Kəmərləyici dəmrov | infeksion xəstəliklər

Kəmərləyici dəmrov

Kəmərləyici dəmrov, Herpes zoster

KƏMƏRLƏYİCİ DƏMROV

KƏMƏRLƏYİCİ DƏMROV AĞRILI SƏPGİLƏRƏ SƏBƏB OLAN VİRUS İNFEKSİYASIDIR. BƏDƏNİN İSTƏNİLƏN NAHİYƏSİNDƏ ƏMƏLƏ GƏLMƏSİNƏ BAXMAYARAQ, KƏMƏRLƏYİCİ DƏMROV  ÇOX HALLARDA BƏDƏNİN SOL VƏ YA SAĞ TƏRƏFİNDƏ TƏK BİR ZOLAQ KİMİ RAST GƏLİNİR.

KƏMƏRLƏYİCİ DƏMROV VARİSELLA ZOSTER  VİRUSU TƏRƏFİNDƏN TÖRƏDİLİR – BU VİRUS HƏMÇİNİN SUÇİÇƏYİ XƏSTƏLİYİNİN DƏ TÖRƏDİCİSİDİR. SUÇİÇƏYİ KEÇİRDİKDƏN SONRA, VİRUS BAŞ VƏ ONURĞA BEYNİNİN YAXINLIĞINDA İNAKTİV FORMADA QALIR. İLLƏR SONRA KƏMƏRLƏYİCİ DƏMROV KİMİ ÜZƏ ÇIXA BİLİR.

ÖLÜM TƏHLÜKƏSİ OLMASA DA, KƏMƏRLƏYİCİ DƏMROV ÇOX AĞRILI XƏSTƏLİKDİR. VAKSİNLƏR BU XƏSTƏLİYİN YARANMA RİSKİNİ

AZALDIR, İNFEKSİYANIN DAVAM ETMƏ

MÜDDƏTİNİ QISALDIR VƏ MÜALİCƏDƏ YARANA BİLƏCƏK ÇƏTİNLİKLƏRİ AZALDIR.

SİMPTOMLAR

KƏMƏRLƏYİCİ DƏMROVUN ƏLAMƏTLƏRİ VƏ SİMPTOMLARI BƏDƏNİN BİR TƏRƏFİNDƏ KİÇİK SAHƏDƏ GÖRÜNÜR. BUNLARA AİDDİR:

  • AĞRI, YANMA, KEYİMƏ VƏ YA QARIŞQA YERİŞİNƏ BƏNZƏR HİSS
  • TOXUNMA HƏSSASLIĞI
  • AĞRIDAN BİR NEÇƏ GÜN SONRA ÜZƏ ÇIXAN QIRMIZI SƏPGİ
  • SULUQLAR – PARTALAYIR VƏ QABIQLANIR
  • QAŞINMA

BƏZİ İNSANLARDA HƏMÇİNİN AŞAĞIDAKI ƏLAMƏTLƏR DƏ OLUR:

  • QIZDIRMA
  • BAŞAĞRILAR
  • İŞIĞA HƏSSASLIQ
  • YORĞUNLUQ

ADƏTƏN AĞRI KƏMƏRLƏYİCİ DƏMROVUN İLK ƏLAMƏTİ OLUR. BƏZİ HALLARDA AĞRI ÇİX İNTENSİV OLUR. LOKALİZASİYASINDAN ASILI OLARAQ, BƏZƏN AĞRINI ÜRƏK, CİYƏR VƏ YA BÖYRƏK PROBLEMLƏRİ İLƏ ƏLAQƏLƏNDİRİRLƏR.  BƏZİ XƏSTƏLƏRDƏ KƏMƏRLƏYİCİ DƏMROV SADƏCƏ AĞRI ƏLAMƏTLƏRİ İLƏ ÜZƏ ÇIXIR, SƏPGİLƏR OLMUR.

