Qarın yatalağı | infeksion xəstəliklər

Qarın yatalağı

Flatulence, Flatulence, Qarın yatalağı

QARIN YATALAĞI

QARIN YATALAĞI SALMONELLA TYPHİ BACTERİALARI TƏRƏFİNDƏN TÖRƏDİLİR. BU XƏSTƏLİK İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ AZ HALLARDA RAST GƏLİNİR. İSTƏNİLƏN HALDA, BU XƏSTƏLİK İNKİŞAF ETMƏKDƏ OLAN DÜNYAMIZ ÜÇÜN TƏHLÜKƏDİR – XÜSUSƏN DƏ UŞAQLAR ÜÇÜN.

QARIN YATALAĞI ÇİRKLƏNMİŞ SU VƏ QİDA MADDƏLƏRİ İLƏ VƏ YA YOLUXMUŞ ŞƏXSLƏ BİRBAŞA TƏMASDA OLMAQLA YAYILIR. ƏLAMƏTLƏR VƏ SİMPTOMLARA ADƏTƏN YÜKSƏK TEMPERATUR, BAŞAĞRILARI, QARIN NAHİYƏSİNDƏ AĞRILAR, QƏBİZLİK VƏ YA DİARREYA AİD EDİLİR.

QARIN YATALAĞLI XƏSTƏLƏRİN ÇOXUNUN ANTİBİOTİK MÜALİCƏSİNDƏN BİR NEÇƏ GÜN SONRA ÖZLƏRİNİ DAHA YAXŞI HİSS ETMƏLƏRİNƏ  BAXMAYARAQ,  AZ HALLARDA AĞIRLAŞMALAR NƏTİCƏSİNDƏ ÖLÜM HALLARI DA  BAŞ VERİR. VAKSİNLƏR MÜMKÜNDÜR, AMA ONLAR QİSMƏN TƏSİR EDİR.  VAKSİNLƏR XƏSTƏLİYƏ YOLUXMA EHTİMALI OLANLARA VƏ YA XƏSTƏLİYİN GENİŞ YAYILDIĞI ƏRAZİYƏ SƏYAHƏT EDƏNLƏRƏ VERİLİR.

SİMPTOMLAR

ƏLAMƏTLƏR VƏ SİMPTOMLAR TƏDRİCƏN İNKİŞAF EDİR – ƏSASƏN XƏSTƏLİYƏ YOLUXDUQDAN SONRAKI  1-3 HƏFTƏ ƏRZİNDƏ ÜZƏ ÇIXIR.

ERKƏN XƏSTƏLİK

İLK OLARAQ AŞAĞIDAKI ƏLAMƏTLƏR ÜZƏ ÇIXIR.

  • GÜNDƏN – GÜNI YÜKSƏLƏN QIZDIRMA, 40.5C-Ə QƏDƏR ÇATA BİLƏR
  • BAŞAĞRILAR
  • ZƏİFLİK VƏ YORĞUNLUQ
  • ƏZƏLƏ AĞRILARI
  • TƏRLƏMƏ
  • QURU ÖSKÜRƏK
  • İŞTAHIN İTİRİLMƏSİ VƏ ARIQLAMA
  • QARINDA AĞRI
  • İSHAL VƏ YA QƏBZLİK
  • SƏPGİLƏR
  • AŞIRI ŞİŞMİŞ QARIN

GECİKMİŞ XƏSTƏLİK

ƏGƏR MÜALİCƏ OLUNMAZSA, AŞAĞIDAKI ƏLAMƏTLƏR DƏ ÜZƏ ÇIXA BİLƏR:

  • ŞÜURUN İTİRİLMƏSİ VƏ HALLÜSİNASİYALAR
  • XƏSTƏ HƏRƏKƏTSİZ UZANIR VƏ YARI-QAPALI GÖZLƏRLƏ TÜKƏNMİŞ VƏZİYYƏTDƏ OLUR. BU VƏZİYYƏT TİFOİD VƏZİYYƏT 

ƏLAVƏ OLARAQ, HƏYAT ÜÇÜN TƏHLÜKƏTİ OLAN AĞIRLAŞMALAR DA BU DÖVRDƏ İNKİŞAF EDİR.

SƏBƏBLƏR

FEKAL-ORAL YOLUXMA MEXANİZMİ

QARIN YATALAĞINA SƏBƏB OLAN BAKTERİYA XARAB OLMUŞ QİDA VƏ YA ÇİRKLƏNMİŞ SU İLƏ , YA DA BƏZİ HALLARDA XƏSTƏ ŞƏXSLƏRLƏ BİRBAŞA TƏMAS YOLU İLƏ YAYILIR. İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ QARIN YATALAĞI ENDEMİKDİR VƏ ÇOX HALLARDA ÇİRKLƏNMİŞ İÇMƏLİ SU MƏNBƏLƏRİNDƏN İSTİFADƏ VƏ SANİTARİYA QAYDALARININ GÖZLƏNİLMƏMƏSİ NƏTİCƏSİNDƏ İNKİŞAF EDİR. İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VƏTƏNDAŞLARINDA İSƏ BU XƏSTƏLİK ƏSASƏN ENDEMİK YERLƏRƏ SƏYAHƏT EDƏNLƏRDƏ  AŞKARLANIR VƏ FEKAL-ORAL MEXANİZMLƏ DİGƏR İNSANLARA DA KEÇİR.  BU O DEMƏKDİR Kİ, S. TYPHİ XƏSTƏLƏRİN NƏCİSİ VƏ BƏZİ HALLARDA SİDİYİ VASİTƏSİLƏ KEÇİR.

