Kəskin appendisit | infeksion xəstəliklər

Kəskin appendisit

Kəskin appendisit

Kəskin appendisit soxulcanabənzər çıxıntının iltihabıdır,  adətən, soxulcanabənzər çıxıntının boşluğundakı obstruksiyaya görə baş verir (fekalit, normal nəcis, infeksion törədicilər və ya limfoid hiperplaziya ilə). Adətən, kəskin abdominal ağrı kimi təzahür edir və qarın nahiyəsinin ortasından başlayır və daha sonra aşağı, sağ kvadrantda lokallaşır.Hərarət, anoreksiya, ürəkbulanma, qusma və neytrofil sayının artması ilə əlaqədar olur.

Diaqnoz, adətən, kliniki olaraq qoyulur. Müayinə tələb olunarsa, KT müayinəsi və ya ultrasəs müayinəsi kor bağırsağın çöl diametrinin 6 mm-dən çox genişləndiyini göstərəcəkdir.

Etiologiya

 

Soxulcanabənzər çıxıntının (appendiks) boşluğundakı obstruksiya kəskin appendisitin əsas səbəbidir. Fekalit (bərk nəcis kütləsi), normal nəcis və ya limfoid hiperplaziya obstruksiyanın əsas səbəbləridir. Təkcə fekalit 40% hallarda sadə appendisit, 65%-də perforasiyasız qanqrenalı appendisit, 90% hallarda perforasiyalı appendisit törədir. 

Bəzi xəstəlik hadisələrində neyroimmun etiologiyaya işarə edən elmi dəlillər vardır, lakin bu, hələ də tədqiq edilir.

Kliniki əlamətlər

Adətən, həyati əlamətlərdə əhəmiyyətli dəyişiklik olmur. Bədən temperaturu azca artmış ola bilər (orta hesabla (1°C; 1.8°F). Yüksək hərarətlə müraciət edən xəstələrdə digər diaqnoz nəzərə alınmalıdır. Bəzən taxikardiya və pis qoxu da mövcud ola bilər. 

Klassik əlamət sağ, aşağı kvadrantda abdominal həssaslığın (Mak-Burney əlaməti) və, appendiks öndə yerləşirsə, lokallaşmış Şetkin Blümberq simptomunun olmasıdır. Sol, aşağı kvadrantı sıxandan sonra sağ aşağı kvadrantda ağrı olursa  (Rovsinq əlaməti) ola bilər.

Qalça-bel əzələsinin (bel əlaməti) dartındığına və ya dartınmış sağ budun daxili fırlanmasına görə (obturator əlamət), xəstə sol tərəfdə uzanan zaman ağrı başlayır və tədricən sağ tərəfə doğru keçir.

Xüsusilə sağ tərəflə sol tərəfli müqayisə etdikdə, bağırsaq səsləri azalmış ola bilər.

Soxulcanabənzər çıxıntı (appendiks) atipik mövqedədirsə, klassik abdominal əlamətlər olmaya bilər.

Perforasiyalı xəstələr müraciət edərkən, onların kəskin xəstə olması və gərgin, genişlənmiş qarın nahiyəsinin, ümumi qoruyucu fiksasiyasının mövcudluğu və bağırsaq səslərinin olmaması müşahidə edilə bilər.

Soxulcanabənzər çıxıntının perforasiyasının piylikdə qalaraq periappendikulyar abseslə nəticələndiyinə görə, palpasiya olunan kütlə hiss edilə bilər.

Diaqnostika

Qarın nahiyəsində diskomfortu olan bütün xəstələr qanın ümumi kliniki analizini verməlidir. Adətən, mülayim leykositoz (10-18 x 10^9/L və ya 10,000 – 18,000/mikrolitr), neytrofillərin yüksəlməsi mövcud olur.

Kliniki əlamətlər kəskin appendisitə işarə edirsə, cərrahi müdaxilənin gecikdirilməməsi üçün əlavə müayinələr aparılmalıdır. ABŞ-da appendisitə işarə edən abdominal ağrı ilə təcili yardım şöbəsinə müraciət edən əksər hamilə olmayan xəstələrin qarın boşluğu və çanağının KT müayinəsi keçirilir. Bu praktika digər ölkələrdə dəyişə və KT müayinəsinin olub-olmamasından asılı ola bilər.

Palpasiya olunan abdominal kütləsi olan xəstələrin ultrasəs müayinəsi və ya KT müayinəsi olmalıdır. 

İkimənalı kliniki nəticələri olan xəstələrdə, qarın boşluğunun ultrasəs və ya KT ilə aşkarlayıcı müayinəsi keçirilməlidir.  Əməliyyat öncəsi aşkarlayıcı müayinə, xüsusilə, qadın və uşaqlar üçün faydalı ola bilər. KT müayinəsinin appendisitin diaqnostikasında ultrasəs müayinəsinə nisbətən daha həssas və spesifik olmasına baxmayaraq,  ultrasəs müayinəsinin keçirilməsi daha asandır, daha sürətlidir və yataqda icra edilə bilər. Uşaqlarda, KT ilə müqayisədə radiasiyaya məruzqalmanı azaltmaq üçün, ultrasəs müayinəsinə üstünlük verilə bilər. Əgər ultrasəs müayinəsində normal və tam uzunluğa malik soxulcanabənzər çıxıntı (appendiks) aşkarlanırsa, o zaman kəskin appendisit istisna edilə bilər. Lakin bu, nadir hallarda baş verir və ultrasəs müayinəsinin ən böyük rahatlığı odur ki, o, abdominal ağrının digər səbəblərini aşkar edir. 

