Kəskin piyelonefrit | infeksion xəstəliklər

Kəskin piyelonefrit

Kəskin piyelonefrit

Piyelonefrit yunanca “pyelo” (çanaq), “nephros” (böyrək), və “-itis” (iltihab) sözlərindən götürülüb və böyrək parenximasının, kasacıqlarının və ləyəninin kəskin, residivləşən və ya xroniki formalarda keçə bilən ağır infeksion iltihablı xəstəliyini bildirir. Kəskin forma aşağı sidik yollarından qalxan və ya hematogen yolla böyrəklərə yayılan bağırsaq bakteriyaları (məs.,Escherichia coli ) tərəfindən törədilə bilər. Bir çox hallarda, ağırlaşmamış formalarına  rast gəlinir və böyrəklərdə qalıq əlamətlər qoymadan müalicə olunur. Ağırlaşmış infeksiyalara digər vacib yanaşı patologiyalar (şəkərli diabet, İİV), sidik-cinsiyyət sisteminin anatomik anomaliyaları, obstruksiyalar (məsələn, prostat vəzisinin xoşxassəli hipertrofiyası, böyrək daşları) və/və ya bir neçə preparata qarşı davamlı olan patogenlər səbəb ola bilər. Sidik traktı infeksiyası və ya STİ sidik traktının sidik kanalından başlayaraq, sidik kisəsi, sidik axarları və böyrəklərə qədər olan istənilən hissəsinin infeksiyasını bildirən qeyri-spesifik termindir. Piyelonefrit spesifik olaraq, infeksiyanın böyrəklərdə baş verdiyini bildirir. 

Etiologiya

Kəskin piyelonefritin əsas törədiciləri qrammənfi bakteriyalardır. İnfeksiyanın ağırlaşmamış formalarının təxminən 60-80%-i Escherichia coli tərəfindən törədilir.  Müalicəyə davamlı infeksiyaların çox hissəsi uropatogen E colibakteriyası tərəfindən törədildiyi üçün, son zamanlar bu törədiciyə xüsusi diqqət yetirilir. Digər qrammənfi patogen törədicilərə Proteus mirabilis (infeksiya hallarının təxminən 15%-i), həmçinin Klebsiella(təqribən 20%), Enterobacter və Pseudomonas növləri aiddir.  Nisbətən az hallarda, Enterococcus faecalis ,Staphylococcus saprophyticus və S aureus kimi qrammüsbət bakteriyalar rast gələ bilər.

Piyelonefritin ağırlaşmış kəskin forması, əsasən, yaşlılarda, şəkərli diabeti olan və immun sistemi zəifləmiş şəxslərdə müşahidə olunur. Bu hallarda törədicilər fərqlənir, bir neçə antibiotik preparatına qarşı davamlılıq nümayiş etdirən və geniş spektrdə dəyişən patogenlərləri əhatə edir ki, onlar da xətəliyin ağırlaşmış forması ilə assosiasiya olunur. Stasionar şəraitdə yaşlı xəstələrdə kateterizasiya tez-tez tətbiq edildiyi üçün (infeksiya qapıları) P. mirabilis , Klebsiella , Serratia və Pseudomonas kimi qrammənfi törədicilər daha çox yayılır və E colibakteriyaları yalnız 60% hallarda etioloji amili təşkil edir. Şəkərli diabet hallarında infeksiyanın əsas səbəbi Klebsiella , Enterobacter , Clostridium və ya Candida törədiciləridir. İmmun sistemi zəifləmiş insanlar (məsələn, İİV, bədxassəli şiş, transplantasiya) qeyri-enteral, aerob, qrammənfi çöplərə və Candida tərəfindən törədilən gizli infeksiyaya xüsusilə meyllidirlər.

