Transplantasiya prosedurasındakı dəyişikliklər bu xəstələrə effektiv baxım strategiyalarının olması allogen hematopoetik kök hüceyrə transplantasiyasından sonrakı infeksion ağırlaşma hallarının azalmasına səbəb olmuşdur. Buna görə də yüksək ölüm göstəricisinə səbəb olan orqanizmlərin növlərində və risk müddətində dəyişikliklər baş vermişdir. Bu infeksiyalar müxtəlif növ mikroorqanizmlər, bakteriyalar, viruslar və göbələklər tərəfindən törədilə bilər. Amma infeksiya riski ehtimal oluna bilir və uyğun profilaktika strategiyalarından istifadə etməklə bu çətinliyin öhdəsindən gəlmək olar. Son araşdırmalar göstərmişdir ki, bakterial infeksiyalar üçün risk müddəti GVHD (Graft Versus Hast Discase) xəstələrində daha uzun olur. İnfeksiyaların qarşısını almaq üçün həm profilaktika, həmdə vaksinasiya strategiyalarından istifadə etmək olar. Bu xüsusəndə respirator traktda baş verən infeksiyalar üçün keçərlidir. Çoxsaylı viruslar kök hüceyrə transplantasiyasından sonra infeksiyaya səbəb ola bilirlər. Bunlara herpesviruslar (CMV və varicella zoster), və başqa respirator viruslar (məsələn: influenza və adenovirus) aiddir. Bu infeksiyalar ağır xəsrəliklərə səbəb ola bilərlər və diaqnostik çətinliklər törədirlər. Lakin, yüksəldilmiş monitorinq və digər profilaktik tədbirlər bu xəstəliklərin qarşısının alınmasında effektiv ola bilər. Bundan əlavə, göbələklər də HKT-dən sonra xəstələnməyə səbəb ola bilər, xüsusən də filamental göbələklər (məsələn: Aspergillus növləri və mikozlar) və Pneumocystic jiroveci. Profilaktik tədbirlər invaziv infeksiyanın qarşısının alınmasında uğurla istifadə olunur.
Bakterial infeksiyalar.
Geniş əhali kütləsi üzərində aparılmış araşdırmalar göstərmişdir ki, bakterial infeksiyaların spektrində dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərə qan dövranı infeksiyalarının əsas törədiciləri olan gram neqativ orqanizmlərin gram pozitivlərlə əvəz olunması misal göstərilə bilər. Belə düşünülür ki, bunun əsas səbəbi qoruyucu rejimlərin tətbiqi və intravasikulyar kateterlərin uzun müddətli saxlanılmasıdır. Araşdırmalar transplantasiya metodlarındakı dəyişiklərin bakteremiyanın epidemialogiyasına necə təsir etdiyini müəyyən edə bilməmişdir.
Streptococcus pneumoniae
Transplantasiyadan sonrakı dövrdə böyük risk amillərindən biri “pnevmoniya patogenlərinin” respirator qəbuludur. Zəifləmiş anticisim və hüceyrə immuniteti dövründə,S pneumonial kimi kapsulalı bakteriyalar pnevmoniyaların və ya meningitlərin sürətli inkişafına səbəb ola bilər, və bu da öz növbəsində, ölümə səbəb ola bilir. Trimetoprim-sulfametoksazoldan istifadə etməklə profilaktika və Pneumococcus vaksinasiyası xəstəliyin qarşısının alınmasında qismən effektiv olur. M. D. Anderson Xərçəng Mərkəzi 1989-cu ildən 2005-ci ilə qədər S pneumoniya tərəfindən törədilən infeksiya hallarını araşdırmışdır. Bu müddət ərzində infeksiyanın intensivliyi hər 1000 HKT xəstəsindən 7-də görülmüşdür. Adətən infeksiya gec üzə çıxır, (təxminən 443 gün sonra) və gizli limfoma ilə eyni zamanda olur və kortikosteroidlərin istifadəsi riskin artmasında rol oynayır. Başqa bir araşdırmada S pneumonial infeksiyasının HHP xəstələrində hər 100000 nəfərdən 347-sində, ümumi populyasiyada isə hər 100000 nəfərdən 11,5-də üzə çıxdığı hesablanmışdır. Bu araşdırma hazırki mühafizə strategiyalarının limitli olduğunu deməyə əsas verir. Bunun səbəbi bir çox serotiplərə qarşı effektiv olan mövcud vaksinlərin əhalinin çoxunda tətbiq olunmasıdır. Trimetoprim-sulfametoksazolun bəzi infeksiyaların qarşısını ala bilməsinə baxmayaraq, bu mərkəz damarlara davamlılıq hallarının yüksək olmasını göstərir.
