Leyşmanioz | infeksion xəstəliklər

Leyşmanioz

Leyşmanioz

İnsanlar və məməlilərə yoluxan protozoan xəstəliklər qrupu 2 əsas kliniki sindroma səbəb olur: dəri xorası və retikuloendotelial sistemə təsir edən sistemli xəstəlik (dalaq, qaraciyər və sümük iliyi). Xəstəlik əsasən flebotom moskit milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə keçir.

Leyşmanioz insanlar və məməlilərə yoluxan, ya dəri yaralarına, ya da dalağın, qaraciyərin və sümük iliyinin zədələnməsinə səbəb olan protozoan xəstəliklər qrupudur.  Xəstəlik əsasən flebotom moskit milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə keçir. Bəzən infeksiya doğuşdan, qan dövranı və ya orqan trasnplantasiyası yolu ilə və ya laborator yoluxma ilə meydana gələ bilər.Leyşmanioz əsasən 2 kliniki-patoloji təqdimatda təsnif edilə bilər: dəri leyşmaniozu və visseral leyşmanioz. Dəri leyşmaniozu, həmçinin, fərqli təqdimatlardan ibarət alt-təsnifat qruplarına da ayrılır, məsələn, lokalizasiya olunmuş dəri leyşmaniozu, diffuz dəri leyşmaniozu və selikli qişaların leyşmaniozu. Post-kala-azar dəri leyşmaniozu visseral leyşmaniozun müalicəsindən aylar və ya illər sonra başlaya bilər. Bu vəziyyət makulyar, makulo-papulyoz və ya düyünlü səpgilərlə müşahidə olunur. Əsasən Sudanlı xəstələrdə rast gəlir, digərlərində isə daha az tapılır, və daha nadir hallarda L infantuma qarşı anticisimlər immun sistemi zəifləmiş xəstələrdə aşkar olunur. Müalicədən sonra leyşmaniya növlərinə qarşı immunitet, adətən, ömürlük olur.

Etiologiya

Leyşmanioz, Leyşmaniya növünün ibtidailəri olan intramakrofaqlar tərəfindən törədilən yerli və ya sistemli yoluxucu xəstəlikdir ki, insanlara flebotom moskit milçəklərinin dişləməsi yolu ilə ötürülür. Xəstəliyin ötürülməsi infeksiyanın rezervuarının insan və ya qeyri-insan məməlilərin olmasından asılı olaraq, antroponoz və ya zoonoz olur. Bir sıra moskit milçəkləri və məməli növləri müvafiq olaraq,leyşmanioz vektorları və virus daşıyıcıları kimi təsbit edilmişdir. Xəstəlik digər yollarla da keçir (məsələn, anadangəlmə, qan transfuziyası, orqan transplantasiyası, laborator yoluxma), lakin bunlara nisbətən az rast gəlinir. 

Bir neçə Leyşmaniya növü dəri leyşmaniozuna səbəb ola bilər. L donovani törədicisinin yaratdığı visseral leyşmaniozun Hindistanda və Nepalda daha çox yayıldığını, L infantum-un isə yaratdığı xəstəliyi Latın Amerikası, Avropa, Şimali Afrika və Asiyanın müəyyən hissələrində   müşahidə etmək olar.   Əksər selikli qişaların leyşmanioz xəstəliyinin yaranması səbəbi L braziliensis və post-kala-azardır, dəri leyşmaniozunun yaranması səbəbi isə L infantum deyil, L donovanidir .  Həmçinin, bəzi növlər (məsələn, L major ) digərləri ilə müqayisədə (məsələn, L braziliensis və L tropica ), daha xoşxassəli xəstəliyə səbəb olur. 

Müxtəlif etnik qruplara, yerlilərə, miqrantlara və ya ailə silsiləsinə həsr edilən müqayisəli tədqiqatlar göstərir ki, insanın genetik əlamətləri dəri leyşmaniozunun həssaslığına və rezistentliyinə nəzarət edir.  Beləliklə, tədqiqatlar lokallaşmış dəri və selikli qişa leyşmaniozunda HLA molekullarının rolunu və selikli qişa leyşmaniozunun inkişafında TNF-alfanın rolunu göstərir. Həmçinin, tədqiqatlar visseral leyşmanioza qarşı həssaslıq üçün genetik xüsusiyyətlərin rolunu göstərmişdir. 