Əlamətlər

Qadınlarda hərarət və üşütmə, böyrək nahiyəsində ağrı və sidiyəgetmə zamanı qıcıqlanma əlamətləri (tez-tez sidiyəgetmə, təcili sidiyəgetmə istəyi və dizuriya) olarsa, kliniki və laborator müayinələr aparılmalıdır. Digər mühüm simptomlara ürəkbulanma və qusma aiddir. Böyrək nahiyəsində ağrı, hərarət, ürəkbulanma/qusma triadası sistitə nisbətən, piyelonefrit xəstələrində xeyli çox rast gəlir. 

Fiziki müayinə

Diaqnozu dəstəkləyən mühüm əlamətlərdən biri hərarətin 38.0ºC (100.4ºF)-dən çox olmasıdır. Bir tədqiqatda hərarətin 37.8ºC (100ºF) və ya daha çox olması ilə kəskin piyelonefrit arasında güclü korrelyasiya qeydə alınmışdır.  Taxikardiya müşahidə oluna bilər. Pasternatski əlaməti təzahür edə bilər.

Laborator müayinələr

Piyelonefritə şübhə olduqda aparılan ilkin laborator müayinələrə sidiyin analizi və əkilməsi aiddir.  Sidiyin analizi zamanı, sidikdə irin, bakteriuriya və müxtəlif dərəcəli hematuriya aşkarlanır. Piuriya demək olar ki, bütün hallarda aşkarlanır; əks halda, digər diaqnozlara şübhə yaranmalıdır. Leykosit qəlibləri piuriyanın böyrək mənşəli olmasını göstərir. Sİdik çöküntüsünün qram üsulu ilə boyanması qrammənfi və qramüsbət törədiciləri fərqləndirməyə imkan verir, bu isə müalicə üçün preparatların seçiminə təsir edir. Kəskin piyelonefrit zamanı bu müayinələrin spesifikliyi 28%-dən aşağıdır və yanlış diaqnostikaya (infeksiyanın spesifik nahiyəsi ilə əlaqədar) 55% təşkil edir. 

Sidiyin əkilməsində (sidiyin orta porsiyasından götürülən və ya kateter vasitəsilə alınan nümunələrin) etioloji patogenlərin intensiv şəkildə bitməsi aşkar olunur (klassik olaraq, xaric olunan sidiyin hər millilitrində, ≥100,000 koloniya formalaşdıran vahid [KFV])

Xəstəliyin daha ağır formalarında hemokultura göstərişdir. Qadınlarda kəskin ağırlaşmamış piyelonefrit zamanı patogen törədici təqribən 10-20% hallarda aşkar olunur.

İlkin müayinənin tərkibində göstəriş olan digər laborator müayinələrə qanın ümumi kliniki analizi, EÇS və C-reaktiv zülalın (CRP) təyini aiddir. 

Aşkarlayıcı müayinə

Bəzən uşaqlarda diaqnozun qoyulması üçün 99m-texnesium dimerkaptosuksin (99m-Tc-DMSA) turşusu ilə ssintiqrafiya üsulundan istifadə olunur. 

Diaqnostika üçün, adətən, əlavə aşkarlayıcı müayinə üsullarına ehtiyac olmur, lakin müalicədən 72 saat sonra və ya gözlənilən cavab əldə edilməzsə, məqsədəuyğun ola bilər. İnfeksiyanın ağırlaşması zamanı böyrəklərin ultrasəs müayinəsi böyrək daşı və ya digər mənşəli obstruksiya nəticəsində əmələ gələn hidronefrozu aşkar etməyə, həmçinin, böyrəkdaxili, yaxud böyrəkətrafında maye yığılmasını və kistaları görməyə imkan yaradır. 

Qarın boşluğunun kontrast maddə ilə spiralvari kompüter tomoqrafiyası (KMKT) və/və ya MRT müayinəsi müalicənin aparılmasına yardım məqsədilə, struktur anomaliyalarını təyin etməkdə yardımçı vasitə ola bilər. KT zamanı, xəstə nəzərəçarpacaq qədər şüalanmaya məruz qalır,  lakin bu üsul MRT üsuluna nisbətən daha asan və ucuzdur.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Askaridoz

Askaridoz

Övrə

Övrə

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?