KƏMƏRLƏYİCİ DƏMROVLU XƏSTƏ SUÇİÇƏYİ KEÇİRMƏMİŞ XƏSTƏNİ VİRUSLA YOLUXDURA BİLƏR.  ADƏTƏN, SƏPGİLƏRDƏKİ AÇIQ YAALARLA BİRBAŞA TƏMAS OLDUQDA YOLUXMA BAŞ VERİR.  BİRİNCİ YOLUXMADA XƏSTƏDƏ KƏMƏRLƏYİCİ DƏMROV YOX, SUÇİÇƏYİ XƏSTƏLİYİ YARANACAQ.

SUÇİÇƏYİ BƏZİ İNSANLAR ÜÇÜN TƏHLÜKƏLİ OLA BİLƏR.  KƏMƏRLƏYİCİ DƏMROV SULUQLARININ ÜZƏRİ QABIQLA ÖRTÜLMƏYƏNƏ QƏDƏR, XƏSTƏ ŞƏXS KONTAGİOZDUR(İNFEKSİYA DAŞIYICISIDIR) VƏ BAŞQA ŞƏXSLƏRLƏ BİRBAŞA FİZİKİ TƏMASDAN YAYINMALIDIR. XÜSUSƏN DƏ SUÇİÇƏYİ KEÇİRMƏMİŞLƏR VƏ YA VAKSİN QƏBUL ETMƏMİŞLƏR, HƏMÇİNİN ZƏİF İMMUN SİSTEMİ OLANLAR, HAMİLƏLƏR VƏ YENİDOĞULMUŞLAR DAHA DİQQƏTLİ OLMALIDIRLAR.

RİSK FAKTORLARI

  • 50 YAŞDAN YUXARI ŞƏXSLƏR.KƏMƏRLƏYİCİ DƏMROV 50 YAŞDAN YUXARI ŞƏXSLƏRDƏ DAHA ÇOX ÜZƏ ÇIXIR. YAŞ ARTDIQCA RİSK DƏ ARTIR. BƏZİ EXPERTLƏR HESAB EDİRLƏR Kİ, 80 YAŞDAN YUXARI BÜTÜN ŞƏXSLƏR KƏMƏRLƏYİCİ DƏMROVLA XƏSTƏLƏNƏCƏKDİR.
  • BƏZİ XÜSUSİ XƏSTƏLİKLƏR. QİÇS VƏ XƏSRÇƏNG XƏSTƏLİKLƏRİ İMMUN SİSTEMİ ZƏYİFLƏDƏN XƏSTƏLİKLƏRİ OLANLARIN KƏMƏRLƏYİCİ DƏMROVA TUTULMA RİSKİ ARTIR.
  • XƏRÇƏNG MÜALİCƏSİ ALANLAR.ŞÜALANMA VƏ KİMYƏVİ TERAPİYA İMMUN SİSTEMİ ZƏİFLƏDİR VƏ KƏMIRLƏYİCİ DƏMROVUN YARANMASINI ARTIRIR.
  • BƏZİ DƏRMAN MADDƏLƏRİNİN İSTİFADƏSİ.TRANSPLANTASİYA OLUNMUŞ ORQANIN AYRILMAMASI ÜÇÜN İSTİFADƏ OLUNAN DƏRMANLAR RİSKİ ARTIRAN FAKTORLARDANDIR.

PROFİLAKTİKA

KƏMƏRLƏYİCİ DƏMROVUN QARŞISINI ALMAQ ÜÇÜN 2 VAKSİNDƏN İSTİFADƏ OLUNUR – SUÇİÇƏYİ (VARİCELLA) VAKSİNİ VƏ KƏMƏRLƏYİCİ DƏMROVA (VARİCELLA ZOSTER) VAKSİNİ.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin

Səbinə
2022-12-27 04:24:52

Kəmərvari dəmrovun əsas dərmanı nədir ? Neçə müddətə sağalıd


Səbinə
2022-12-27 04:28:53

Kəmərvari dəmrov əsas dərmanı nədi sağalm müddəti nə qədər çəkir


Əhliman
2023-01-22 03:15:03

Mq


Zerife
2023-01-30 13:20:39

Kemerleyci demeovun mualicesi nedir peyvendleri hardan tapmaq olar


Firuzə
2023-02-08 17:44:22

Kəmərvarı dəmirovun əsas müalicəsi nədir










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?