Antibiotikə davamlı bakteriyalar
Gram neqativ və gram pozitiv multirezistent bakteriyaların ölüm hallarında artan iştirakı haqda kifayət qədər məlumat var. Vankomisinə davamlı enterokokklar (VRE) metisillinə davamlı Staphylococcus aureus (MRSA), pseudomonas aureginosa, MR enterobacteria kimi orqanizmlər fərqli transplantasiya mərkəzlərində müxtəlif dərəcədə problem mənbəyidirlər. Bu orqanizmlər HKT-dan sonrakı ilk günlərdə mədə-bağırsaq traktı vasitəsi ilə və sonrakı günlərdə çoxsaylı müxtəlif yollarla uzunmüddətli antibiotik istifadəsindən dolayı endogen florası dəyişmiş şəxslər tərəfindən qəbul edilə bilər.
Effektiv emprik antibiotik terapiyasının başlanmasına göstərdiyi təsirlərə görə multirezidtent orqanizmlərin törətdiyi riski başa düşməsi vacibdir. Brazilyada böyük bir mərkəz bu patogenlərin nisbətini araşdırmışdır. 2004-cü ilin Mart və Noyabr ayları arasında 13 mərkəzdə aparılmış araşdırma nəticəsində 411 pasiyentin 91-də (27%) bakteremiya müəyyən olunmuşdur. Bu infeksiyaların 37%-i multirezistent patogenlər tərəfindən törədilmişdir
Mikobakterial infeksiyalar.
Micobacterium tuberculosis və atipik (sürətli və ləng hərəkət edən) mikrobakterialar xüsusən zəif P-hüceyrə immuniteti olanlarda, HKT-dan sonra xəstələnmənin əsas səbəbləridir. HKT-dan sonra tuberkulyozun (TB) reaktivasiya halları az olmuşdur, amma, bu intensivliy endemikliyə və pre-HKT seropozitivliyə görə dəyişə bilir. Buna baxmayaraq, hazırda bir çox mərkəzlər öncəki müəyyən olunmamış gizli TB-in ağır nəticəsini müşahidə etmişlər. Bəd xassəli qan xəstəlikləri olanlarda gizli infeksiyaların müəyyən olunması üçün istifadə olunan dəri testinin zəif həssaslığa malik olmasına görə, bir çox araşdırmaçılar yüksək risk qrupuna aid olanlarda daha inkişaf etmiş pre-HKT skrinning texnikalarından və daha həssas testlərdən ( məsələn: İFN) istifadə edilməsini təklif edirlər. Gizli infeksiyanın müəyyən olunması effektiv müalicənin tətbiqinə imkan yaradır.
Virus infeksiyaları
HKT-dan sonra infeksiyaya səbəb olan viruslar təbiətcə latent və ya epizodik olaraq sinifləndirilə bilər. Mühafizə strategiyasına təsir göstərdiyinə görə virusların patogenlərindən fərqləri ayırd etmək vacibdir. Seropozitiv resipientlərdə qoruyucu müalicənin və profilaktik tədbirlərin tətbiqi latent herpesviruslar və varisella zoster tərəfindən törədilən xəstəliklərin qarşısının alınmasında rol oynayır.
HSV və VSV
HSV-1 və HSV-2-nin reaktivasiyası HKT-dan sonrakı erkən və gec dönəmlərdə baş verə bilər. Amma allogen HKT-dan sonra asiklovir istifadəsi infeksiya riskini mühüm dərəcədə azaldır. Asiklovirin uzunmüddətli və ya təkrar-təkrar istifadəsi zamanı kəskin T-hüceyrə çatışmazlığı xəstələrində asiklovirə davamlılıq hallarına rast gəlinir, lakin, bu geniş yayılmış hal deyildir.
VZV HKT-dən sonrakı gec dönəmdə yüksək ölüm göstəricisinə malikdir və bu risk həm dermatomal reaktivasiya, həm də, yayılmış xəstəlik hallarında yüksəkdir. Kəskin potensial ölümcül xəstəliklər (məs: hepatit və meninqoensifalit) HKT-dən uzun müddət sonra hətta dəri yaraları olmadan da üzə çıxa bilir. Son araşdırmalar göstərir ki, HKT-resipientləri VZV reaktivasiyası üçün riskə malikdirlər və bu xüsusilə HKT-dən 3 ay və daha gec baş verən GVHD səbəbidir. Ən son məlumatlara əsasən uzunmüddətli asikloviz terapiyası VZV səbəbi ilə ölüm hallarını effektiv şəkildə azaldır.
SMV
SMV infeksiyası populyasiya arasında geniş yayılmışdır və donorun və ya resipientin seropozitiv olması normaldır. Virusun reaktivasiyası orqan xəstəliklərinə və uyğun tədbirlər görülmədikdə ölümə səbəb olur. Mühafizə strategiyaları göstərmişdir ki, qansiklovirlə profilaktika və virusun aşkar olunmasına (antigen PZR istifadəsi ilə) əsaslanan qoruyucu terapiya xəstəlik riskini effektiv dərəcədə azaldır.
Adenoviruslar
Yayılmış adenovirusların törətdiyi kəskin xəstəliklər zəif T-hüceyrə immuniteti və GVHD ilə əlaqəlidir. Xəstəlik qızdırma, ishal, hepatitlər və səpgilərin olmasına görə GVHD-ni xatırlada bilər.