Patofiziologiya

Yoluxmuş dişi moskit milçəkləri insanları dişlədikdə, qamçışəkilli leyşmaniyaları onların dərisinə inokulyasiya edir ki, bu da yerli və ya qəbul edilmiş virus hüceyrələri, əsasən də makrofaqlar tərəfindən udulur və ya faqositoz edilir. Eksperimental tədqiqatlar göstərir ki, moskit milçəyinin tüpürcəyi vazodilatatordur və eritemanı gücləndirir parazit yükünü, zədələnmə həcmini və parazitlərə qarşı davamlılığı artırır və ehtimal ki, immunitet reaksiyasını Th1 tipindən Th2-tipli hüceyrəvi reaksiyaya dəyişir.Təbii mühitdə bəzi məhdud məlumatlar göstərir ki, moskit milçəyinin tüpürcəyindəki dəyişikliklər L infantumun yaratdığı xəstəliyin kliniki mənzərəsini dəyişə bilər. 

Yerləşmiş makrofaqların faqolizosomlarında promastiqotlar qamçılı olmayan amastiqotlara çevrilir. Amastiqotlar replikasiyaya uğrayaraq, daha sonra ya yerli olaraq (məsələn, lokalizasiya olunmuş dəri leyşmaniozu), ya da yayılmadan sonra uzaq toxumalarda (məsələn, visseral və ya selikli qişa leyşmaniozu) əlavə makrofaqları yoluxdurur. Bəzi Leyşmaniya növlərinin yerli infeksiyaya səbəb olması, digərlərinin isə yayılması aydın deyildir.  Törədicinin dəridən limfatik və damar sistemləri vasitəsilə yayılması digər monosit və makrofaqların yoluxmasına yol açır. Nəticədə isə sümük iliyinin infiltrasiyası, hepatosplenomeqaliya və hətta limfadenopatiya inkişaf edir.

İnkişaf etmiş visseral leyşmaniozda, sümük iliyi və dalağın infiltrasiyası qan hüceyrələrinin yaranmasının azalması və istifadəsinin artması ilə nəticələnir (hipersplenizm). Beləliklə, anemiya, leykopeniya və / və ya trombopeniya baş verir. Retikuloendotelial sistemin cəlb olunmasına görə monositar hüceyrə xətti üst-üstə artan bakterial infeksiyaların (məsələn, pnevmoniya, diareya və ya vərəm) yüksək tezliyi ilə göstərilən digər infeksion agentlərə daha çox həssas olur.

Əksər insanlarda Leyşmaniya infeksiyaları simptomsuz qalır.  Asimptomatik hadisələrin simptomatik hadisələrə nisbəti yoluxmanın növü, törədicinin ştammı, yoluxmuş insanın və moskit milçəklərinin xüsusiyyətlərindən və digər qeyri-adi amillərdən asılıdır. Məsələn, bu nisbət ümumilikdə L infantum zamanı daha yüksəkdir, nəinki L donovani zamanı ki, bu da axırıncının daha yüksək virulentliyinin göstəricisidir. Digər faktorların (məsələn, pis qidalanma) infeksiya və xəstəliyə təsiri simptomsuz L infantuma qarşı anticisimlərAvropa ilə müqayisədə Latın Amerikasında fərqli olduğunu göstərən müşahidələrlə qeyd olunur. İİV-ə yoluxmuş və ya pis qidalanan xəstələr kimi hüceyrə immuniteti zəif olan insanlarda infeksiyadan sonra illər və ya onillik keçsə də, bu xəstəliyin inkişaf etməsi riski yüksəkdir.  Genetik amillər kimi digər virus daşıyıcı determinantlar adaptiv immun reaksiyasında mühüm rol oynayır. 

Məlum olan risk faktorlarına moskit milçəklərinin dişləməsinə məruzqalma, xəstəlik barədə məlumatın zəif olması, yoluxmuş insanlarla yaxınlıq və immunosupressiya daxildir. Xəstəlik anamnezinin toplanması və fiziki müayinə həm dəri, həm də visseral leyşmaniozun kliniki şübhələrinin dərəcəsini müəyyən etmək üçün vacibdir. Digər xəstəliklər bənzər kliniki mənzərə ilə təqdim edildiyi üçün laboratoriya təsdiqi məcburidir. 

Diaqnoz aşağıdakılar ilə təsdiq oluna bilər: 

  • - Mikroskopik müayinə
  • -  Toxuma aspiratlarının (dəri və visseral leyşmanioz) kulturası və molekulyar təhlili (əsasən PZR)
  • - Yaxmaların, cızıqların və ya dəri kəsiklərinin biopsiyası (dəri leyşmaniozu)
  •  Seroloji müayinə (visseral leyşmanioz)
  •  - Leyşmanioz (Monteneqro) dəri testi (dəri leyşmaniozu).

