahidə olunursa və başqa infeksiya mənbəyi yoxdursa belə hal kateter əlaqəli sidik yolları infeksiyası hesab edilir.
Müalicə. Bakteriuriyali xastələrin bəzilərində müalicə üçün kateterin xaric olunması yetərlidir. Sidik yolları infeksiyalarınin yaranma riskini azaltmaq üçün kateterin xaric edilməsindən sonrakı 48 saat ərzində bakteriuriyası olan şəxslərdə antibiotik müalicəsinin tətbiqi məsləhət görülür. Antibiotik terapiyanın tətbiqindən öncə bakteriyaların növləri təyin edilməlidir, çünki balteriyalar antibiotiklərə rezistent ola bilər.
Simptomları qısa müddətdə aradan qalxan xəstələrdə məsləhət görülən antibiotik terapiyasının müddəti 7 gündür. Əgər müalicəyə cavab yoxdursa və bakteriuriya davam edirsə 10-14 gün müalicə davam etdirilməlidir. Kəskin xəstəliyi olmayanlarda 5 gün davam edən kvinolon müalicəsinin tətbiqi kifayət edir. 65 yaşdan yuxarı qadınlarda və yuxarı sidik kanalı simptomları olmayan şəxslərdə 3 günlük antibikrob terapiyası həyata keçirilə bilər.
Profilaktika. Aseptik sidik kateterlərinin istifadə olunması, düzgün şəkildə qapalı saxlanılmış drenaj sistemləri, sidik axacaqlarının açıq olması sidik yolları infeksiyalarının profilaktikası üçün vacib şərtdir.
Sistemli antimikrobial dərman terapiyası vasitəsilə Sidik traktı infeksiyalarının yaranma riski daha da azaldılır; ən böyük avantaj 3-14 gün ərzində kateterizasiya olunmuş xəstələrdə müşahidə olunur.
Doktor önceden salamlayiram ve size tewekkür edirem.60 yawindayam.Sidik kanalinin kateter üsulu ile müalce olundum.Problemim cinsi elaqe zamani spermanin yoxa çıxmasıdır.Bu normaldırmı yoxsa elave problemdir.