Ləmblioz | infeksion xəstəliklər

Ləmblioz

Ləmblioz

LƏMBLİOZ

Ləmblioz qarın nahiyəsində ağrılar, köpmə, ürəkbulanma və müddətli sulu ishal əlamətləri ilə özünü göstərən bağırsaq infeksiyasıdır.Xəstəlik  antisanitar ərazilərdə və çirkli sularda aşkar olunan mikroskopik parazitlər tərəfindən törədilir.

Ləmblioz  içməli su ilə yayılan xəstəliklər arasında birincidir.Parazitlər şəhər kənarı su axınlarında və göllərdə, eləcə də üzmə hovuzlarında, içməli su mənbələrində, quyularda aşkarlanır.İnfeksiya insandan insane birbaşa əlaqə yolu ilə və qida maddələri ilə keçir.

SİMPTOMLAR

Bəzi xəstələrdə xəstəlik özünü biruzə vermiyə bilər lakin onlar infeksiyanın daşıyıcısı olurlar. İnfeksiyanın simptomları isə aşağdakılardır:

  • - Sulu, bəzən pis qoxulu ishal
  • - Yorğunluq, halsızlıq
  • - Qarın nahiyəsində ağrılar və köpmə
  • - Ürəkbulanma
  • - Çəkinin itirilməsi 

 

SƏBƏBLƏR

Ləmblialar insanların və heyvanların nazik bağırsaqlarında yaşayır.Parazitlər nəcisə keçmədən öncə,sistalaşır.Sista paraziti xarici mühitin zərərli amillərindən qoruyur. Insan və ya hər hansı heyvanın bədəninə keçdikdə isə sistlər həll olur və parazitlər sərbəstləşirlər.İnfeksiya parazitin həzm sisteminə düşməsi ilə başlayır.Bu bir neçə halda mükün olur:

  • - Çirkli su içdikdə. Ləmbliozun yaranmasının və yayılmasının ən geniş yayılmış yoludur. - Ləmblialar göllərdə, gölməçələrdə, çaylarda və digır su mənbələrində aşkarlanır. Torpaq və səth suları heyvan nəcisi ilə,çirkab sularla çirklənə bilər.
  • - Qida məhsulları ilə.Bu o halda ola bilər ki, qida məhsullarının hazırlandığı yerlərdə çalışanlar şəxsi gigiyena qaydalarına əməl etməsinlər.Bunun nəticəsində ləmblialar qida vasitəsi ilə də yayılır.
  • - Insandan insana kontakt yolu ilə əgər əllər nəcislə təmasda olarsa.Buna görə  uşaq baxçalarında çalışan baxıcılar risk qruplarına aiddir.

 

RİSK FAKTORLARI

Ləmblioz geniş yayılmış bağırsaq infeksiyasıdır. Buna baxmayaraq bir qrup insanlar daha həssas olurlar:

  • - Uşaqlar gigiyena qaydalarında daha az əməl edikləri üçün xəstəliyə uşaqlarda daha çox rast gəlinir.Xüsusən körpə uşaqlar xəstəliyə daha çox tutulur. Körpə uşaqlarla bir yaşayanlar və ya onlarla işləyənlər də yoluxma ehtimalına malikdirlər.
  • - İçməli su mənbələri olmayan yerlərdə yaşayanlar.Antisanitar su mənbələrindən içmək üçün istifadə edilən yerlərdə ləmbliozun yayılma intensivliyi çoxdur.Həmin yerlərə səyahət edən insanlar da həmçinin risk qruplarına aiddirlər.

 

AĞIRLAŞMALAR

Ləmblioz demək olar ki heç vaxt ölüm səbəbi olmur.Lakin bəzi şəxslərdə, xüsusən də körpələrdə və uşaqlarda simptomların gec aradan qalxması və bəzi ciddi ağırlaşmalara gətirib çıxara bilər:

  • - Kəskin ishalın nəticəsi olaraq, dehidratasiya inkişaf edir və bədən öz funksiyalarını yerinə yetirə biləcək qədər su ilə təmin olunmur.
  • - İnkişafdan qalma.Ləmbliozun səbəb olduğu xroniki ishal uşaqların fiziki və əqli inkişafının dayanmasına və ya yavaşlamasına səbəb ola bilir. 

 

DİAQNOZ

Ləmbliozun diaqnozunu təsdiqləmək üçün nəcisdən nümunə götürülür və mikroskopik müayinə aparılır.Daha dəqiq olması üçün, xəstədən bir neçə dəfə nümunə alınır.

MÜALİCƏ

Əgər infeksiyanın yayılma ehtimalı yoxdursa yoluxmuş şəxslərin müalicəyə ehtiyacları olmur, adətən xəstəlik özlüyündən aradan qalxır.Ağırlaşmalarda isə bu antibiotiklərdən  istifadə edilir: metronidazol, tinidazol, nitazoksanid.

PROFİLAKTİKA

  • - Əllərin yuyulması
  • - İçməli suyun dezinfeksiyası
  • - Gigiyena qaydalarının gözlənilməsi

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?