 

Anamnez

Həm visseral, həm də dəri leyşmaniozunda xəstə bu məlumatları təqdim edə bilər:

  • - Anamnezdə endemik ərazidə yaşamaq
  • - Immunodepressiya
  • - Anamnezdə leyşmanioza qarşı müalicə

 

Visseral leyşmaniozun simptomlarına daxildir:

  • - Uzunmüddətli hərarət
  • - Yorğunluq
  • - Çəkinin itirilməsi
  • - Başağrı
  • - Öskürək
  • - Burun qanaxması.

 

Kliniki müayinə

Dəri leyşmaniozunun simptomlarına daxildir:

  • - Dişlənən yerdə (lokalizasiya olunan dəri leyşmaniozu) xoralı dəri yaraları.
  • - Xoralı olmayan birdən çox dəri düyünləri (diffuz dəri leyşmaniozu)
  • - Selikli qışaların destruktiv iltihabı (selikli qişa leyşmaniozu).

 

Visseral leyşmaniozda aşağıdakılar müəyyən edilə bilər:

  • - Çəkinin itirilməsi
  • - Limfadenopatiya (Sudanda daha çox yayılıb, digər yerlər üçün xarakterik deyil)
  • - Splenomeqaliya
  • - Hepatomeqaliya
  • - Hiperpiqmentasiya (yalnız Hindistan subkontinentində).

Əksər hallarda immun sistemi zəifləmiş xəstələrdə visseral leyşmaniozun kliniki təqdimatı sağlam immunitetli xəstələrin vəziyyətinə bənzərdir. Lakin immun sistemi zəifləmiş xəstələrin az qismi atipik xüsusiyyətlərə (məsələn, həzm və ya tənəffüs yollarının obstruksiyası əlamətləri, dalağın genişlənməsi) malik olur.

Standart laborator testlər

QÜM (qanın ümumi kliniki analizi) və QFT-lər (qaraciyərin funksional testləri) qeyri-diaqnostikdir, lakin onlar qan komponentləri və qaraciyər funksiyasına dair tipik təsirlərin monitorinqində vacib sayılırlar. Anemiya, leykopeniya və trombositopeniyanı müəyyən etmək və izləmək üçün və sürmə birləşmələrindən istifadə edildikdə, visseral leyşmaniozda QÜM tövsiyə olunur. Qaraciyərin funksional testləri və sidik cövhəri / kreatinin səviyyələri mütəmadi olaraq yoxlanılmalıdır, belə ki, paromomisin və miltefosin qaraciyərin ferment çatışmazlığına və ya böyrək disfunksiyasına səbəb ola bilər. Müxtəlif dərmanlar dölə zərərli olduğu üçün müalicə üsulunu seçməzdən əvvəl hCG hamiləlik testinin tətbiqi vacibdir.

İlkin profilaktika endemik ərazilərdə insanların yuxu vərdişlərindən asılıdır; moskit milçəyinin çox olması, yayılma və müxtəliflik; və xəstəliyin ötürülmə növü (antroponoz yaxud zoonoz).  İnfeksiya və xəstəliyin qarşısının alınması insan və ya qeyri-insan mənbələrinin idarəedilməsinə əsaslanır. Bura xəstələrin antroponoz ötürülmə dövrlərinin erkən təyini və onların müalicəsi, gəmirici yuvalarının məhv edilməsi və ya zoonoz ötürülmə dövrü üçün itlərin xaltalanması, vektorun idarəolunması (məsələn, insektisid ilə evlərin dərmanlanması) və ya fərdi mühafizə üsulları (məsələn, insektisit vurulmuş miçətkənlər, pərdələr və ya örtüklərdən istifadə) daxildir. Bir profilaktik və idarəetmə yanaşmasının ardıcıl olaraq xəstəliyin azalması ilə nəticələnə biləcəyini göstərən məhdud sayda elmi dəlil var.  Buna görə davamlı insektisid vurulmuş miçətkənlərin geniş miqyasda paylanması düşünülmür ki, Hindistanda və Nepalda mövcud visseral leyşmanioza nəzarət tədbirləri ilə müqayisədə, əlavə qorunmanı təmin edə biləcək.  Zoonoz visseral leyşmaniozun idarəolunması üçün itlərin toplanması effektiv və etik deyildir. İnsanlar üçün effektiv leyşmanioz əleyhinə peyvənd mövcud deyil.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Kəskin ishal

Kəskin ishal

Polimielite

Polimielit

Sitomeqalovirus

Sitomeqalovirus

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?