QARIN YATALAĞI DAŞIYICILARI

HƏTTA ANTİBİOTİKLƏRLƏ MÜALİCƏDƏN SONRA BELƏ, QARIN YATALAĞINDAN SAĞALMIŞ İNSANLARIN BİR QİSMİNDƏ BAKTERİYALAR HƏZK TRAKTINDA VƏ ÖD KİSƏSİNDƏ İLLƏRLƏ QALA BİLİR. BU İNSANLAR XRONİKİ DAŞIYICIAR ADLANIR. BU ŞƏXSLƏRİN NƏCİSLƏRİ VASİTƏSİLƏ ƏTRAFDAKILARI YOLUXDURA BİLMƏ QABİLİYYƏTİNƏ MALİK BAKTERİYALAR ƏTRAF MÜHİTƏ XARİC EDİLİR, AMA HƏMİN ŞƏXSLƏRDƏ XƏSTƏLİYİN  HEÇ BİR ƏLAMƏTİ OLMUR.

AĞIRLAŞMALAR

BAĞIRSAQ QANAMASI VƏ YA DEŞİLMƏSİ

QARIN YATALAĞININ ƏN CİDDİ AĞIRLAŞMASI  – BAĞIRSAQ QANAMASI VƏ YA DEŞİLMƏSİ (PERFORASİYASI) – XƏSTƏLİYİN ÜÇÜNCÜ HƏFTƏSİNDƏ BAŞ VER BİLƏR. NAZİK VƏ YA YOĞUN BAĞIRSAĞIN PERFORASİYASI ZAMANI, BAĞIRSAQ MÖHTƏVİYYATININQARIN BOŞLUĞUNA AXMASI BAŞ VERİR Kİ, BU DA KƏSKİN ABDOMİNAL AĞRI, ÜRƏKBULANMA, QUSMA VƏ SEPSİS KİMİ ƏLAMƏTLƏRİN ÜZƏ ÇIXMASINA SƏBƏB OLUR. BU TƏCİLİ MÜDAXİLƏ TƏLƏB EDƏN, HƏYAT ÜÇÜN TƏHLÜKƏLİ AĞIRLAŞMADIR.

BAŞQA, AZ RAST GƏLİNƏN AĞIRLAŞMALAR

  • MİOKARDİT
  • ENDOKARDİT
  • PNEVMONİYA
  • PANKREATİT
  • BÖYRƏK VƏ SİDİK KİSƏSİ İNFEKSİYALARI
  • MENİNGİT

DİAQNOZ

HƏKİM SİMPTOMLARA, TİBBİ VƏ SƏYAHƏT TARİXÇƏSİNƏ ƏSASƏN QARIN YATALAĞINDAN ŞÜBHƏLƏNİR. DİAQNOZUN DƏQİQLƏŞDİRİLMƏSİ ÜÇÜN İSƏ QANDA VƏ YA BAŞQA TOXUMALARDA S. TYPHİ BAKTERİYALARININ AŞKARLANMASI LAZIMDIR. YAXMA ÜÇÜN, QAN, NƏCİS, SİDİK VƏ YA SÜMÜK İLİYİ NÜMUNƏSİNDƏN İSTİFADƏ OLUNUR. SÜMÜK İLİYİ KULTURASI QARIN YATALAĞININ DİAQNOZU  ÜÇÜN ƏN DƏQİQ ÜSULDUR.

MÜALİCƏ

CİPROFLOXACİN (CİPRO).  CEFTRİAXONE (ROCEPHİN). – ƏN ÇOX İSTİFADƏ OLUNAN ANTİBİOTİKLƏRDİR.

  • MAYELƏRİN QƏBULU
  • CƏRRAHİ MÜDAXİLƏ – ƏGƏR BAĞIRSAQLARIN PERFORASİYASI BAŞ VERİBSƏ

PROFİLAKTİKA

BİR ÇOX ÖLKƏLƏRDƏ ƏHALİNİN  TƏMİZ İÇMƏLİ SU İLƏ, YÜKSƏK SƏVİYYƏLİ SANİTARİZASİYA VƏ UYĞUN TİBBİ YARDIMLA TƏMİN EDİLMƏSİ ÇƏTİN OLDUĞU ÜÇÜN, EKSPERTLƏR XƏSTƏLİYİN PROFİLAKTİKASI MƏQSƏDİLƏ ƏHALİNİN VAKSİNLƏŞDİRİLMƏSİNİ ƏN OPTİMAL ÜSUL HESAB EDİRLƏR.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?