Polimielit | infeksion xəstəliklər

Polimielit

Polimielite

Poliomielit

Poliomielit çox ağır formada sinir zədələnməsinə,iflicə,tənəffüs çətinliyinə və bəzən ölümə səbəb olan yoluxucu viral xəstəlikdir.
ABŞ-da təbii olaraq baş verən polimielit son 1979-cu ildə görülmüşdür.Poliomielitə qarşı dünya miqyaslı bir mübarizə mövcud olsa da,Asiya və Afrika qitəsində uşaqlar və böyüklər hələdə bu xəstəliyə yoluxur.
The Centers for Disease Control and Prevention (CDC) hər hansısa polimielit riski olan bir bölgəyə gedirsinizsə özünüzü xəstəliyə qarşı qorumağınızı məsləhət görür. 

Simptomlar

Polimielit iflic və ölümə səbəb olmasına baxmayaraq,virusa yoluxmuş insanların əksəriyyəti xəstələnmir və onlar yoluxmuş olduqlarının fərqində olmurlar.

Qeyri-paralitik polimielit

Poliomielitin simptomları inkişaf edən bəzi insanlar,iflicə səbəb olmayan bir poliomielit tipi (abortiv polio) ilə qarşılaşır.Bu, adətən, digər viral xəstəliklərə xas olan eyni yüngül,qripə bənzər əlamətlər və simptomlara səbəb olur.
10 günə qədər davam edə biləcək əlamətlər və simptomlar aşağıdakılardır:

•Temperatur
• Boğaz ağrısı
• Baş ağrısı
• Qusma
•Yorğunluq
• Kürəkdə ağrı və ya sərtlik
• Boyun ağrısı və ya sərtlik
• Qol və ya ayaq ağrısı və ya sərtlik
• Əzələ zəifliyi və ya həssaslıq

Paralitik polimielit

Xəstəliyin ən ciddi forması nadir hallarda olur.Qızdırma və baş ağrısı kimi paralitik polimielitin ilkin əlamətləri və simptomları tez-tez qeyri-paralitik polimielitə özünü oxşadır.Bir həftə ərzində,bu simptomlardan əlavə digər əlamətlər və simptomlar meydana gəlir:

• Reflekslərin itməsi
• Ağır əzələ ağrıları və ya zəiflik
• Sərbəst ətrafların  iflici 

Post-poliomielit sindromu

Post-poliomielit sindromu polimielitdən illər sonra bəzi şəxslərdə yaranan əlillik əlamətləri toplusudur.Ümumi əlamətlər və simptomlar:

• Proqressiv əzələ və oynaq zəifliyi və ağrısı
• Yorğunluq
• Əzələ atrofiyası
•  Nəfəs alma və ya udma problemləri
•  Yuxu apnoesi kimi yuxuya bağlı tənəffüs pozğunluqları
•- Soyuq temperatur tolerantlığının azalması 

Siz nə zaman həkimə görünməlisiniz?

Orta və Cənubi Amerika,Afrika və Asiya kimi ölkələrə səyahət etməmişdən əvvəl həkiminizə polimielit peyvəndi məsləhəti üçün müraciət edin.Əlavə olaraq,əgər:

•  Uşağınız bütün peyvənd kursunu tamamlamayıbsa.
•  Uşağınız,polimielit vaksininə allergik reaksiya göstərirsə.
• Uşağınız peyvənd vurulan sahədə yumşaq bir qızartı,ağrı və ya başqa problemlər yaşayırsa.
• İllər əvvəl poliomielit keçirmisinizsə və indi də səbəbi qeyri-müəyyən olan zəiflik və yorğunluğunuz varsa.

Səbəbləri

Poliomielit Polivirusla yoluxmuş şəxslərlə birbaşa əlaqə yolu ilə və ya bəzən çirklənmiş qida və su yolu ilə ötürülür.Poliovirusun daşıyıcısı olan insanlar virusları həftələrlə nəcis yolu ilə yaya bilirlər.Virusu olan,lakin simptomları görünməyən insanlar da virusu başqalarına ötürə bilər.

Risk faktorları

Polio əsasən 5 yaşdan kiçik uşaqlara təsir edir.Ancaq peyvənd olunmayan istənilən şəxs xəstəliyin inkişaf riski altındadır.

Ağırlaşmaları

Paralitik polimielit müvəqqəti və ya daimi əzələ iflicinə,əlilliyə, sümük deformasiyalarına və ölümə səbəb ola bilər.

Profilaktika

Polimielitin profilaktikasında ən effektiv yol vaksindir.

Poliomielit vaksini

Uşaqların əksəriyyəti aşağıdakı dövrlərdə dörd dozada inaktivləşdirilmiş poliovirus peyvəndi (İPV) alır:

• 2aylıq
•  4aylıq
•  6 ilə 18 ay arası
•  məktəbə başlayarkən (4-6 yaş)

Lakin vaksinin kəskin immun defisiti hallarında nə dərəcədə qoruyucu olduğu dəqiq deyil.Tez-tez rast gəlinən əlavə təsirlərə inyeksiya yerində ağrı və qızartı da daxildir.

Vaksinə qarşı allergik reaksiyalar

İPV bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər.Peyvəndin tərkibində antibiotiklərdən,streptomisin, polimiksin B və neomisin müəyyən miqdar olduğu üçün bu dərmanlara reaksiya verən şəxslərə vaksin vurulmamalıdır.
Allergik reaksiyanın əlamətləri və simptomları adətən inyeksiyadan bir neçə saat sonra dəqiqələr ərzində baş verir.Reaksiya əlamətlər:

- Çətinliklə nəfəs alma
- Zəiflik
- Boğulma və ya xırıltılar
- Sürətli ürək vurğuları
- Səpki
- Başgicəllənmə

Hər hansısa bir kursdan sonra özünüzdə və ya uşağınızın allergik reaksiyası varsa,dərhal tibbi yardım alın.

Böyüklər üçün peyvənd

İPV-in tək qüvvətləndirici dozası ömür boyu davam edir.Risk altında olan böyüklər, dünyanın polimielitə yoluxma hallarının hələ də yüksək olduğu yerə səyahət edən və ya polimieliti olan xəstələrə yardım göstərənlər şəxslərdir.
Peyvəndiniz yoxdursa,ya da peyvənd olunduğunuzla bağlı sənədiniz yoxdursa,ilkin polimielit peyvənd kursunu vurdurun ilk iki dozanı 4-8 həftə aralığında və üçüncü dozanı isə ikinci dozadan 6-12 ay sonra vurdurun.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

herpes, yara, xestelik

Herpes

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?