Appendikulyar KT müayinəsi kəskin appendisit üçün ilkin diaqnostik sınaq kimi getdikcə daha tez-tez istifadə edilir və ABŞ-da rutin olaraq kəskin appendisit əlamətləri ilə təcili yardım şöbəsinə müraciət edən xəstələrin KT müayinəsinin icrasına dair göstəriş verilir.  Belə bir fərziyyə var ki, KT müayinəsi atipik təzahürləri olan xəstələr üçün selektiv olaraq istifadə edilməlidir, çünki cərrahiyyənin gecikməsi appendikulyar perforasiya ehtimalını artırır.  Müayinə protokolları regionlar arasında dəyişə bilər və xəstələr yerli xəstəxana təlimatlarından istifadə etməlidirlər. Peroral kontrast verilən və ya verilməyən, venadaxili kontrastla gücləndirilmiş KT müayinəsinin həssaslığı 100%, qeyri-venadaxili kontrastla gücləndirilmiş KT müayinəsinin həssaslığı isə 92%-dir.

Hamilə qadınlarda appendisit əlamətləri varsa, soxulcanabənzər çıxıntının (appendiks) müəyyən edilməsi üçün qarın boşluğunun sonoqramması icra edilməlidir. Sonoqram müayinəsinin nəticəsi əsassızdırsa, qarın boşluğu MRT-si (xüsusilə hamiləliyin erkən dövründə) və ya KT müayinəsi icra edilməlidir.

  Müalicə

Kəskin appendisit diaqnozu qoyulduqdan sonra xəstələrə peroral qida qəbulu qadağan olunmalıdır.Ringer laktat məhlulu daxil olmaqla, venadaxili mayelər verilməlidir. Əməliyyatdan sonra profilaktik venadaxili antibiotiklərdən istifadə ziddiyyətlidir; lakin ağırlaşmamış appendisit zamanı yara infeksiyası riskini azaltmaq üçün sefoksitindən istifadə tövsiyə edilir. Appendektomiya gecikmədən icra edilməlidir.

Kəskin appendisitin ağırlaşmaları 4-6% xəstələrdə baş verir və buraya qanqrena və daha sonra perforasiya və ya intra-abdominal abses daxildir. 

İlkin idarəetməyə xəstəyə peroral qəbulun qadağan edilməsi və venadaxili mayelərə başlanması daxildir. Şokda olan xəstələrin nəbz və qan təzyiqinin sabit saxlanılması məqsədi ilə, Ringer laktat məhlulu kimi venadaxili mayelər infuziya edilməlidir.

Venadaxili antibiotiklərə (məs., sefoksitin, tikarsillin/klavulanat və ya piperasillin/tazobaktam) dərhal başlanılmalı və xəstə hərarətsiz olana və leykositoz aradan qaldırılana qədər davam edilməlidir. Daha ağır infeksiyalarda, karbapenem antibiotikdən tək preparat və ya üçüncü-nəsil sefalosporin, monobaktam və ya aminoqlikozid üstəgəl klindamisin və ya metronidazolla anaerob əhatə kimi kombinasiya şəklində istifadə edilə bilər. 

Kəskin peritonitli xəstələrdə, appendektomiya gecikmədən icra edilməlidir.

Sağ, aşağı kvadrantda abseslə müraciət edən xəstələr venadaxili antibiotiklərlə və müdaxilə radiologiyası (KT ilə istiqamətləndirilən drenaj) və ya cərrahi drenaj vasitəsilə müalicə edilməlidir. Kliniki yaxşılaşma varsa və simptomlar və əlamətlər keçmişdirsə, aralıq appendektomiyasına ehtiyac yoxdur.  Simptomlar tam keçməmişdirsə, aralıq appendektomiyası 6 həftədən sonra icra edilir. Soxulcanabənzər çıxıntı absesinin ənənəvi müalicəsi ilə müqayisədə, laparoskopik appendektomiyanın mümkün birinci-xətt variantı olmasına dair elmi dəlillər vardır; lakin o, tövsiyə edilmir. 

Cərrahi variantlar

Appendektomiya üçün 2 əməliyyat variantı vardır: açıq və laparoskopik.

Böyüklərdə appendektomiya seçimi, adətən, cərrahın təcrübəsindən asılıdır. Tədqiqatlar göstərib ki, açıq appendektomiya ilə müqayisədə, laparoskopik appendektomiya daha yaxşı kosmetik nəticələr verir, xəstəxana günlərinin sayını azaldır və əməliyyatdan sonrakı ağrını və yara infeksiyası riskini azaldır. Eyni zamanda laparoskopik appendektomiya fəsadlaşmış appendisit,  həmçinin, ağırlaşmış və perforativ appendisit zamanı da tövsiyə edilir. O, həmçinin, artıq çəkili xəstələrdə ən təhlükəsiz yanaşma üsuludur. Açıq appendektomiya isə hamilə qadınlarda ən təhlükəsiz üsul sayılır.

Laparoskopik appendektomiya zamanı endo-GIA tikici qurğusu endo-ilgəklərə nisbətən güdülü daha yaxşı bağlayır. 

Uşaqlarda laparoskopik appendektomiya, yara infeksiyası və xəstəxanada keçirilən günlərin ümumi sayı daxil olmaqla, ümumi əməliyyatdan sonrakı  fəsadlaşmaların insidentliyini azaldır, lakin açıq appendektomiya ilə müqayisədə əməliyyatdan sonrakı ağrını azaltmır.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Quduzluq

Quduzluq

Qrip, flu

Qrip

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?