MƏXMƏRƏK (RUBELLA) | infeksion xəstəliklər

MƏXMƏRƏK (RUBELLA)

MƏXMƏRƏK (RUBELLA)

Məxmərək Alman qızılcası  kimi tanınan və bədəndə səpkilərə səbəb olan virus mənşəli infeksiyadır.Səpkidən başqa,məxmərəkli şəxslərdə qızdırma və böyümüş limfa düyünləri də müşahidə olunur.
Tipik məxmərək bir həftə içində hətta müalicəsiz keçib gedə bilən yüngül infeksiyadır.Buna baxmayaraq,hamilələrdə ciddi ağırlaşmalar verə də bilər.Məxmərək döldə anadangəlmə rubella sindromu yarada bilir.Anadangəlmə rubella sindromu uşağın inkişafını pozaraq döldə ciddi defektlər,ürək anormaliyaları,karlıq,beyin zədələnmələri yaradır.Siz hamiləsinizsə və məxmərəkdən şüphələnirsinizsə düzgün müalicə olunmağınız vacibdir.

SİMPTOMLAR

Məxmərək sindromları yüngül olduğu üçün bu simptomların varlığını hissetmək çətindir.Simptomlar əsasən virusla kontaktdan  2-3 həftə ərzində inkişaf edir və 3-7 gün davam edir:

  • - Çəhrayı və qırmızı səpkilər üzdə başlayır və sonra aşağıya  doğru yayılır.
  • - Subfebril temperatur,bəzən 38.8 dərəcənin altında
  • - Burunun axması və ya tutulması
  • - Baş ağrısı
  • - Əzələ ağrısı
  • - İltihablaşmış və ya qırmızı göz 


Nadir hallarda məxmərək qulaq infeksiyalarına,beyin şişliklərinə gətirib çıxara bilər.Əgər sizdə mərmərək infeksiyasından sonra və ya xəstəlik ərzində bu simptomların hər hansısa biri görülərsə dərhal həkimlə məsləhətləşin:

  • - Uzun çəkən baş ağrıları
  • - Qulaq ağrısı
  • - Boynun sərtləşməsi,tutulması

 

SƏBƏBLƏRİ

Məxmərək rubella virusu tərəfindən yaranır.Bu güclü kontagiozluğa malik virus yaxın təmas və ya hava yolu ilə yayıla bilir.O xəstədən sağlam şəxsə,asqıraq və ya öskürək zamanı ayrılan maye damcısı ilə kontakt vasitəsilə keçir.Bu isə o deməkdir ki,siz damcılar ilə yoluxmuş əşyaya toxunaraq və ya xəstədən ayrılan o damcılarla nəfəs alaraq virusu bədəninizə daxil edə bilərsiniz.Məxmərək qan vasitəsilə hamilə qadinlarda inkişafda olan dölə də keçə bilər.
Məxmərəklə yoluxmuş şəxslər səpkilər yaranmazdan 1 həftə öncədən başlayaraq,səpkilər yoxa çıxdıqdan təxminən 2 həftə sonraya qədər kontagiozluğa malikdir.Onlar hətta siz əlamətləri hissetmədən əvvəl belə yoluxa bilir.

RİSK FAKTORLARI

Daha çox məxmərək halları vaksin istifadə olunmayan ərazilərdə görülür.
Vaksini əsasən uşaqlara 12-15 aylıqlarında və yenidən 4-6 yaşlarında vurulur.Bu o deməkdir ki,vaksin almayan uşaqlar və yeniyetmələr yüksək risk altındadırlar.
Hamiləlik zamanı ağırlaşmaları önləmək istəyən bir çox qadın rubella immunitetini təsdiq etmək üçün qan testi verir.Siz rubella vaksini almamısınızsa və rubella virusu ilə kontaktda olduğunuzu düşünürsünüzsə dərhal həkimə müraciət etməyiniz şərtdir.

HAMİLƏ QADINLARDA MƏXMƏRƏK

Hamilə qadınlar virusla kontaktda olduqda virus qan vasitəsilə inkişafda olan dölə keçə bilər.Bu Congenital (anadangəlmə) Rubella syndromu adlanır.Bu sindrom düşüklərə və ölü doğumlara səbəb olduğu üçün ciddi sağlamlıq problemi hesab olunur.O körpələrdə aşağıdakı doğum anormaliyalarına səbəb ola bilir:

  • - İnkişafdan qalma
  • - Əqli zəiflik
  • - Ürək qüsurları
  • - Karlıq
  • - Orqanların funksiyasının zəifləməsi

Doğum zamanı çatmış qadınlar,hamilə qalmazdan öncə məxmərəyə qarşı immunitetlərini yoxlatmalıdırlar.Əgər vaksinə ehtiyacları varsa  hamilə qalmaq üçün cinsi əlaqədən ən az 28 gün öncə bu vaksini olunmaqları vacibdir.

DİAQNOZ

Məxmərək səpkiyə səbəb olan digər viruslarla eyni görünüşə malikdir.Buna görə də həkimlər diaqnozu təsdiqləmək üçün qan testlərindən istifadə edir.Bu qanda müxtəlif tip rubella anticisimləri olub olmadığını yoxlayan testlərdir.Anticisimlər bədəninizdə zərərli maddələri tanıyan və onları məhv edən proteinlərdir.Test nəticələri hal-hazırda virusun və ya ona qarşı immunitetin olub olmadığını göstərə bilir.

MÜALİCƏ

Çox hallarda məxmərək evdə müalicə olunur.Həkiminiz sizə evdə yataq rejimində olmağınızı,Asetaminofen qəbul etməyinizi məsləhət görə bilər.Bu preparat temperatur  və ağrı narahatlığını yüngülləşdirməyə kömək edir
Hamilə qadınlar virusla mübarizə aparan Hiperimmun qlobulin adlanan anticisimlərlə müalicə oluna bilərlər.Buna baxmayaraq,hələ də uşaqlar arasında anadangəlmə rubella sindromu ilə yoluxmaya rast gəlinir.Bu uşaqlar mütəxəssis qrupları tərəfindən müalicə olunmalıdır.

PROFİLAKTİKA

Bir çox insan üçün vaksin ən effektiv və etibarlı qorunma yoludur.Məxmərək vaksini özündə qızılca,parotit və bununla yanaşı su çiçəyini yaradan varicella virusu vaksinini birləşdirir.
Bu vaksin uşaqlara əsasən,12-15 aylıq olduqlari zaman yeridilir.Daha sonrakı qüvvətləndirici ikinci vaksin isə 4-6 yaşında vurulur.Vaksinlərdə kiçik dozada

virus  olduğu üçün yüngül qızdırma və səpkilər meydana gələ bilər.
Əgər siz məxmərək vaksini olunub olunmadığınızı bilmirsinizsə o zaman immun testi olunmalığınız vacibdir,əsasən də siz:

  • - Hamiləlik çağınızdırsa və ya hamiləsinizsə
  • - Təhsil idarələrində olursunuzsa
  • - Tibbi müəssəsələrdə və ya məktəbdə işləyirsinizsə
  • - Rubella vaksinasiyası aparılmayan hər hansısa bir ölkəyə səyahət edirsinizsə.

Rubella vaksini əsasən zərərli deyil,amma bəzi insanlarda vaksinasiya zamanı əks-təsir göstərə bilər.Əgər sizin də hər hansısa bir xəstəliyə görə zəif immun sisteminiz varsa,hamiləsinizsə və ya növbəti ay ərzində hamilə olmağı düşünürsünüzsə vaksin vurdurmamalısınız.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?